Məhkəmə qərarları › İş №2(001)-778/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-778/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-778/2023 16.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1450 manat borcun, vəkilə ödənilmiş 101 manat xərcin və 36 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 245 saylı kredit müqaviləsinə əsasən sonunçuya 1600 manatlıq məişət avadanlığı (Televizor) tərəfindən verilmişdir. Müqavilə üzrə cavabdeh 150 manat ilkin ödəniş etmiş və 12 ay ərzinə hər ay üçün ona manat ödəməyə öz öhdəliyinə 121 götürmüşdür. Cavabdeh1 öhdəliyinə zamin kimi və iddia arizəsi üzrə cavabdeh olan Cavabdeh2 durmuşdur. Buna dair onunla aralarında xx.xx.2022-ci il tarixli 245 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bildirir ki, cavabdehlə bağlanan kredit müqaviləsi elə nisyə alğı-satqı müqaviləsidir. Cavabdehlərlə aralarında bağlanmış müqavilələr işlədiyi məişət avadanlıqlarının satış mərkəzində bağlanmışdır. (Bakı ş., M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 214.) Məhkəmənin nəzərinə catdırır ki, cavabdehlə aralarında müqavilə üzrə mübahissələr yarandıqda məhkəmə aidiyyatinin seçilməsinə dair xx.xx.2022-ci il tarixdə yazılı surətdə razılıq əldə edilmişdir. Həmin razılığa əsasən mübahisələr ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət edilməsi nəzərdə tutulmuşdur. Cavabdehlər müqavilə üzrə üzərlərinə götürmüş öhdəlikləri icra etməmiş, tərəfindən olunmuş borcunun ödənilməsinə dair müraciətləri cavabsız qoymuş və nəticədə 1450 manat borcları müəyyənləşmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında bağlanmış 05 aprel 2022-ci il tarixli, №245 saylı kredit müqaviləsindən görünür ki, kreditor borcalana kredit yolu ilə 1600 manat məbləğində məişət avadanlığı verməyi, borcalan isə 150 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətində aylıq ödənişi 121 manat olmaqla, kreditora verməyi öz öhdəsinə götürür. Borclu tərəfindən ödənişlər sözügedən müqavilənin bağlandığı ayın eyni günündə, sonradan gələn aylarda kreditora ödənilir.

6. 05 aprel 2022-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh1 dəyəri 1600 manat olan televizoru İddiaçı (VÖEN **********) təhvil almışdır.

7. İddiaçı (VÖEN **********) ilə zamin Cavabdeh2 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 245 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 05 aprel 2022-ci il tarixli, №245 saylı kredit müqaviləsi üzrə borcalan kreditor qarşısında öhdəliklərini tam icra edənədək, kreditor qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür.

8. İddiaçı (VÖEN **********) tərəfindən verilən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05 aprel 2022-ci il tarixli, №245 saylı kredit müqaviləsi üzrə 1450 manat borcu vardır.

9. İddiaçı (VÖEN **********) tərəfindən Cavabdeh1 yaramış borc öhdəliyinin 3 gün müddətində tam şəkildə icra edilməsi təklif edilmiş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

10. 21.11.2022-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hesabına 101 manat məbləğində ödəniş edilmişdir.

11. İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

12. İddiaçı (VÖEN **********) ilə Cavabdeh1 arasında 05 aprel 2022-ci il tarixli, №245 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin faktiki olaraq həmin müqavilə tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin yaranmasına səbəb olmuşdur.

13. Belə ki, İddiaçı dəyəri 1600 manat olan televizoru 150 manat ilkin ödəniş edilməsi və qalan məbləği 12 ay müddətində aylıq ödənişi 121 manat olmaqla qaytarılması şərtilə Cavabdeh1 nisyə satmışdır.

14. Zamin Cavabdeh2 isə xx.xx.2022-ci il tarixli, 245 saylı zaminlik müqaviləsinə əsasən alıcının öhdəlikləri barədə kreditor qarşısından alıcı ilə bərabər məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür.

15. İddiaçı həmin borc məbləğinin cavabdeh tərəfindən ona qaytarılmadığını iddia edir, həmin borc məbləğini və yaranmış mübahisənin həlli üçün çəkdiyi xərcin əvəzini cavabdehlərdən müştərək qaydada istəyir. Borcun mövcudluğunu isə maliyyə arayışı ilə sübut edir. Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

18. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

19. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

20. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

21. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

22. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

23. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

24. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir;

25. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

26. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmənin mövqeyi

27. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə(müqavilənin başlığında kredit yazılsa belə) əsasən iddiaçı müqavilənin predmeti olan əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, onunla birlikdə eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.

28. Məhkəmə xərcləri ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələbi baxımından əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

29. Belə ki, iş materiallarında hüquqi yardım üçün iddiaçı tərəfindən 101 manat xərcin çəkilməsi müəyyən edilir və həmin məbləğ ağlabatandır. Tətbiq edilən prosessual normalar:

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır;

34. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

35. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. “Dövlət rüsumu haqqında” Qanunun:

37. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Nəticə:

38. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1450 manat məbləğində pul vəsaiti və 36 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı (VÖEN **********) ödənilməlidir.

39. Hüquqi yardım üçün vəkilə ödənilmiş 101 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı (VÖEN **********) ödənilməlidir.

40. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 1450 (bir min dörd yüz əlli) manat məbləğində pul vəsaiti və 36 (otuz altı) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı (VÖEN **********) ödənilsin. Hüquqi yardım üçün vəkilə ödənilmiş 101 (yüz bir) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı (VÖEN **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar