Məhkəmə qərarları › İş №2(001)-774/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-774/2021

27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-774/2021 27.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 2509,30 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2539,30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İbnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3050,40 manat dəymiş zərərin və 30,40 manat dövlət rüsumunun ümumilikdə 3080,40 manat məbləğin cavabdehdən tutularaq iddiaçı “Azəriqaz” İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB 06 mart 2020-ci il tarixli, 2020B52 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00090 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2 yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələbini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq, aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aşağıdakı aktlar tərtib edilmişdir. 28.02.2019-cu il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarili ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 29.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı aktlar əsasında ümumilikdə cavabdehə 2188,40 mnat borc hesablanmışdır. Həmçinin cavabdehin borcu 541,10 manat artaraq 30 iyun 2021-ci il tarixinə 3050,40 manat olmuşdur. Belə ki, 06 mart 2020-ci il tarixdə quraşdırılmış “ Zenner G4T Mexaniki” tipli, **********4 nömrəli qaz sayğacı üzrə 01 iyul 2021-30 iyun 2021-ci il tarixləri üçün 541,10 manat sərfiyyat borcu yaranmışdır. Belə ki, 2020-ci ilin iyul ayı üzrə 7,20 manat, avqust ayı üzrə 6,20 manat, sentyabr ayı üzrə 5,50 manat, oktyabr ayı üzrə 13,70 manat, noyabr ayı üçün 52,30 manat,yeni tarifə keçid zamanı 34,20 manat, dekabr ayı üzrə 133 manat, 2021-ci ilin yanvar ayı üzrə 76,10 manat, fevral ayı üzrə 75,50 manat, mart ayı üzrə 75,20 manat- yeni tarifə keçid 6,80 manat, aprel ayı üçün 40 manat (illik 2200 kub.m sərfiyyatı keçdiyi üçün 0,20 qəpik) , 2021-ci ilin may ayı üçün 15,40 manat (illik 2200 kub.m sərfiyyatı keçdiyi üçün 0,20 qəpik) hesablanmışdır. Ümumi olaraq 3050,40 manat-bundan 151,20 manat 03/2014-cü il tarixdən qalan məbləğ, 2188,80 manat aktlar üzrə borc 710,40 manat isə sayğac üzrə sərfiyyat borcudur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğini könüllü ödəməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərcinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06.03.2020-ci il tarixli, 2020B52 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Abonent saldosundan görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00090 olan Cavabdeh qeydiyyata alınmışdır və ailə tərkibi 4 nəfərdən ibarətdir. Həmin ünvanda “ Zenner G4T Mexaniki” tipli, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qeyd edilən mənzildə 4 gözlü qaz plitələri (PQ-4), (1/1) mövcuddur. 2019-cu il üçün abonentə 1539,00 manat borc, 2020-ci il üçün 649,40 manat borc hesablanmışdır. 2016-cı il üçün akt borcu olaraq 2014-cü ildən qalıq qalmış 151,20 manat borc hesablanmış həmin məbləğ 2020-ci ildə 151,60 manat müəyyən edilmişdir.2021-ci ilin may ayına qədər isə borc məbləği ümumilikdə 3050,40 manat müəyyən edilmişdir. “Gasrep” adlı sənəddən müəyyən olunur ki, qazdan istifadəyə görə Cavabdeh sayğac göstəricisinə əsasən borcu yoxdur; “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 6048 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28 fevral 2019-cu il tarixli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuşdur. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 mart 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 29 mart 2019-cu il tarixli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar xətt aşkar olunmuşdur. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1008 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 aprel 2019-cu il tarixli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar təbii qazdan isifadə aşkar edilmişdir. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 may 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30 may 2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 iyun 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28 iyun 2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 31 iyul 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 31 iyul 2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 avqust 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.08.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar xəttlə təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir; “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 sentyabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.09.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 oktyabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.10.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 29 noyabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1422 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 29.11.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 dekabr 2019-cu il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 3960 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.12.2019-cu il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 yanvar 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.01.2020-ci il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 30 yanvar 2020-ci il tarixli, 07/490 saylı aktdan görünür ki, istehlakçı kodu **********00090 olan ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 28 fevral 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh uliyevə aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 28.02.2020-ci il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 28 fevral 2020-ci il tarixli, 07/809 saylı aktdan görünür ki, istehlakçı kodu **********00090 olan ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. “Azəriqaz” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 mart 2020-ci il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 59 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur; “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” № ******* saylı, 30.03.2020-ci il tarixli aktdan görünür ki, abonentin sayğacdan kənar qeyri-qanuni qoşulma ilə təbii qazdan istifadə editdiyi aşkar olunmuşdur. 30 mart 2020-ci il tarixli, 07/1171 saylı aktdan görünür ki, istehlakçı kodu **********00090 olan ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə ləğv olunmuşdur. 23.04.2020-ci il tarixlin qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 10/3982 saylı ekspert rəyindən görünür ki, Cavabdeh abonenti olduğu ünvan 2 ünvanınnda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulmanın, eləcə də, qoşulmaya xarakterik əlamətlərin /qaynaq/ və s. olması halı aşkar edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 06.03.2020-ci il tarixli, 2020B52 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə qədər Cavabdeh məxsus mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə bağlı fakt ilk dəfə 28.02.2019-cu il tarixində aşkar edilmiş, bununla bağlı ******* saylı akt tərtib edilmiş, cavabdehə 604,80 manat həcmində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları bir neçə dəfə yenidən cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə aktlar tərtib etmişlər. 28 fevral 2019cu il tarixindən 30.03.2020-ci il tarixinədək qanunsuz qoşulma faktı ilə bağlı 14 akt tərtib edilmişdir. Həmin aktlara əsasən zərərin məbləğin hesablandıqda cəmi 2188,80 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən tərtib edilmiş aktlar əsasında 2188,80 manat, 03/2014-cü il tarixində qaz sərfiyyatına görə hesablanmış 151,20 manat borcun, 2020-ci il üçün hesablanmış 169,30 manat borcun və 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayına kimi olan dövr ərzində hesablanmış 541,10 manat borcun ümumilikdə isə 3050,40 manat borcun tutulmasını xahiş edir. Məhkəmə tərəfindən sayğaca qanunsuz qoşulma faktının olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2021-ci il tarixli, 10/3982 saylı ekspert rəyi ilə, Cavabdeh abonenti olduğu ünvan 2 ünvanınnda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulmanın, eləcə də, qoşulmaya xarakterik əlamətlərin /qaynaq/ və s. olması halı aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdehdən 3 müxtəlif əsaslarla hesablanmış borc məbləğlərini tələb edir. Belə ki, tələb edilən borc məbləğini ayrı-ayrılıqda aşağıdaki kimi qeyd edilməlidir. - 28 fevral 2019-cu il tarixindən 30.03.2020-ci il tarixinədək cavabdeh barəsində tərtib edilən 14 akt əsasında ona hesablanmış 2188,80 manat borc; - 03/2014-cü il tarixində qaz sərfiyyatına görə hesablanmış 151,2 manat borc, 2020ci il üçün hesablanmış 169,3 manat borc; - 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayına kimi olan dövr ərzində qaz sərfiyyatına görə hesablanmış 541,10 manat borc; Məhkəmə borc məbləğlərinə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. İlk növbədə tərtib olunmuş 14 akt nəticəsində cavabdehdən tələb edilən 2188,80 manat məbləğində borca münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda həmin maddəsin 3-cü bəndində qeyd edilmişdir ki, Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Təbii ki qanunsuz və hüquqazidd əməl törətmiş şəxs məsuliyyətdən kənarda qala bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa tərəflər arasında bağlanmış 06.03.2020-ci il tarixli, 2020B52 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə tərəfindən mübahisənin ədalətli həlli üçün sayğaca qanunsuz qoşulma faktının olub-olmamasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 aprel 2021ci il tarixli, 10/3982 saylı ekspert rəyi ilə, Cavabdeh abonenti olduğu ünvan 2 ünvanınnda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulmanın, eləcə də, qoşulmaya xarakterik əlamətlərin /qaynaq/ və s. olması halı aşkar edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus qaz xəttinə özbaşına qoşulma halları iş materialları ilə təsdiq olunmur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, həmin aktlarda cavabdeh tərəfindən hansı formada iddiaçıya məxsus qaz xəttinə qoşulma barədə məlumat da qeyd edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin aktlar mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə cavabdehdən tələb edilən 03/2014-cü il tarixində qaz sərfiyyatına görə hesablanmış 151,20 manat borca münasibətdə isə qeyd edir ki, iddia həmin hissədə əsaslı hesab edilmədiyindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, iddiaçı cavabdehdən 2014-cü ilin mart ayına kimi hesablanmış 151,20 manat borcun tutulmasını tələb edir. Lakin məhkəmə hesab edir ki, borc məbləği 5 il, yəni 30 sentyabr 2015-ci il tarixdən 30 sentyabr 2020-ci il tarixədək (iddia verilən tarixə) olan dövr üçün 5 illik müddəti ötürməməklə tələb edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, iddiaçı 2014-cü il mart ayına olan borc məbləğini tələb etmək hüququnu 5 il müddət keçdiyinə görə itirmişdir. Məhkəmə cavabdehdən tələb edilən 2020-ci il üçün (hansı tarix) qaz sərfiyyatına görə hesablanmış 169,3 borca münasibətdə qeyd edir ki, iş materialarında həmin borcun yaranma əsasını abonentin saldosundan açıq şəkildə müəyyən etmək olur. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərkən iddia tələbini cavabdehdən 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayına kimi olan dövr ərzində qaz sərfiyyatına görə tələb edilən borca münasibətdə artırmışdır. Deməli, cavabdehdən tələb edilən 169,3 manat məbləğində borc 2020-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayına kimi olan dövrü əhatə edir. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən 2020-ci ilin yavar ayı üçün 0, fevral ayı üçün 0, mart ayı üçün 73,40 , aprel ayı üçün 70,40, may ayı üçün 17,10, iyun ayı üçün 8,40 manat olmaqla ümumilikdə 169,30 manat məbləğində qaz sərfiyyatı olmuşdur. Odur ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdehdən 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayına kimi olan dövr ərzində qaz sərfiyyatına görə tələb edilən 541,10 manat borc məbləğinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən həqiqətən 2020-ci ilin iyul ayı üçün 7,20, avqust ayı üçün 6,20, sentyabr ayı üçün 5,50, oktyabr ayı üçün 13,70, noyabr ayı üçün 52,30, dekabr ayı üçün 133 manat, 2021-ci ilin yanvar ayı üçün 76,10 manat, fevral ayı üçün 75,50, mart ayı üçün 75,20 manat, aprel ayı üçün 40, may ayı üçün 15,40 manat qaz sərfiyyatı edilmişdir. 2020-ci ilin iyul ayından 2021-ci ilin may ayına kimi olan dövr ərzində ümumilikdə 541,10 manat borc hesablanmışdır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 710,4 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 102 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 710,4 (yeddi yüz on manat, qırx qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar