Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-775/2021 13.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtoqəza nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “avtoqəza nəticəsində dəymiş ziyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36188,61 manatın və 30 manat dövlət rüsumunun, ümumillikdə 36218,61 manat pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 iyun 2020-ci il tarixdə cavabdehin idarə etdiyi “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi-Novxanı avtomobil yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qarşıdan gələn “Wolswagen Touareg” markalı avtomobillə, daha sonra isə onun arxasınca hərəkət edən İddiaçı təsisçisi X5 mülkiyyətində olan **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilllə toqquşmuş, qəza nəticəsində **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilə ciddi ziyan dəymişdir. İddiaçı ilə onun təsisçisi X10 arasında olan 20 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, **-LF-*** dövlət qeydiyyat nişanlı, “Toyota Hilux” markalı avtomobil İddiaçınə icarəyə verilmiş və mülkiyyətçi tərəfindən 21.11.2019-cu ildə İddiaçındə sürücü vəzifəsində çalışan X1 nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə verilmişdir. İddiaçı ilə onun əsisçisi X10 arasında olan 20 noyabr 2019-cu il tarixli müqavilənin 2.1.8 bəndinə əsasən, icarəçi icarə obyektinə dəyən zərərlə bağlı birbaşa olaraq üçüncü şəxslərə qarşı iddia və tələb irəli sürmək hüququna malikdir. Avtomobil “xxxx” MMC-nin təmir mərkəzinə aparılarkən isə təmirin 36188,61 manata başa gələcəyi bildirilmişdir. Beləliklə də, cavabdehin törətdiyi qəza nəticəsində İddiaçınə 36188,61 manat ziyan dəymişdir. Cavabdehin avtomobilinin ibari sığortası olmadığından dəyən ziyanın bir qismini də aradan qaldırmaq mümkün olmamışdır. Hesab edilir ki, müəssisənin əmlakına dəymiş ziyan cavabdeh tərəfindən tam ödənilməlidir.Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin mahiyyətinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, maşın təmir olunmayıb. Hal-hazırda zədələndiyi formada qalmışdır.Maşın şirkətin ərazisindədir. Avtomobilin mülkiyyətçisi Elxan Bəşirovdur və İddiaçı təsisçisidir. İcarəçi isə İddiaçı direktorudur. Müqavilənin müvafiq bəndinə əsasən hazırki iddianı İddiaçı qaldırmışdır. Avtomobil etibarnamə əsasında şirkətin sürücüsü tərəfindən idarə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o yol nəqliyyat hadisəsi zamanı yalnız 1 maşınla toqquşmuşdur. Vurduğu maşının sığortası olmamışdır. Məhkəmə iş materiallarını məcmu halda araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: İcarəyəverən İddiaçı təsisçisi X10 ilə icarəçi Bəşirov Fuad arasında bağlanan 20 noyabr 2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyəverən qanuni əsaslarla ona məxsus olan **-LF-*** dövlət qeydiyyat nişanlı, “Toyota hilux” minik markalı, pikap tipli 2011-ci il buraxılışlı, ağ rəngli, ban MR0FR22G8B0587624, mühərrik 2KD5282784 olan nəqliyyat vasitəsini icarəçiyə icarəyə verir, icraçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Müqavilənin 2.1.8ci maddəsinə əsasən icarəçi icarə obyektinə dəyən zərərlə bağlı birbaşa olaraq üçüncü şəxslərə qarşı iddia və tələb irəli sürmək hüququna malikdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən qəbul edilən 08 iyul 2020-ci il tarixli cinayət işinin balanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 08 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti, ev 189 mənzil 12-də yaşayan Cavabdeh idarə etdiyi “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Novxanı avtomobil yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək qarşıdan gələn Eyvazov Rövşən Eyvaz oğlunun idarə etdiyi “Wolswagen Touareg” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində X6 xəsarət alması barədə məlumat Abşeron RPİ-nə daxil olmuşdur. Qeyd edilənlər əsasında araşdırılma aparılmış və X6 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq olunması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. “X15” MMC tərəfindən 12.06.2020-ci il tarixində verilən rəydən görünür ki, “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin həcmi 36188,61 manat həddində müəyyən edilmişdir. 25.05.2011-ci il tarixində verilən AB seriyalı, 616889 saylı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, mühərrik nömrəsi 2KD5282784, Ban nömrəsi MR0FR22G8B0587624, buraxılış ili 2011-ci il olan “Toyota Hilux” minik markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. 21 noyabr 2019-cu il tarixli, ƏN-V seriyalı, №107279 saylı etibarnamənin surətindən görünür ki, X10 ona məxsus olan “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 Azərbaycan Respublikasının hüdudlarında idarə etməyi etibar edir. Etibarnamə 1 il 8 ay 14 gün müddətinə verilmişdir və 04.08.2021-ci il tarixinə kimi etibarlıdır. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X2 əmək müqaviləsi əsasında 14.05.2015-ci il tarixindən müddətsiz olmaqla İddiaçındə sürücü kimi işləyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli, 9/6053 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, tədqiq edilən 2011-ci il buraxılışlı, “Toyota hilux” markalı, **-LF- *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə. əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələri dəyərini çıxmaqla təxminən 22750,0 (32500,0- 30%) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhərində yerləşən avtomağaza və avtoservis müəssisələrində mövcud olan qiymətlərə www.avtomobil.az internet saytı məlumatlarına əsasən yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri saz vəziyyətdə olan təyinatı üzrə istifadəyə yararlı “Toyota Hilux” markalı, **-LF-*** markalı avtomobilin istismar müddəti nəzərə alınmaqla respublika daxili orta bazar pərakəndə satış qiyməti təxminən 32500 manat müəyyən edilir. Ona görə də, qeyd edilmişdir ki, tədqiq edilən “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin 30 % həcmini təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN X19 Polisi İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilən “BMW 320” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı və “Toyota Hilux” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qeydiyyat hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, “BMW 320” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.05.2016-cı il tarixində alğı-satqı müqaviləsi ilə X8 adına qeydiyyatdan keçirilmişdir. Cavabdeh Şamil oğlu isə həmin avtomobili 17.05.2019-cu il tarixdən 18.05.2020-ci il tarixinə kimi etibarnamə əsasında idarə etmişdir. AC seriyalı, 639551 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RS-*** dövlət qeydiyyat nişanlı, “BMW 320” markalı avtomobil X11 məxsusdur. 15 sentyabr 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 08.06.2020-ci il tarixində cavabdeh idarə etdiyi “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi-Novxanı avtomobil yolu ilə Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilllə toqquşmuş, qəza nəticəsində “Toyota Hilux” markalı avtomobilə ciddi ziyan dəymişdir. Nəqliyyat hadisəsinin törədilməsinə səbəb olan “BMW” markalı **-RS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə X11 məxsus olmuşdur. Nəqliyyat hadisəsi törədilən zaman avtomobil etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda sürücü İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan qəza törətməsi halı mövcud olmamışdır. **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobil isə mülkiyyət hüququ ilə Bəşirov Elxan Hidayət oğluna məxsus olmuşdur. **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı icarə müqaviləsi əsasında icarəçi İddiaçınə verilmişdir. İcarə müqaviləsində icarəçiyə icarə obyektinə dəyən zərərlə bağlı birbaşa olaraq üçüncü şəxslərə qarşı iddia və tələb irəli sürmək hüququ verilmişdir. Şirkət tərəfindən isə etibarnamə əsasında idarə etmək səlahiyyəti X1 verilmişdir. Hazırda iddiaçı cavabdehin törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibliyində və istifadəsində olmuş **-LF-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı avtomobilə dəymiş 36218,61 manat zərərin ödənilməsini tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, bu sahəni tənzimləyən müddəaları rəhbər tutub hesab edir ki, Cavabdeh təqsirli, hüquqazidd əməli nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının icarə müqaviləsinə əsasən sahiblik və istifadəsində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. Bu fakt iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla təsdiq olunur. Məhkəmə göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edir ki, bu tip işlərdə zərər vuran şəxsin təqsiri və əməlin hüquqa zidd olması cinayət təqibinin və ya inzibati xətalara dair icraatın nəticəsini özündə əks etdirən qərarla sübut edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə vurulmuş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza təyin etmiş və aparılmış tədqiqatin nəticəsində avtomobilə 22750 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir. Salamat qalan yararlı hissələrin iddiaçıda olduğu nəzərə alınarsa, ekspert tədqiqatı nəticəsində müəyyən edilmiş məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddia qismən təmin edildiyinə görə tərəflər arasında bölünməli, ekspertiza tədqiqatının dəyərinin 28 manatı iddiaçıdan, 72 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 22750 (iyirmi iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 28 (iyirmi səkkiz) manatı İddiaçındən, 72 (yetmiş iki) manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-775/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-775/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver