Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-78/2021 15.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 12.05.2015-ci il tarixli 13B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15.05.2015-ci il tarixli 13B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, 15.05.2019-cu il tarixədək, illik 18% ödəmək şərtilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış 12.05.2015-ci il tarixli 13Bİ8/15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3184/3187 məhəllə, Zahid Qəmbərov küçəsində yerləşən 2 saylı evin 92 nömrəli mənzili "xxxx" Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 14.05.2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 03.05.2019-cu il tarixə 15.05.2015-ci il tarixli 13B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən banka borcu əsas kredit borcu üzrə 14358,42 ABŞ dolları, faiz borcu üzrə 100,31 ABŞ dolları, cərimə borcu üzrə 118,60 ABŞ dolları, cəmi 14 577,33 ABŞ dolları təşkil edir. 02.07.2021-ci il tarixdə iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini azaltmış, cavabdehdən tələb olunan borcun məbləğini 7520,91 ABŞ dolları kimi qeyd etmiş və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, ona qarşı irəli sürülmüş tələblə razı deyil. Belə ki, o, götürdüyü pulun artıq necə qatını Banka ödəmişdir. Sadəcə banka ödənilən pulların ödəniş qəbzləri vaxt keçdikcə silindiyindən, həmin qəbzləri məhkəməyə təqdim edə bilmir. Banka bir dəfə hətta tam olaraq 7000 ABŞ dolları pul ödəmiş, lakin Bank həmin məbləği istədiyi kimi faiz və cərimələrə çıxmışdır. Halhazırda ona qarşı 7520,91 ABŞ dolları məbləğində tələbin irəli sürülməsinin heç bir əsası yoxdur. Belə ki, onun Banka cəmi iki-üç min ABŞ dolları borcu qalmışdır. Həmin borcu da ödəməkdən boyun qaçırmır. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12.05.2015-ci il tarixli, 13B8/15 saylı Əsas kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya ******* manat məbləğində 180 ay müddətinə 12 may 2030-cu il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanmaqla kreditin verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 12.05.2015-ci il tarixli 13Bİ8/15 saylı İpoteka müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 3184/3187 məhəllə, Zahid Qəmbərov küçəsi, 2 saylı evdə yerləşən 92 nömrəli mənzil ipoteka qoyulmuşdur. İş materiallarında olan 15.05.2015-ci il tarixli, 13B8/15-1 Əlavə kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə, illik 18% ödəmək şərtilə, 30000 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan 21.05.2021-ci il tarixli, 9/1903 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 15.05.2019-cu il tarixədək banka olan borcu 7545,92 ABŞ dolları (7519,60 ABŞ dolları əsas borc və 26,32 ABŞ dolları faiz borcu) təşkil edir. İş materiallarında olan 24.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.11.2020-ci il tarixə Banka olan cəmi borcu 7520,91 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu mаddəsinə əsasən, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdаоlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. Bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə müvafiq olaraq, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Müki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “ ... kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. ... Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir”. Məhkəmə tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın likvid qiyməti barədə müstəqil qiymətləndiricinin rəyini almışdır. İş materiallarında olan 29.03.2021-ci il tarixli, UNİ/M-30-092/21 saylı rəydən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın 29.03.2021-ci il tarixə likvid dəyəri 70200 manat təşkil edir. Məhkəmə iddia ərizəsinin “ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, 2 saylı evin, 92 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hisssədə təmin edilə bilməz. Belə ki, iddiaçı qeyd olunan tələbi irəli sürərkən, fərdi yaşayış evinin gələcək, hal-hazırda bəlli olmayan mülkiyyətçisinin hüquqlarını öz üzərinə götürmüş olur. Eyni zamanda 12.05.2015-ci il tarixli 13Bİ8/15 saylı İpoteka müqaviləsindən göründüyü kimi, müqavilənin 4.1.13-cü bəndi ilə “ipoteka predmeti olan yaşayış evinə (mənzilə) tutma yönəldikdə məhkəmə qərarı edilmədən yaşayış sahəsini (mənzili) tərk etmək ipoteka qoyanın vəzifələrinə aid edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 12.05.2015-ci il tarixli, 13B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 15.05.2015-ci il tarixli, 13B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən 7520,91 ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilməli; tutma ipoteka predmeti – Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, daşınmaz əmlakın ilkin satış qiyməti 70200 manat müəyyən edilməli; daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə olan borcu ödənilməli və artıq qalan vəsait Cavabdeh2 qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 7520,91 (yeddi min beş yüz iyirmi dollar doxsan bir sent) ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 30 (otuz) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma ipoteka predmeti – Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 70200 (yetmiş min iki yüz) manat müəyyən edilməklə, həmin daşınmaz əmlak açıq hərracdan satılsın. Daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinə olan borcu ödənilsin və artıq qalan vəsait Cavabdeh2 qaytarılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh1 tutularaq - 150 (yüz əlli) manat məbləğində pul "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ15GUNA********************, Bank: Günay Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22); 100 (yüz) manat məbləğində pul isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-78/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-78/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver