Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-797/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 192 manat əsas borc, 19 manat dəbbə pulu olmaqla, cəmi 211 manat borcun və 30 manat ödənilmiş dövlət rüsümunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqaviləyə əsasən N.X2 Holder almış və nəticədə 211 manat borcu yaranmışdır. Cavabdeh 19.06.2020-ci il tarixində aldığı məhsuldan imtina etmiş və məhsul 150 manat qiymətləndirilərək borcdan silinmiş, əlavə olaraq isə 138 manat olmaqla, cəmi 288 manat ödəniş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Rəhimov iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verməklə hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 12.06.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh alqı-satqı qiyməti 480 manat olan X3 almış və nəticədə 211 manat borcu yaranmışdır. "xxxx" MMC-nin Cavabdeh ünvanlandığı 26.08.2021-ci il tarixli məktubuna əsasən Cavabdeh müqavilə şərtlərini pozduğuna görə, onun razılığı əsasında “6.5” X3 (sw-30818)” markalı segway geri qaytarılmışdır. “6.5” X3 (sw-30818)” markalı segway 150 manat dəyərində qiymətləndirilmiş və dəyəri ümumi borcdan silinmiş, qalan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh məlumatlandırlmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödəniş etməmişdir. Bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 567, 600, 601.1 maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyinin tələbinə əsasən alıcı tərəfindən satıcıya ağlabatan müddətdə bildiriş verilməli olan hallardan biri də alğı-satqı müqaviləsinin keyfiyyət haqqında şərtlərinin pozulması halıdır. Alıcı bu qaydanın yerinə yetirmədiyi halda satıcı alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə və ya əşyanın qüsurlarının aradan qaldırılmasına dair tələblərini ödəməkdən tamamilə və ya qismən imtina edə bilər. Bundan başqa alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Hazırki mülki iş materiallarına əsasən cavabdeh tərəfindən əşyanın dəyişdirilməsi və ya qüsurlarının aradan qaldırılması barədə tələb olmamış, həmçinin cavabdeh (alıcı) ona verilmiş əşyanı qəbul etməkdən imtina etmişdir. Bundan sonra satıcı tərəfindən əşya qiymətləndirilərək həmin məbləğ geri qaytarılmışdır. Lakin alıcı qalan məbləği müqavilə üzrə qalan borcu ödəməkdən yayınmışdır. İş materiallarından da aydın olur ki, cavabdeh (alıcı) əşyanı müqavilə üzrə müvafiq məbləğdə ödənişləri etməklə uzun müddət istifadə etmiş, sonra satıcıya əşyanı qaytararaq ondan imtina etmiş, buna görə də satıcıya ziyan vurmuşdur. Çünki müəyyən müddət istifadə edilmiş əşyanın geri qaytarıldıqda dəyərinin azalması, həmçinin satıcının müqavilədən əldə edəcəyi gəlirdən məhrum olması işin mübahisəsiz halıdır. Beləliklə, cavabdeh-alıcı müqavilə predmetinin dəyərini tam ödəməməklə yanaşı ondan istifadə etmiş, faydalanmış, satıcı isə ilkin satış dəyərini itirmiş əşyanı yenidən satsa belə, eyni gəliri əldə edə bilmək şansını itirməklə yanaşı, cavabdehlə bağladığı müqavilədən əldə etməli olduğu gəlirdən də məhrum olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir. İddiaçı tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmişdir. Odur ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 192 manat ödənilməmiş məbləğ, 19 manat dəbbə pulu, cəmi 211 manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 192 manat ödənilməmiş məbləğ, 19 manat dəbbə pulu, cəmi 211 (iki yüz on bir) manat və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-797/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-797/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver