Məhkəmə qərarları › İş №2(001)-7893/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7893/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7893/2021 29.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Abbasov Elqam Eyvaz oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC Cavabdehlər Cavabdeh1 Abbasov Elqam Eyvaz oğlu Öhdəliyə əsas olan 24-M-1-0-220-14\ 06.12.2019 muqavilənin nomrəsi və tarixi: Müqavilənin son 06.12.2024 tarixi: Borc barədə məlumat Verilən borcun/kreditin 1830,59 məbləği: Faiz dərəcəsi: 1% Ödənilməmiş əsas borc: 1650,6 Ödənilməmiş faiz borcu: 6,71 Tələb olunan dəbbə 4,45 pulu məbləği: Tutulmalı olan cəm 1661,76 məbləğ: Valyuta növü: AZN Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələri Prosessual Məcəlləsinin maddələri 385,1, 427.3, 442, 443.1, 448, 462 və 119, 284.1, 284-5, 284-5.3 və 284-6.1, 739 Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim edilmiş sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 kreditor qarşısında Cavabdeh1 öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Odur ki, Cavabdeh2 06.12.2019-cu il tarixli müqavilə üzrə iddiaçı-kreditor İddiaçı ASC qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Abbasov Elqam Eyvaz oğlundan 1650,6 manat əsas borc, 6,71 manat faiz borcu, 4,45 cərimə borcu olmaqla, cəmi 1661,76 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. Cavabdeh1 və Abbasov Elqam Eyvaz oğlundan 1650,6 manat əsas borc, 6,71 manat faiz borcu, 4,45 cərimə borcu olmaqla, cəmi 1661,76 manat (bir min altı yüz altmış bir manat yetmiş altı qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar