Məhkəmə qərarları › İş №2(001)-7812/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7812/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7812/2021 30.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Kreditor Borclu qarşı pul tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Kreditor Borclu qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 1.370 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, 1.390 manat məbləğində pulun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki,ərizədə Borclu ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi,döngə 6” kimi qeyd edilmiş olsa da, lakin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışdan görünür ki, Borclu ünvanı Ağdam rayonu,Seyidli ərzi dairəsi, Seyidli kəndidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 277.1-ci maddəsinə əsasən, məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. -279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina edir; -279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə ərizənin qəbul edilməsindən imtina edir; -279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz; - 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Kreditor Borclu qarşı pul tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilməli, qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora rəsmi qaydada verilməli, kreditora onun hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 276, 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor Borclu qarşı pul tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilsin. Qərardad, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora rəsmi qaydada verilsin. Kreditora izah olunsun ki, onun hazırki tələbi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ vardır. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Bu qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar