Məhkəmə qərarları › İş №2(001)-7707/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7707/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7707/2021 07.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC X2 valideyni (qanuni nümayəndəsi ) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.820 manat məbləğində əsas, 1.803 manat məbləğində cərimə, cəmi 5.653 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01 dekabr 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, bir müddət əvvəl Cavabdeh borcun bir hissəsini ödədiyini, ona əlavə olaraq 1.064 manat məbləğində güzəşt edildiyini və hazırda borc məbləğinin 756 manat təşkil etdiyini bildirmiş və cavabdehdən bu məbləğin tutulmasını xahiş etmişdir. Eyni zamanda, qalan məbləğin də bir neçə gün ərzində ödənilməsi barədə aralarında razılıq əldə edildiyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və ödəniş edildiyi təqdirdə növbəti məhkəmə iclasında iştirak etməyəcəyini və belə olan halda mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini qeyd etmişdir. 01 dekabr 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh qalıq qalmış 756 manat məbləğində borcu bir neçə gün ərzində ödəyəcəyini bildirmiş və belə olan halda mülki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Həmin məhkəmə iclası iddiaçı tərəfin qeyd edilən vəsatəti əsasında təxirə salınmış, lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzürlü səbəb göstərmədən məhkəmənin 07.12.2021-ci il tarixli baxış iclasında iştirak etməmişdilər. Eyni zamanda, cavabdehin məhkəməyə mülki işə mahiyyəti üzrə baxılması tələbini ifadə edən ərizəsi, vəsatəti və sair sənədləri daxil olmamışdır. Məhkəmə, tərəflərin 01 dekabr 2021-ci il tarixli məhkəmə iclasında söylədikləri fikirlərini, habelə hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmələrini nəzərə alıb, belə qənaətə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 9.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi onun davranışının passiv formasıdır və mülki işin materiallarında onun belə tələbinin olduğunu təsdiq edən sübutun (ərizə, protokola qeyd və s.) olmaması vəziyyəti cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirmək üçün kifayətdir. Göstərilənləri və iddiaçının nümayəndəsinin məhkəmənin çağırışına gəlməməsini, habelə cavabdehin məhkəmə iclasında iştirak etməməsi ilə yanaşı mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında nümayəndəsinin iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260-cı, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar