Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7823/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(00)-7213/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, 16 fevral 2019-cu il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 13 iyul 2018-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 16 fevral 2019-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Az müddətdə münasibətləri korlandığı üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(001)-7213/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan qızlarının onun yanında saxlanması, uşağın saxlanması üçün hər ay cavabdehin gəlirlərinin ¼ məbləğində alimentin tutulması və uşaq 3 yaşına çatana kimi hər ay 50 manat əlavə alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən sonra cavabdehin guya əmək haqqının ¼ hissəsinin cəmi hər ay 85 manat olması səbəbindən hər ay cəmi 85 manat+ 50 manat= 135 manat aliment ödəmişdir. İndiyə kimi hər ay cəmi 135 manat aliment ödəyir. Baxmayaraq ki, gəlirləri kifayət qədər yüksəkdir. Eyni zamanda cavabdeh bəyan edir ki, artıq uşağın 3 yaşına az qalıb, və o, cəmi 85 manat aliment ödəyəcək. Onun övladını tam təmin edəcək gəliri yoxdur. Cavabdehə bu hal məlumdur. Əslində uşağın tam tələbatlarının ödənməsi üçün 135 manat məbləğ belə kifayət etmir. Bunun üçün bazarda olan uşaq tələbatı məhsullarının, elementar tibbi xidmətlərin qiymətlərinə nəzər saldıqda aydın olur. Bunu təbii ki, cavabdeh də bilir, amma təəssüf ki, məhkəmə qətnaməsi ilə müəyyən olunan aliment ödənişi ilə kifayətlənib, əmək haqqını az göstərir ki, az ödəniş etsin. Əvvəlki məhkəmə qətnaməsindən artıq iki il müddət ötmüşdür. Bu müddət ərzində övladı böyümüş, tələbatları və xərcləri də artmışdır. İndiki zamanda təkbaşına uşaq böyütmək, onun bütün maddi məsrəflərini qarşılamaq olduqca çətindir. Əlavə xərclər yarandığı halda isə cavabdeh həmin xərcləri qarşılamır. Hazırda cavabdeh tərəfindən hər ay uşağın saxlanması üçün ödənilən aliment məbləği kifayət etmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehdən fərqli olaraq o, kirayə evdə anası ilə birlikdə yaşayır, anası isə təqaüdçüdür. Həmçinin verilmiş suallara cavab olaraq bildirdi ki, onun rəsmi iş yeri yoxdur, lakin evlərə gedərək tibb bacısı kimi fəaliyyət göstərir və aylıq qazancı 100-300 manat olur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, hazırda 430 manat əmək haqqı alır və həmin məbləğin 143 manatı alimentin ödənilməsinə gedir. O, yenidən nikaha daxil olmuş və bir övladı dünyaya gəlmişdir. Onun iddiaçıya bundan əlavə aliment ödəməyə maddi imkanı yoxdur, çünki ailəsini və uşağını da saxlamalıdır. Bundan başqa, o, şəkər xəstəliyindən əziyyət çəkir, urəyindən də əməliyyat olunmuşdur. Onun müalicəsinə aylıq 90 manat sərf olunur. İddiaçı ondan aliment tələb etməkdənsə, özü də işləyə bilər. Həmçinin o, iddiaçı ilə nikaha daxil olduqdan sonra bir ay bir yerdə yaşamış, sonradan ayrılmışlar. O, uşağın doğulmasını istəməmiş, lakin cavabdeh ona bildirmişdir ki, uşaq dünyaya gəldikdən sonra özü ona baxacaqdır. Hazırda isə ondan aliment tələb edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(001)-7213/2019 saylı qətnaməsinin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında 13 iyul 2018-ci il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış 100 saylı nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan 16 fevral 2019-cu il təvəllüdlü X3 anası X2 yanında qalması, 10 sentyabr 2019-cu il tarixdən başlayaraq 16 fevral 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin X2 xeyrinə tutulması, 10 sentyabr 2019-cu il tarixdən başlayaraq 16 fevral 2019-cu il təvəllüdlü X3 3 yaşına çatanadək hər ay 50 manat Cavabdeh X2 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Heydər Məscidi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2021-ci il tarixli, 13 nömrəli arayışdan görünür ki, Cavabdeh mütəxəssis vəzifəsində işləyir və onun vəzifə maaşı 430 manatdır. Həmin məbləğdən 32.2 manat gəlir vergisi, 12.9 manat DSMF-ə, 2.15 manat məşğulluq fonduna, 8.6 manat icbari tibbi sığortaya, cəmi 55,85 manat tutulur və ələ çatası məbləğ 374.15 manat olur. Həmin məbləğdən isə 143,53 manat aliment kimi tutulur, 230,62 manat isə Cavabdeh əmək haqqı kartına köçürülür. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2020-ci il tarixli, AZ-İİ seriyalı 402340 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 26 dekabr 2020-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2020-ci il tarixli, AZ-İV seriyalı 576462 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılova Fərin Elnur qızı 30 iyul 2021-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X4r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 16 fevral 2019-cu il təvəllüdlü X3 iddiaçının yanında qalması müəyyən edilmiş, həmçinin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmuşdur. Cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan da bir uşağı dünyaya gəlmişdir. Cavabdehin əmək haqqı 430 manat təşkil edir, həmin məbləğdən hazırda iddiaçıya məhkəmə qətnaməsinə əsasən 143,53 manat məbləğində aliment ödənilir. Hazırda iddiaçı cavabdehin ödədiyi aliment məbləğinin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının 200 manat məbləğinə artırılmasını xahiş edir, cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarından görünür ki, cavabdeh ididaçıya əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment ödəyir və onun maddi vəziyyətində dəyişiklik olmamışdır. Əksinə, onun daha bir uşağı dünyaya gəlmiş və həmin uşağın saxlanması da cavabdehdən vəsait tələb edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7823/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7823/2021
28.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver