Məhkəmə qərarları › İş №2(001)-7894/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7894/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7894/2021 03.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 21.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3214,6 manat əsas borc, 616,78 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 3831,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 21.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə, 24 ay müddətinə 4000 manat kredit götürmüşdür. 28 dekabr 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 21 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28.09.2021-ci ilədək Cavabdeh Banka 21.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3214,6 manat əsas borcu, 616,78 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 3831,38 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 21.05.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3214,6 manat əsas borc və 616,78 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 3831,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələblərini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edib, izahat verərək bildirdi ki, o, Bankdan kredit götürmüş və pandemiya olana qədər, hər ay müvafiq ödənişlər etmişdir. Lakin hal-hazırda maddi imkanı yoxdur. Belə ki, usta işləyir və oğlu əsirlikdə olub, ayağını kəsiblər və hal-hazırda ona qulluq edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 21.05.2019-cu il tarixli, 11-MY-1-0-1150-19 saylı Kredit müqaviləsindən görünür ki, "xxxx" X2 ilə Cavabdeh arasında illik 28% olmaqla 24 ay müddətə cavabdehə 4000 manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 21.05.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 4000 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən bankın kassasından qəbul edilmişdir. İşdə olan 21.05.2019-cu il tarixli, 11-MY-1-0-1150-19 saylı Kredit müqaviləsinə 05.05.2020-ci il tarixli Əlavə Sazişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2759,84 manat təşkil etmiş, kreditin müddəti 21.08.2021-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 28% təşkil etmişdir. İşdə olan 21.05.2019-cu il tarixli, 11-MY-1-0-1150-19 saylı Kredit müqaviləsinə 10.08.2020-ci il tarixli Əlavə Sazişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 2924,62 manat təşkil etmiş, kreditin müddəti 21.10.2021-ci il tarixədək uzadılmışdır. İşdə olan 21.05.2019-cu il tarixli, 11-MY-1-0-1150-19 saylı Kredit müqaviləsinə 28.12.2020-ci il tarixli Əlavə Sazişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3217,07 manat təşkil etmiş, kreditin müddəti 21.01.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 11-MY-1-0-1150-19 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 75,06 və 362,42 manat olmaqla 21.01.2022-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21.05.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 28.09.2021-ci il tarixə 3214,6 manat əsas borcu və 616,78 manat faiz borcu olmaqla, cəmi 3831,38 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 21.05.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" X2 ASC-nin hazırkı adı İddiaçı ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1 maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh 21 may 2019-cu il tarixli, 11-MY-1-0-1150-19 saylı Kredit Müqaviləsi və ona Əlavə olaraq bağlanmış Saziş ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə cavabdehdən 21 may 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn 3214,6 manat əsas borc və 616,78 manat faiz borcu olmaqla, cəmi 3831,38 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 3214,6 (üç min iki yüz on dörd manat 60 qəpik) manat məbləğində əsas borc və 616,78 (altı yüz on altı manat 78 qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3831,38 (üç min səkkiz yüz otuz bir manat 38 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar