Məhkəmə qərarları › İş №2(001)-799/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-799/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-799/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı1, Cavabdeh X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X5ə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X13 Prado” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi zərər görə 16000 manat, səhhətinə dəyən ziyan nəticəsində çəkilmiş tibbi xərclərə görə 3000 manat olmaqla, cəmi 19000 manat məbləğində pulun və ödənilmiş 147 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə, təxminən saat 16:00 radələrində etibarnamə ilə idarə etdiyi , “X13 Prado” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən, Xətai rayonu, M.Hadi küçəsi ilə H.Aslanov metrosu istiqamətindən Əhmədli metrosu istiqamətinə hərəkət etmək üçün Ukrayna dairəsinə daxil olmuşdur. Ukrayna dairəsini dövr edərək hərəkəti davam etdirən zaman Neapol dairəsi istiqamətindən hərəkət edən “Toyota Prius” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X6, Ukrayna dairəsində dövr edən avtomobilləri gözləmədən dairəyə daxil olaraq, onun idarə etdiyi avtomobilin sağ arxa təkərindən vurmuş və nəticədə onun idarə etdiyi avtomobil aşaraq yenidən təkərləri üzərində dayanmışdır. Bu hadisə nəticəsində onun idarə etdiyi avtomobilə ziyan dəymişdir. Əlavə olaraq, baş verən avtoqəza zamanı xəsarət aldığından dərhal xəstəxanaya müraciət etmişdir. Xəstəxanada aparılan müayinədən sonra sinirlərin sıxılmasına dair diaqnoz qoyulmuşdur. Avtoqəza nəticəsində sağlamlığına ziyan dəymişdir. Avtoqəza baş verdikdən sonra Xətai RPİ-nin DYP-nə məlumat verilmişdir. Baş vermiş avtoqəza zamanı xəsarət aldığından Xətai RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 hadisə yerinə dərhal gəlmiş və hadisə barəsində yerində araşdırma aparmışdır. Baş təhqiqatçı, polis mayoru Nurlan Ağazadə xəsarətlə əlaqədar yerində baxış keçirərək, onun xəsarət almasına dair iki vətəndaşın şahidliyinə əsasən Azərbaycan Respublikası CPMnin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən xx.xx.2023-cü il tarixli protokol tərtib etmişdir. Bakı şəhəri Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Toyota Prius” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü Xətai DYPŞ-nə göndərilmişdir. İlkin qiymətləndirmə zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən avtomobilə 16000 manat məbləğində, sağlamlığına isı 3000 manat məbləğində maddi zərər vurulmuşdur. Hesab edir ki, avtomobilin təmir xərclərini və onun sağlamlığına dair çəkilmiş xərcləri ödəmək cavabdeh X3 üzərinə düşür. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, ona məxsus “X13 Prado” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobil hazırda başqa şəxsə satılıb. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, hadisəni o törətmişdir, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq zərəri tam şəkildə ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının digər iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: X3 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi avtomobillə Xətai rayonu Neapol dairəsində Ukrayna dairəsi istiqamətinə doğru hərəkət edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. X8 tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə 295 manat, xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 295 manat məbləğlərində ödənişlər etmişdir. X12 tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə 130 manat məbləğində ödəniş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(001)-4442/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 300 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər». 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarından göründüyü kimi, cavabdeh X6 idarə etdiyi ** PT *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəyicəsində İddiaçı1 idarə etdiyi ** GR *** dövlət qeydiyyat nişanlı “X13 Prado” markalı nəqliyyat vasitəsi zədələnmişdir. Hadisə nəticəsində ** GR *** dövlət qeydiyyat nişanlı “X13 Prado” markalı nəqliyyat vasitəsini idarə edən İddiaçı1 sağlamlığına zərər dəymişdir. Hazırda iddiaçılar “X13 Prado” minik markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomaşına vurulmuş maddi zərər görə 16000 manat, səhhətinə dəyən ziyan nəticəsində çəkilmiş tibbi xərclərə görə 3000 manat olmaqla, cəmi 19000 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Mhkəmə tələbin avtomobilə daymiş zərərin əvəzinin ödənilməsi hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf bildirmişdir ki, ona məxsus avtomobil başqa şəxsə satılmışdır. Avtomobilə nə qədər zərər dəyməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin olunsa da, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılması mümkün olmamışdır. İddia tələbinin sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunmalıdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş qəbzlərdən müəyyən edilir ki, yol-nəqliyyat hadisəsindən sonra İddiaçı1 sağlamlığına dəymiş zərərə görə ümumilikdə 750 manat məbləğində vəsaiti müalicəsinə xərcləmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 dəyən ziyan nəticəsində çəkilmiş tibbi xərclərə görə 750 manat məbləğində vəsait iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun 140 manatı cavabdehdən iddiaçıların xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 dəyən ziyan nəticəsində çəkilmiş tibbi xərclərə görə 750 manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 140 manatı iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar