Məhkəmə qərarları › İş №2(001)-7783/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7783/2022

23.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7783/2022 23.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və əlavə olunmuş sənədləri 23 dekabr 2022-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış müqavilə öhdəliklərinə görə 4950 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat olmaqla cəmi 5020 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş iddia ərizəsindən belə müəyyən olunur ki, iddiaçı müqavilə üzrə cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün ona maddi zərər dəymişdir. Göründüyü kimi mübahisə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır. İddia ərizəsinə əlavə edilmiş 05 aprel 2022-ci il tarixli “Podrat müqaviləsi”nin 17-ci bəndində qeyd olunub ki, tərəflər arasındakı mübahisələr qarşılıqlı razılıq əsasında, belə razılıq olmadıqda qaninvericiliklə nəzərdə tutulan qaydada həll edilir. İddia ərizəsində iddiaçı tərəfindən cavabdehə dəfələrlə öhdəliyin icrası barədə müraciət edilməsi qeyd olunsada buna dair heş bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2 və 149.2.4-cü maddələrinə əsasən, ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. - 150.0 və 150.0.7-ci maddələrinə əsasən, iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. - 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin, həmin maddənin tələblərinə zidd olaraq, hazırki iddia ərizəsinə müqavilə üzrə zərərin ödənilməsi ilə bağlı cavabdehə ünvanlandırılmış xəbərdalıq (bildiriş, pretenziya) əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaiti (qəbzin nömrəsi – **********, tarixi – xx.xx.2022) büdcədən İddiaçı (FİN-xxxxxxx) ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar