Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7972/2025 11.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8525 manat borc pulun və 106 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-408/2025 saylı qərardadı ilə mülki iş materialları icraata götürülmüşdür. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-408/2025 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəməyə vəsatət verərək, mülki işin baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ünvan 2 ünvanında yaşayır. İmkanı olmadığından, Şuşa işğaldan azad olunandan sonra, oranı ziyarət etməyə gedə bilməmişdir. Hamıya məlum olan haldır ki, məcburi köçkünlər rəsmi qeydə alındıqları ünvan üzrə yaşamamaqla müxtəlif ərazi vahidlərində məskunlaşmış, bu məskunlaşma səlahiyyətli orqan tərəfindən qeydə alınmışdır. Ümumi məhkəmə təcbürəsində formalaşmış mövqeyə görə prosessual qənaət prinsipinə uyğun olaraq və məhkəməyə əlçatanlığının təmin edilməsi üçün məcburi köçkünlərin iştirak etdiyi işlər üzrə ərazi aidiyyəti ilə bağlı məsələlər məhkəmələr tərəfindən yoxlanılarkən onların məskunlaşdıqları yer nəzərə alınmaqla qiymət verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. İddia ərizəsindən və onun məzmunundan mülki işin baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsinin səbəbi aydın deyildir. Belə ki, iddia ərizəsi qanunvericilikdə müəyyən edilmiş istisna hal yoxdursa cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. İddia ərizəsindən və “Azemis” elektron məhkəmə sistemindən müəyyən edilir ki, cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 4 ki, qanunvericilikdə iddiaçının seçiminə görə aidiyyətin müəyyən edilməsi halı nəzərdə tutulsa da cavabdehin seçiminə görə aidiyyətin müəyyən edilməsi halı da yoxdur. Mülki iş materiallarını araşdırıb hesab edirəm ki, hazırkı mülki işə hansı məhkəmə tərəfindən baxılmasına dair yaranmış fikir ayrılığına münasibət bildirilməsi üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 45-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyət məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. X3
Məhkəmə qərarları › İş №2(001)-7972/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7972/2025
11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver