Məhkəmə qərarları › İş №2(001)-8/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8/2021 26.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X34, Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X24 nümayəndəsi, Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X20 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X41 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X35 və X30 cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin, Cavabdeh1 və X27 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X41 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 , 03 avqust 2012-ci il tarixli 59K\12 nömrəli kredit müqaviləsinə əsasən 15 may 2017-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 17,320.07 manat, faiz borcu üzrə 14,862.02 manat, cərimə borcu üzrə 9,173.85 manat, cəmi 41,355.94 manat, 21 iyun 2012-ci il tarixli 50K\12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh3 əsas borc üzrə 25,625.14 manat, fazi borcu üzrə 17,983.75 manat, cərimə borcu üzrə 15,919.65 manat, cəmi 59,528.54 manat, 29 iyun 2012-ci il tarixli 54K\12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1, X25 və Cavabdeh3 (33000 manat məbləğində bağlanmış hissəvi müqaviləyə əsasən) əsas borc üzrə 55,200.10 manat, faiz borcu üzrə 49,565.28 manat, cərimə borcu üzrə 35,289.03 manat, cəmi 140,054.41 manat, 12 iyun 2012-ci il tarixli 46K\12 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 və X25 əsas borc üzrə 9,105.56 manat, faiz borcu üzrə 9, 600.47 manat, cərimə borcu üzrə 4,388.71 manat, cəmi 23,094.74 manat borcun, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməsi, tutmanın ipoteka predmeti olan 2012-ci il buraxılışlı **-CP-*** dövlət nömrə nişanlı şassi LZZ5EXSD7CN676182 , ağ rəngli “HOWO” 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO”, 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO” 2012-ci il buraxılışlı **-CB-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN659566, ağ rəngli, “HOWO” 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı yük avtomobilləri açıq hərracdan satılması və satışdan ələ olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Müştərilərə xidmət departamenti ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2012-ci il tarixli 59K\12 №-li kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Müştərilərə xidmət departamenti tərəfindən Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün illik 24 % olmaqla, 24 ay müddətinə 46,000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, 2012-ci il buraxılışlı, **-CP-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD2CN676182, ağ rəngli “HOWO”markal yük avtomobilini girov kimi banka təqdim etmiş və bu barədə 03 avqust 2012-ci il tarixli 59\K12 saylı ipoteka müqaviləsi bağlanmışdır. 21 iyun 2012-ci il tarixli 50K\12 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Müştəri Xidmət Departamenti tərəfindən Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilin alınması üçün illik 24 % olmaqla, 24 ay müddətinə 46,000 manat məbləğində kredit vermiş, kredit müqaviləsinin təminatı olaraq 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO”markalı yük avtomobilini girov kimi banka təqdim etmiş və bu barədə 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı ipoteka müqaviləsi bağlanmış , bundan başqa kreditin təminatı olaraq Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. 29 iyun 2012-ci il tarixli 54K\12 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Müştəri Xidmətləri Departamenti tərəfindən Cavabdeh1 2 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün illik 24 % olmaqla, 24 ay müddətinə 92,000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsini təminatı olaraq 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı , şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı, və 2012-ci il buraxılışlı, **-CX-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN659566, ağ rəngli “HOWO”markalı yük avtomobilini girov kimi banka təqdim etmişdir. Bu barədə 29 iyun 2012-ci il tarixli 54K\12 saylı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan kreditin təminatı olaraq Cavabdeh3 ilə bank arasında həmin kreditin 33,000 manat məbləğinə hissəvi zaminlik müqaviləsi bağlanmışdır. Əlavə olaraq bu kreditin təminatı olaraq X41 ilə bank arasında 29 iyun 2012-ci il tarixdə 54ZA\12 saylı zaminlik müqaviləsi bağlanmışdır. 12 iyun 2012-ci il tarixli 46K\12 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti tərəfindən Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün illik 24 % olmaqla, 24 ay müddətinə 46,000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin təminatı olaarq 2012-ci il buraxılışlı, **-CB-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli ,”HOÜO” markalı yük avtomobilini girov kimi banka təqdim etmiş və bu barədə 12 iyun 2012-ci il tarixli 46K\12 saylı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan kreditin təminatı kimi X41 ilə bank arasında 12 iyun 2012-ci il tarixli 46K\12 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə üzərinə düüşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyişlər olmamışdır. İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 03 avqust 2012-ci il tarixli 59K\12 nömrəli kredit müqaviləsinə əsasən 15 may 2017-ci il tarixə Cavabdeh1 əsas borc üzrə 17,320.07 manat, faiz borcu üzrə 14,862.02 manat, cərimə borcu üzrə 9,173.85 manat, cəmi 41,355.94 manat, 21 iyun 2012-ci il tarixli 50K\12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 25,625.14 manat, faiz borcu üzrə 17,983.75 manat, cərimə borcu üzrə 15,919.65 manat, cəmi 59,528.54 manat, 29 iyun 2012-ci il tarixli 54K\12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 55,200.10 manat, faiz borcu üzrə 49,565.28 manat, cərimə borcu üzrə 35,289.03 manat, cəmi 140,054.41 manat, 12 iyun 2012-ci il tarixli 46K\12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 9,105.56 manat, faiz borcu üzrə 9,600.47 manat, cərimə borcu üzrə 4,388.71 manat, cəmi 23,094.74 manat məbləğində borc öhdəliyi vardır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli, 2-1(81)-1404\2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərar əsaən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdiir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh1, X41 və Cavabdeh3 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X36 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbinin rədd edilməsini, cavabdeh olan zaminlər X41 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8\2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1, X41 və Cavabdeh3 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 259.0.7-ci maddəsinin tələbləri əsasında Cavabdeh3 münasibətdə baxılmamış saxlanması qərara alınmışdır. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan İddiaçı ASC-nin Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, X41 və Cavabdeh3 03 avqust 2012-ci il tarixli, 59K\12 №-li kredit müqaviləsi üzrə cəmi 41,355.94 manat, 21 iyun 2012-ci i tarixli 50K\12 №-li kredit müqaviləsi üzrə cəmi 59,528.54 manat, 29 iyun 2012-ci il tarixli 54K\12 №-li kredit müqaviləsi üzrə cəmi 140,054,41 manat, 12 iyun 2012-ci il tarixli 46K№-li kredit müqaviləsi üzrə cəmi 23,094,74 manat borcun cavabdehlərdən tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi əsassızdır. İddia tələbi üzrə qeyd olunan 03 avqust 2012-ci il tarixli 59K\12 №-li , 29 iyun 2012-ci il tarixli 54K\12 №-li və 12 iyun 2012-ci il tarixli 46№-li kredit müqavilələri üzrə öhdəliklər bankın razılığı əsasında, şəxsən bankın müştəri xidməti departamentinin müdiri X14 iştirakı və imzası ilə 21 yanvar 2015-ci il, 28 yanvar 2015-ci il və 09 aprel 2015-ci il tarixli yeni kredit müqavilələrinə əsasən, Cavabdeh1 adından ipoteka predmetləri çıxarılaraq üçüncü şəxslərə satılmış və kredit öhdəliyi həmin şəxslərin adına keçmişdir. Belə olduğu halda qeyd olunan kredit müqavilələri üzrə öhdəliklərin icrası cavabdehlərdən tələb oluna bilməz. İddia tələbi üzrə 29 iyun 2012-ci il tarixli 54K\12 №-li kredit müqaviləsinə əsasən 1 ədəd **-CG-*** dövlət nömrə nişanlı “HOWO”markalı yük avtomobili və 21 iyun 2012-ci il tarixli 50k\12 №-li kredit müqaviləsi üzrə **-CG-*** dövlət nömrə nişanlı, “HOWO”markalı yük avtomobili kredit müqaviləsi üzrə Cavabdeh1 adına olsa da, faktiki kredit rəsmiləşdirilən tarixdən həmin yük avtomobilləri başqa şəxslərin istifadəsindədir və kredit ödənişləri həmin şəxslər tərəfindən həyata keçirilmişdir. Bankın müştəri xidməti departamentinin müdiri X15 və hüquq departamentinə kredit öhdəliyinin yük avtomobillərinin faktiki istifadəçilərinin adına rəsmiləşdirilməsinə dair dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq bank tərəfindən yaranmış problemlərin aradan qaldırılmasında heç bir tədbir görülməmiş, əksinə suni olaraq kredit faizlərinin artmasına zəmin yaradılmışdır. Qeyd olunan iki müqavilə üzrə yaranmış gecikmənin aradan qaldırılmasına və həmin məsələnin bu günə qədər öz həllini tapmamasına maraqlı olan şəxslər bankın müştəri xidməti departamentinin müdiri X21 və hüquq departamentinin məsul şəxsləridir. Kreditora lazım olan təklifin verilməsinə baxmayaraq kreditor tərəfindən müsbət nəticə əldə olunması üçün heç bir tədbir görülməmişdir. İddiaçı iddia tələbinin 29 iyun 2012-ci il tarixli 54K\12 №-li kredit müqaviləsi üzrə borc məbləğini 55200,10 manat əsas borc, 49565,28 manat faiz borcu, 35289,03 manat cərimə faizi cəmi 140054,41 manat hesablanmışdır. Həmin müqavilə üzrə 2 ədəd yük avtomobilinin alınması üçün hər birinin qiyməti 46000 manat olmaqla 92000 manat kredit vəsaiti ayrılmışdır. Müqavilə üzrə **-CX-*** dövlət nömrə nişanlı yük avtomobili bankın öz razılığı əsasında satılmış və həmin avtomobil üzrə borc məbləği yə 46000 manat ödənilmişdir. Beləliklə həmin müqavilə üzrə iddiaçı tərəfindən yalız qalan 46000 manat üzrə yaranmış borc məbləği mübahisələndirilə bilər ki, cavabdeh tərəfindən həmin borcdan bir il ərzində ödəniş cədvəlinə əsasən hər ay 2450 manat məbləğində ödəniş edilmişdir. Riyazi hesablama ilə bu il ərzində 29400 manat edir. Beləliklə əgər qalıq borc məbləğindən yəni 46000 manatdan 29400 manatı cavabdeh tərəfindən ödənilmişdirsəhansı riyazi hesablamalarla 29 iyun 2012-ci il tarixli 54K\12 №-li kredit müqaviləsi üzrə 55200,10 manat əsas borc, 49565,28 manat faiz borcu, 35289,03 manat cərimə faizi, cəmi 140054,41 manat hesablanmışdır. Beləliklə iddiaçının 29 iyun 2012-ci il tarixli 54K\12 №-li və 21 iyun 2012ci il tarixli 50K\12 №-li kredit müqavilələri üzrə hesablanmış borc məbləği reallığı əks etdirmədiyi və 03 avqust 2012-ci il tarixli 59K/12 №-li, 29 iyun 2012-ci il tarixli 54K\12 №-li və 12 iyun 2012-ci il tarixli №-li kredit müqavilələri üzrə öhdəliklər üçüncü şəxslərə keçdiyi üçün iddia tələbi rədd edilməlidir. Bundan başqa kredit müqaviləsinin bitmə tarixindən 3 il müddət keçməsinə baxmayaraq kreditor tərəfindən zaminə qarşı heç bir iddia irəli sürülməmişdir. Bu isə birbaşa zaminliyə xitam verilməsinə əsasdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra Cavabdeh1, X41 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinn əsaslandırıcı hissəsində əlavə olaraq qeyd etmişlər ki, X8 məxsus ipoteka predmetləri olan 5 ədəd yük avtomobilləri 2015-ci il tarixində bank tərəfindən ondan alınmış və 3 yük avtomobili bankın razılığı ilə, bankın özünün tapdığı şəxslərə satılmış, lakin borc məbləği Cavabdeh1 adına olan kreditdən silinməmişdir. 2 ədəd yük avtomobilinin bank tərəfindən harada və kimə verilməsi məlum deyildir. Z.Abdurrəhmanlıya məxsusu 3 ədəd yük avtomobilləri bankın razılığı ilə girovdan azad edilməklə satılması AR DİN BDYPİ-dən əldə olunmuş sənədlər əsasında ispat olunsa da, ilkin iddia üzrə iddiaçı ləğv prosesində olan İddiaçı borc tələbinin dəqiqləşdirilməsi və Cavabdeh1 2 ədəd yük avtomobili üzrə borc tələbinin nə qədər təşkil etməsi barədə maliyyə arayışını məhkəməyə təqdim etməmişdir. Beləliklə bu hal, iddiaçının Cavabdeh1 qarşı borc tələbinin qeyri-müəyyən olmasını təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X43 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X43 izahatında bildirmişdir ki, bankın məhkəmənin 2(001)-30\2020 saylı sorğusuna olan cavabından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X41 və Cavabdeh3 qarşı qaldırdığı iddia tələbinə dair iş üzrə 3-cü şəxslər X35, X42 və X31 ilə İddiaçı ASC arasında bağlanmış hər hansı sənəd və müqavilə mövcud deyildir. Əlavə olaraq bildirmişdir ki, tərəflər arasında barışıq yoxdur. Avtomobillər cavabdeh tərəfindən satılmışdır. Bank sadəcə həmin avtomobillərin girovdan azad edilməklə özgəninkiləşdirilməsinə razılıq vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 oğlunun nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatlarında bildirmişdir ki, avtomobillərin birinin satıldığı şəxs F.Həsənov 10 min manat məbləğində ödəniş etmiş sonra isə ölmüşdür.Röyalə xanıma satılan maşın isə onun yoldaşı tərəfindən idarə olunur. Hətta o, həmin maşını Qala qəsəbəsində görmüşdür. Digər 2 maşınının aqibətindən isə xəbərsizdir. O, Röyalənin yoldaşının iştirak etdiyi alğı-satqıda iştirak etməmiş. həmin vaxt rayonda olmuş və öz yoldaşına 50 illik etibarnamə vermişdir. Təkrarən bildirir ki, maşın Röyalə xanımın yoldaşındadır. O, 4 ildir ki, həmin maşınları axtarır. Əvvəllər bankda onun adına müqavilələr olmuşdur. Maşını kim alğı-satqı ilə alırdısa onlar da müqaviləni bağlayırdılar. Yəni avtomobillərin satılmasında onun heç bir şəxsi marağı olmamışdır. O, 2 maşınının girov olduğu kredit müqaviləsi üzrə borcu etiraf edir. 2015-ci ildə artıq onnu korrupsiya idarəsinə çağırdıqlarında ortada ciddi problem olduğunu anlamışdır. Avtomobillər müxtəlif şəxslərə satılmışdır. Alğı-satqıdan sonra kreditə yönəlmə olmalı idi. Lakin sənədləşmə düzgün həyata keçirilməmiş və alınan məbləğ kredit borcundan silinməmişdir. Həmçinin əlavə olaraq bildirmişdir ki, 4 kredit və 5 ipoteka müqaviləsi olmuşdur. Bağlanmış kredit müqavilələrinin ikisinə münasibətdə borcunu etiraf edir. Maşınların satılması üçün bankın nümayəndəsi tərəfindən müştəri tapılmışdır. Avtomobillərin hazırda harada olması barədə məlumatı yoxdur. Alğı-satqı müqavilələrinin 2-sinin bağlanmasında özü, birinin bağlanmasında isə yoldaşı iştirak etmişdir. Bağlanan müqavilədən pul götürməmişdir. O, yalnız satış üçün polisə getmişdir. Maşınları isə təsadüfən yollarda görmüşdür. 3-cü şəxs kimi cəlb edilən Məmmədov Elçini tanımır. Əliyeva Röyaləni isə Bankda görmüşdür. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi vəkil X44 izahatında bildirmişdir ki, Cavabdeh1 hazırda öz adında olan maşınların təminatı olduğu kredit müqaviləsi üzrə borcunun olmasını inkar etmir, lakin digər 3 ipoteka predmeti olan avtomobillər kənar şəxslərə satılmışdır. Belə olduğu təqdirdə yeni müştərilərlə kredit müqaviləsi bağlanmalı və avtomobillər onlar arasında bağlanan kredit müqaviləsinə əsasən girov predmeti olmalı idi. Bankın əməkdaşının səhlənkarlığına görə, Zakirdən 4 kredit müqaviləsi üzrə borcun tələb edilməsi əsasızdır. Həmin avtomobillərin satışından əldə olunan pul vəsaiti cavabdehin kredit borcundan silinməli idi. Lakin bank tərəfindən bu həyata keçirilməmişdir. Rəhbərliyə bu barədə rəsmi müraciət edilmiş və 4-5 aydır daxili araşdırlma aparılsa da onlara formal olaraq filan qədər kredit borcunun olması və ödənişin həyata keçirilməsinin xahiş edildiyi məktub təqdim edilir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X24 nümayəndəsi, Vəkil1 izahatında bildirmişdir ki, hər iki iddia tələbinə münasibət bildirilməsini məhkəmənin mülahizəsinə həvalə edir. Belə ki, X28 qarşı qaldırılmış hər hansı bir iddia tələbi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X24 nümayəndəsi, Vəkil1 izahatında bildirmişdir ki, bank ilə X35 arasında hər hansı öhdəlik münasibəti olmamışdır. AR Kredit Bürosundan olan çıxarışdan görünür ki, müdafiə etdiyi şəxsin bank qarşısında hər hansı öhdəliyi yoxdur. Xanımın bankda yalnızca cari hesabı mövcud olmuşdur. Adına isə heç bir kredit müqaviləsi yoxdur. Əgər belə bir kredit müqaviləsi olsa idi, bank hazırki iddia tələbində cavabdeh qismində Röyalə xanımı da göstərə bilərdi. Əgər belə bir kredit müqaviləsi varsa bank tərəfindən məhkəməyə təqdim edilməli idi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X30 izahatında bildirmişdir ki, hər iki iddiaya münasibətdə yekun qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Əlavə olaraq bildirmişdir ki, özü DİN-nin əməkdaşı olmuşdur. 2017-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir. Hal-hazırda avtomobil onda deyil, etibarnamə əsasında başqa şəxsə satmışdır. Həmin maşın onun adına alınsa da, nəvəsinin istifadəsi üçün alınmışdır. Zakiri bir dəfə yol polis idarəsində görmüşdür. Maşınla bağlı olan ipoteka müqaviləsi barəsində bir söz deyə bilməyəcək. Lakin onun bildiyi qədəri ilə maşın üçün 13 000 yada 11 000 manat ödəniş edilmişdir. Lakin ödənilən pullar Zakirə verilməmişdir. Alğı-satqı müqaviləsi və digər sənədlər xalası nəvəsi dediyi şəxsdədir. O özü müqavilə üzrə ödənişlərə nəzarət etmişdir. Nəzarət etdiyi şəxsdən sonuncu dəfə ödənişlərini soruşduqda ona müqavilə üzrə borcu bağladığını bildirmişdir. Lakin borc bağlanmamış, bank bağlanmışdır. Daha sonra isə maşınla qəza törətməsi barədə məlumatı vardır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdeh, eyni zamanda qarşılıqlı iddiaçı olan Cavabdeh3 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)-8\2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X41 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X28, X37 və X26) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X32 ölməsi səbəbindən ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilən X21 ifadəsində bildirmişdir ki,hal-hazırda Əmanətlərin Sığortalanması Fondunda işləyir. Qeyd edilən bankda 2012-ci ildən müştəri xidmətlərinin müdiri olmuşdur. Həmin vəzifədə və bankda 2016-cı il tarixinə kimi işləmişdir. 2016-cı ildə bankda lisenziya ləğv olunmuş, özü isə bankın ştatından 2019-cu ildə çıxmışdır. Bankla isə artıq hər hansı əlaqəsi qalmamışdır. Mülki iş üzrə cavabdeh Z.Abdurrəhmanlını tanıyır, Azər müəllimi isə təxmini olaraq bankda gördüyünü hesab edir. Belə ki, o Cavabdeh1 müştəri qismində tanımış, onunla müştəri qismində kredit müqaviləsi bağlamışdır. Müştəri kredit məbləğində ödəniş etməmişdir. Bu səbəbdən bank rəhbərliyinin mövqeyi maşınların satılmasından yana olmuşdur. Maşınların isə kimə satılması barədə məlumatı tam xatırlaya bilmir. Aparılacaq prosedura əsasən bank tərəfindən alqı-satqı müqaviləsinin bağlanması üçün müştəriyə girovdan azad edilmə barədə məktub verilir, daha sonra maşının satıldığı yeni müştərilərlə kredit müqaviləsi bağlanır və həmin maşın təzədən girova götürülür. Bağlanacaq həmin müqavilə yeni kredit müqaviləsi olacaq idi. Həmin vaxta kimi borclu Zakirin adına kredit üzrə faiz və cərimlər hesablanmaqda davam etmişdir. Həmin cərimələri silmək üçün müşahidə şurası qərar verməli idi ki, faizlər silinsin və yeni kredit açılsın həmin faizlər həmin kreditə yönəldilsin. Rəhbərlik tərəfindən bəzi proseslər uzadıldığından yeni alıcılara kredit verilməmiş yaranan münasibətlərlə bağlı sənədlər heç sistemə salınmamışdır. Satılan maşınların pulunun kim tərəfindən ödənilməsini, ümumiyyətlə maşınların kimə satılması barədə məlumatı tam olaraq xatırlamadığından deyə bilmir. Ən azından 3 şəxsə maşın satıldığı halda yeni kredit müqaviləsi də, bağlanmalı idi. Lakin onun 3-cü şəxslərlə Bank arasında sazişin olması barədə məlumatı yoxdur. Əgər belə bir hal olsa idi, tərəflər arasında yaranan münasibətlərin əsasını təşkil edəcək müqaviləyə onun özü imza etməli idi. Bankın özünün maşınların satılması və ya yeni kredit müqaviləsinin bağlanması üçün müştəri tapaq kimi səlahiyyəti olmamışdır. Avtomobillərin satılması üçün tərəflər arasında razılıq əldə olunur daha sonra maşınlar satılır və yenidən girov müqaviləsi bağlanılır. Nəticədə yeni kredit verilir, müqavilə sistemə salınır və kredit müqaviləsi üzrə ödənişlər artıq yeni müştəri hesabına ödənilirdir. Bütün prosedur bundan ibarət olmalı idi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən, qarşılılıqlı iddia isə tam təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-ni Müştəri Xidməti Departamenitinin nümayəndəsi ilə sahibkar Cavabdeh1 arasında bağlanan 12 iyun 2012-ci il tarixli, 46 K\12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46000 manat məbləğində, 24 ay müddətinə, illik 24 faizlə kredit verməyi, borc alan Cavabdeh1 isə krediti qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmçinin müqavilənin 5.3-cü maddəsinə əsasən borc alan bu müqavilənin 3.6-cı maddəsində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitirmə tarixinə kimi, (yəni saat 16:00-dək) kredit vəsaitini tam şəkildə bağlamadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olununan (illik 24 %) illik fazi dərəcəsi iki dəfə artırılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 12 iyun 2012-ci il tarixli 46K\12 saylı girov\ipoteka müqaviləsinin predmeti çıxış edir. 12 iyun 2012-ci il tarixli, 46K\12 saylı girov müqaviləsindən görünür ki, 12 iyun 2012ci il tarixli 46K\12 saylı kredit müqaviləsinə əsasən girov saxlayan, girov qoyana 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün 46, 000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq girov qoyan şassi LZZ5EXSD7CN659572, istehsal tarixi 2012-ci il olan yük maşınını girov saxlayana girov kimi təqdim edir. Tərəflərin razılığı ilə girov predmeti 61,000 manat dəyərində qiymətləndirilir. 12 iyun 2012-ci il tarixli , 46K\12 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC–nin Müştərilərə Xidmət Departamentinin nümayəndəsi ilə fiziki şəxs X41 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin X41 Cavabdeh1 ilə bank arasında imzalanmış 12.06.2012-ci il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 % olmaqla, 24 ay müddətinə verilən 46,000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin, və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanır. Müqavilənin 1.2-ci maddəsinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və borcalan bank qarşısında eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar.Müqavilənin 7-ci maddəsinə əsasən zaminlik müqaviləsi imzalandığı an qüvvəyə minir. Zaminlik müqaviləsinə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək, zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənədək qüvvədədir. İddiaçı” ASC-ni Müştəri Xidməti Departamenitinin nümayəndəsi ilə sahibkar Cavabdeh1 arasında bağlanan 29 iyun 2012-ci il tarixli, 54 K\12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh1 2 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 92,000 manat məbləğində, 24 ay müddətinə, illik 24 faizlə kredit verməyi, borc alan Cavabdeh1 isə krediti qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmçinin müqavilənin 5.3-cü maddəsinə əsasən borc alan bu müqavilənin 3.6-cı maddəsində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitirmə tarixinə kimi, (yəni saat 16:00-dək) kredit vəsaitini tam şəkildə bağlamadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olununan (illik 24 %) illik fazi dərəcəsi iki dəfə artırılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 29 iyun 2012-ci il tarixli 54K\12 saylı girov\ipoteka müqaviləsinin predmeti çıxış edir. 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı girov müqaviləsindən görünür ki, 29 iyun 2012ci il tarixli 54K\12 saylı kredit müqaviləsinə əsasən girov saxlayan, girov qoyana 2 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün 92,000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq girov qoyan şassi LZZ5EXSD1CN659566, istehsal tarixi 2012-ci il, şassi LZZ5EXSD1CN669367, istehsal tarixi 2012-ci il olan yük maşınını girov saxlayana girov kimi təqdim edir. Tərəflərin razılığı ilə girov predmeti 122,000 manat dəyərində qiymətləndirilir. 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı hissəvi zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC nin Müştərilərə Xidmət Departamentinin nümayəndəsi ilə fiziki şəxs (zamin) Cavabdeh3 və (borc alan) X12 arasında hissəvi zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Cavabdeh1 ilə bank arasında imzalanmış 29.06.2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 % olmaqla, 24 ay müddətinə verilən 92,000 manat məbləğində vəsaitin 33,000 manatına, hesablanmış faizlərin, və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanır. Müqavilənin 1.2-ci maddəsinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə Zamin bank qarşısında 33,000 manat dəyərində eyni dərəcədə məsuliyyət daşıyır. Müqavilənin 7-ci maddəsinə əsasən zaminlik müqaviləsi imzalandığı an qüvvəyə minir. Zaminlik müqaviləsinə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək, zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənədək qüvvədədir. 29 iyun 2012-ci il tarixli, 54Za\12 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC–nin Müştərilərə Xidmət Departamentinin nümayəndəsi ilə fiziki şəxs X41 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin X6 Zakir Xudaverdi oğlu ilə bank arasında imzalanmış 29.06.2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 % olmaqla, 24 ay müddətinə verilən 92,000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin, və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanır. Müqavilənin 1.2-ci maddəsinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və borcalan bank qarşısında eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar.Müqavilənin 7-ci maddəsinə əsasən zaminlik müqaviləsi imzalandığı an qüvvəyə minir. Zaminlik müqaviləsinə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək, zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənədək qüvvədədir. İddiaçı” ASC-ni Müştəri Xidməti Departamenitinin nümayəndəsi ilə sahibkar Cavabdeh1 arasında bağlanan 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46,000 manat məbləğində, 24 ay müddətinə, illik 24 faizlə kredit verməyi, borc alan Cavabdeh1 isə krediti qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmçinin müqavilənin 5.3-cü maddəsinə əsasən borc alan bu müqavilənin 3.6-cı maddəsində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitirmə tarixinə kimi, (yəni saat 16:00-dək) kredit vəsaitini tam şəkildə bağlamadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olununan (illik 24 %) illik fazi dərəcəsi iki dəfə artırılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 21 iyun 2012-ci il tarixli 50K\12 saylı girov\ipoteka müqaviləsinin predmeti çıxış edir. 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC–nin Müştərilərə Xidmət Departamentinin nümayəndəsi ilə fiziki şəxs Cavabdeh3 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin Cavabdeh3 Cavabdeh1 ilə bank arasında imzalanmış 21.06.2012-ci il tarixli, 50K\12 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 % olmaqla, 24 ay müddətinə verilən 46,000 manat məbləğində vəsaitin, hesablanmış faizlərin, və müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanır. Müqavilənin 2.2-ci maddəsinə əsasən borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi və lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və borcalan bank qarşısında eyni dərəcədə, tam həcmdə və birgə məsuliyyət daşıyırlar.Müqavilənin 7-ci maddəsinə əsasən zaminlik müqaviləsi imzalandığı an qüvvəyə minir. Zaminlik müqaviləsinə borc alan tərəfindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilənədək, zamin borc alanın kredit müqavilələri üzrə öhdəliklərini tam icra etdikdən sonra və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənədək qüvvədədir. 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı girov müqaviləsindən görünür ki, 21 iyun 2012ci il tarixli 50K\12 saylı kredit müqaviləsinə əsasən girov saxlayan, girov qoyana 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması üçün 46,000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə ödənişlərin icra olunmasına təminat olaraq girov qoyan şassi LZZ5EXSD7CN659569, istehsal tarixi 2012-ci il olan yük maşınını girov saxlayana girov kimi təqdim edir. Tərəflərin razılığı ilə girov predmeti 61,000 manat dəyərində qiymətləndirilir. İddiaçı” ASC-ni Müştəri Xidməti Departamenitinin nümayəndəsi ilə sahibkar Cavabdeh1 arasında bağlanan 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı ASC borc alan Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46,000 manat məbləğində, 24 ay müddətinə, illik 24 faizlə kredit verməyi, borc alan Cavabdeh1 isə krediti qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə borc alan üzərinə düşən öhdəlikləri icra etməməsinə və ya lazımınca icra etməməsinə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etməməsinə görə dəbbə pulu ödəməlidir. Müqavilənin 5.2-ci maddəsinə əsasən borc alan üzərinə düşən öhdəliklərin icrasını 7 bank günündən artıq müddətdə gecikdirdikdə, kredit və kredit üzrə hesablanmış faizlər üzrə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğə 1% miqdarında borc verənə dəbbə pulu ödəməlidir. Həmçinin müqavilənin 5.3-cü maddəsinə əsasən borc alan bu müqavilənin 3.6-cı maddəsində göstərilən kredit vəsaitindən istifadə müddətinin bitirmə tarixinə kimi, (yəni saat 16:00-dək) kredit vəsaitini tam şəkildə bağlamadığı təqdirdə bu müqavilənin 1.1-ci maddəsində qeyd olununan (illik 24 %) illik fazi dərəcəsi iki dəfə artırılır. Müqavilənin 6.1-ci maddəsinə əsasən bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 03 avqust 2012-ci il tarixli 59K\12 saylı girov\ipoteka müqaviləsinin predmeti çıxış edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X54 İdarəsi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Ceyhun Yusifovun sorğusuna göndərilən 05 avqust 2017-ci il tarixli, 016-86523-1217 saylı cavab məktubundan görünür ki, 09 aprel 2015-ci il tarixdə alqı satqı müqaviləsi əsasında “HOWO”markalı **-CB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yeni **-TU-*** dövlət qeydiyyat nişanları təhkim olunaraq X24 adına təkrar dövlət qeydiyyatına alınmışdır. “HOWO”markalı **-CP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 22 yanvar 2015-ci il tarixdən X33, “HOWO”markalı **-CX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili 29 yanvar 2015-ci il tarixdən X20 adına qeydiyyatdadır. İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamentinin direktoru A.F.Balıyeva tərəfindən X55 İdarəsinə ünvanlanan 21 yanvar 2015-ci il tarixli, 182 saylı məktubunun surətindən görünür ki, 03 avqust 2012-ci il tarixli 59K\12 saylı girov müqaviləsi üzrə fiziki şəxs X4 müraciət edərək ona məxsus **-CP-*** qeydiyyat nişanlı “HOWO”markalı, model ZZ3317N3867W (mühərrik **********07, şassi LZZ5EXSD2CN676182 buraxılış ili 2012-ci il) yük avtomobilinin girovdan azad edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən fiziki şəxs, X10 məxsus avtomobilin girovdan azad olunmasına dair sərəncam verilməsi xahiş edilmişdir. İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamentinin direktoru A.F.Balıyeva tərəfindən X55 İdarəsinə ünvanlanan 09 aprel 2015-ci il tarixli, 1722 saylı məktubunun surətindən görünür ki, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı girov müqaviləsi üzrə fiziki şəxs X4 müraciət edərək ona məxsus **-CB-*** qeydiyyat nişanlı “HOWO”markalı, model ZZ3317N3867W (şassi LZZ5EXSD1CN659572 buraxılış ili 2012-ci il) yük avtomobilinin girovdan azad edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən fiziki şəxs, X10 məxsus avtomobilin girovdan azad olunmasına dair sərəncam verilməsi xahiş edilmişdir. İddiaçı ASC-nin Müştərilərə Xidmət Departamentinin direktoru A.F.Balıyeva tərəfindən X55 İdarəsinə ünvanlanan 28 yanvar 2015-ci il tarixli, 247 saylı məktubunun surətindən görünür ki, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı müqavilə üzrə girov müqaviləsi üzrə fiziki şəxs X4 müraciət edərək ona məxsus **-CX-*** qeydiyyat nişanlı “HOWO” markalı, model ZZ3317N3867W (mühərrik **********17, şassi LZZ5EXSD1CN659566 buraxılış ili 2012-ci il) yük avtomobilinin girovdan azad edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən fiziki şəxs, X10 məxsus avtomobilin girovdan azad olunmasına dair sərəncam verilməsi xahiş edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-105\2019 saylı, 04 iyun 2019-cu il tarixli qərardadı ilə “HOWO” yük markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı və “HOWO” yük markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillərə dair bütün əməliyyatlarla bağlı, yəni ilkin sahibi, sonrakı sahibi, alqı-satqı müqavilələri, etibarnamə ilə idarə edilibedilməməsi və sair barədə materiallar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X54 İdarəsi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmı və qərardad icra olunması üçün AR DİN BDYPİ-nə göndərilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-105\2019 saylı, 04 iyun 2019-cu il tarixli qərardadının icrası ilə əlaqədar olaraq BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polis-polkovniki M.Rəhimov tərəfindən məhkəməyə ünvanlanan məktubdan görünür ki, “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 iyun 2016-cı il tarixindən, “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 26 iyun 2012-ci il tarixindən hal-hazıradək Cavabdeh1 adına qeydiyyatddadır. BDYPİ- tərəfindən təqdim edilən komputer şıxarışından görünür ki, “HOWO Yük” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 yanvar 2015-ci il tarixində ipotekadan azad edilməklə, alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından çıxarılmış və Həsənov Füzuli Əli oğlunun adına qeydiyyata alınmışdır. 22 yanvar 2015-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “HOWO Yük” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 etibarnamə ilə nümayəndəsi X38 tərəfindən Həsənov Füzuli Əli oğluna satılmışdır. Etibarnamə 19 yanvar 2012-ci il tarixində verilmiş və 19 yanvar 20142-ci il tarixinədək qüvvədədir. Komputer çıxarışına əsasən “HOWO Yük” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 yanvar 2015-ci il tarixində ipotekadan azad edilməklə, alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından çıxarılmış və X20 adına qeydiyyata alınmışdır. Belə ki, 29 yanvar 2015-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “HOWO Yük” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 etibarnamə ilə nümayəndəsi X38 tərəfindən X2. “HOWO Yük” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil 09 aprel 2015-ci il tarixində ipotekadan azad edilməklə, alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından çıxarılmış və X24 adına qeydiyyata alınmışdır. 09 aprel 2015-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, “HOWO Yük” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən X3. LPO “Bank Of Azərbaycanın” ləğv edicisi Əmanətlərın Sığortalanması Fondu tərəfindən məhkmənin 2(001)-30\2020, 05.03.2020-ci il tarixli sorğusuna verilən 22 may 2020-ci il tarixli cavabından görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X41 və Cavabdeh3 qarşı qaldırdığı iddia tələbinə dair iş üzrə 3-cü şəxslər X35, X42 və X30 ilə İddiaçı ASC arasında bağlanmış hər hansı sənəd və müqavilə mövcud deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 2(001)-1745\2018 saylı mülki iş üzrə 22 fevral 2019-cu il tarixli, №26819 saylı rəyindən görünür ki, 21 iyun 2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsi üzrə cavabdeh tərəfindən 27 iyun 2013-cü il tarixədək banka cəmi 30798,41 manat məbləğində pul vəsaiti ödənilmişdir Cavabdeh tərəfindən ödənilmiş 30798,41 manat vəsaitin 23053,10 manat məbləğində olan hissəsinin əsas borca, 7745,31 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatı zamanı iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 21 iyun 2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 21 iyun 2014-cü il tarixinə Cavabdeh1 İddiaçı ASCyə borcu 29609,73 manat məbləğində müəyyən edilir. Umumi borc məbləğindən 22946,90 manat əsas borc, 5415,47 manat faiz borcu olaraq hesablanmışdır.29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 02 iyul 2013-cü il tarixədək İddiaçı ASC-yə cəmi 53425,77 manat məbləğində pul vəsaiti ödənilmişdir. Ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən son ödəniş tarixinədək banka ödənilmiş 53425,77 manat məbləğində pul vəsaitinin 35376,27 manat məbləğində olan hissəsinin əsas borca, 18049,50 manat məbləğində olan hissəsinin faiz borcuna silinməsi müəyyən olunur. Ekspertiza tədqiqatı zamanı iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 29 iyun 2012-ci il tarixli 54K\12 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi 29 iyun 2014-cü il tarixinə Cavabdeh1 İddiaçı ASCyə borcu 70100,18 manat məbləğində müəyyən edilir. Umumi borc məbləğindən 56623,73 manat əsas borc, 13476,45 manat faiz borcu olaraq hesablanmışdır.Ekspertiza tədqiqatının dəyəri 200 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 2(001)-105\2019 saylı mülki iş üzrə 30 dekabr 2019-cu il tarixli, №21060 saylı rəyindən görünür ki, Cavabdeh1 03 avqust 2012-ci il tarixli 59K\12 saylı kredit müqaviləsi üzrə 03 avqust 2014-cü il tarixədək banka olan borcu 20276,45 manat məbləğində müəyyən olunur. Umumi borc məbləğindən 17039,03 manat əsas borc, 3237,42 manat faiz borcu olaraq hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır. Cavabdeh1 12 iyun 2012-ci il tarixli 46K\12 saylı kredit müqaviləsi üzrə 12 iyun 2014-cü il tarixədək banka olan borcu 19213,75 manat məbləğində müəyyən olunur. Umumi borc məbləğindən 16873,90 manat əsas borc, 2339,85 manat faiz borcu olaraq hesablanmışdır. İş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən müqavilə müddətinin bitdiyi tarixdən, yəni 12 iyun 2014-cü il tarixdən sonra Cavabdeh1 tərəfindən banka 12 iyun 2012-ci il tarixli, 46K\12 saylı kredit müqaviləsi üzrə 13,800,00 manat məbləğində ödəniş edilmişdir. "İddiaçı" ASC tərəfindən verilən 18 may 2017-ci il tarixli, 1460 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 oğlunun 54K\12 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 55,200.10 manat, faiz borcu 49,565.28 manat, cərimə borcu 35,289.03 manat, cəmi borcu 140,054.41 manat təşkil edir; Kredit üzrə son ödəniş 02 iyul 2013-cü il tarixində 2100 manat məbləğində olmuşdur. "İddiaçı" ASC tərəfindən verilən 18 may 2017-ci il tarixli,1459 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 oğlunun 50K\12 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 25,625.14 manat, faiz borcu 17983.75 manat, cərimə borcu 15,919.65 manat, cəmi borcu 59,528.54 manat təşkil edir; Kredit üzrə son ödəniş 19 dekabr 2013-cü il tarixində 5000 manat məbləğində olmuşdur. "İddiaçı" ASC tərəfindən verilən 18 may 2017-ci il tarixli,1458 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 oğlunun 59K\12 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 17,320.07 manat, faiz borcu 14,862.02 manat, cərimə borcu 9,173.85 manat, cəmi borcu 41,355.94 manat təşkil edir; Kredit üzrə son ödəniş 18 oktyabr 2013-cü il tarixində 5,473.77 manat məbləğində olmuşdur. "İddiaçı" ASC tərəfindən verilən 18 may 2017-ci il tarixli,1457 saylı maliyyə arayışına əsasən, Cavabdeh1 oğlunun 46K\12 saylı kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə borcu 9,105.56 manat, faiz borcu 9,600.47 manat, cərimə borcu 4,388.71 manat, cəmi borcu 23,094.74 manat təşkil edir; Kredit üzrə son ödəniş 19 yanvar 2015-ci il tarixində 4000 manat məbləğində olmuşdur. 19 may 2017-ci il tarixli pretenziya məktubunun surətindan görünür ki, Cavabdeh1, zamin Cavabdeh2 oğlu və Cavabdeh3 banka olan borcun tam ödənilməməsi halında məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir; 05 may 2017-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla ilk növbədə müəyyən edilmişdir ki, "İddiaçı” ASC-ni Müştəri Xidməti Departamentinin nümayəndəsi ilə sahibkar Cavabdeh1 arasında 4 müxtəlif tarixdə kredit müqaviləsi bağlanmışdır. Bağlanan 12 iyun 2012-ci il tarixli, 46 K\12 saylı təminatlı kredit müqaviləsinə əsasən, borc verən İddiaçı ASC borc alan Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46000 manat məbləğində kredit vermişdir Bu müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi 12 iyun 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və **-CB-*** dövlət nəqliyyat nişanlı, “HOWO”markalı yük avtomobili ipoteka predmeti olmuşdur. 12 iyun 2012-ci il tarixli , 46K\12 saylı zaminlik müqaviləsi ilə X41 12 iyun 2012-ci il tarixli, 46 K\12 saylı təminatlı kredit müqaviləsi üzrə Cavabdeh1 zamin durmuşdur. Bağlanan 29 iyun 2012-ci il tarixli, 54 K\12 saylı təminatlı kredit müqaviləsinə əsasən borc verən İddiaçı ASC borc alan Cavabdeh1 2 ədəd “HOWO” markalı yük avtomobilinin alınması məqsədilə 92,000 manat məbləğində kredit vermişdir Müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi 29 iyun 2012-ci il tarixli 54K\12 saylı girov\ipoteka müqaviləsi bağlanmış və **-CX-*** dövlət qeydiyyat nişanlı, “HOWO”markalı yük markalı avtomobil və **-CG-*** dövlət qeydiyyat nişanlı, “HOWO”markalı yük markalı avtomobil ipoteka predmeti olmuşdur. 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı hissəvi zaminlik və 9 iyun 2012-ci il tarixli, 54Za\12 saylı zaminlik müqaviləsi müqaviləsi ilə Cavabdeh3 və X6 Zakir Xudaverdi oğlu ilə bank arasında imzalanmış 29.06.2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsi üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanmışdırlar. Bağlanan 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı təminatlı kredit müqaviləsi ilə borc verən İddiaçı ASC borc alan Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46,000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi 21 iyun 2012-ci il tarixli 50K\12 saylı girov\ipoteka müqaviləsi bağlanmış və **-CG-*** dövlət qeydiyyat nişanlı, “HOWO”markalı yük markalı avtomobil ipoteka predmeti olmuşdur.15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı zaminlik müqaviləsi ilə zamin Cavabdeh3 Cavabdeh1 ilə bank arasında imzalanmış 21.06.2012-ci il tarixli, 50K\12 saylı kredit müqaviləsinə əsasən müqavilə üzrə digər öhdəliklərin vaxtında və lazımınca icrasına zamin dayanmışdır. Bağlanan 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı təminatlı kredit müqaviləsi ilə borc verən İddiaçı ASC borc alan Cavabdeh1 1 ədəd “HOWO”markalı yük avtomobilinin alınması məqsədilə 46,000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı üçün İddiaçı ASC və Cavabdeh1 arasında ipoteka predmeti **-CP-*** dövlət qeydiyyat nişanlı, “HOWO” yük markalı avtomobil olan 03 avqust 2012-ci il tarixli 59K\12 saylı girov\ipoteka müqaviləsinin çıxış etdiyi göstərilsə də, həmin müqavilə iddia ərizəsinə əlavə edilməmiş, o cümlədən iddiaçının nümayəndəsi həmin müqavilənin tapılmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Daha sonra kredit müqavilələrinin təminatı kimi bağlanan girov müqavilələrinin predmeti olan avtomobillərin 3-ü satılmış, “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 iyun 2016-cı il tarixindən, “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 26 iyun 2012-ci il tarixindən hal-hazıradək Cavabdeh1 adına qeydiyyatda qalmışdır. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 4 kredit müqaviləsi üzrə yaranan kredit borcunun cavabdehdən tutulmasını, tələbin ipoteka predmetlərinə yönəldilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini yalnız iki müqavilə üzrə yəni, 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı və 29 iyun 2012-ci il tarixli, 54 K\12 saylı kredit müqaviləsi üzrə borcunun olmasını təsdiq edir. Digər kredit müqavilələrinə münasibətdə isə qeyd edir ki, onların təminatı kimi çıxış edən avtomobillər artıq satılmış və başqa şəxslərin mülkiyyətindədir. Həmin şəxslərlə isə bank arasında yeni kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh X11 03 avqust 2012-ci il tarixli, 59K\12 №-li, 21 iyun 2012-ci i tarixli 50K\12 №-li, 29 iyun 2012-ci il tarixli 54K\12 №-li və 12 iyun 2012-ci il tarixli 46K№-li kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdeh X7 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, X11 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Kredit müqavilələri üzrə əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə 2 dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatının dəyəri iki rəy üzrə 400(200+200) manat təşkil edir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, ekspertin 2(001)-1745\2018 saylı mülki iş üzrə 22 fevral 2019-cu il tarixli, №26819 saylı və 2(001)-105\2019 saylı mülki iş üzrə 30 dekabr 2019-cu il tarixli, №21060 saylı rəylərini mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. 21 iyun 2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASCnə olan kredit borcunun qalıq məbləği həm əsas borc üzrə, həm də faiz borcu isə ekspert rəyi əsasında müəyyən edilməlidir. Belə ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 22946,90 manat əsas borc, 5415,47 manat faiz borcu tutulmalıdır. 29 iyun 2012-ci il tarixli 54K\12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASCnə olan kredit borcunun qalıq məbləği əsas borc üzrə iddia tələbi həddində, faiz borcu isə ekspert rəyi əsasında müəyyən edilməlidir. Belə ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 55,200.10 manat əsas borc, 13476,45 manat faiz borcu tutulmalıdır 03 avqust 2012-ci il tarixli 59K\12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASC-nə olan kredit borcunun qalıq məbləği həm əsas, həm də borc üzrə ekspert rəyi əsasında müəyyən edilməlidir. Belə ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 17039,03 manat əsas borc, 3237,42 manat faiz borcu tutulmalıdır 12 iyun 2012-ci il tarixli 46K\12 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ASCnə olan kredit borcunun qalıq məbləği əsas borc üzrə iddia tələbi həddində, faiz borcu isə ekspert rəyi əsasında müəyyən edilməlidir. Belə ki, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə ekspert rəyi əsasında hesablanan 9105,56 manat əsas borc, 2339,85 manat faiz borcu tutulmalıdır. Ümumilikdə 98259.03 manat məbləğində əsas borc, 24469.19 manat faiz borcu Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cərimə borcuynan bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd edir ki, dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 3 Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Qeyd edilən normanın mənasına görə zərər dedikdə, hüquqi pozulmuş (zərər çəkmiş) şəxsin düşdüyü və düçar olduğu elə maddi itki başa düşülür ki, bunun nəticəsində onun əmlakı və ya şəxsi qeyri-maddi nemətləri azalır. Zərər (zərərvurulması faktı) yoxdursa, mülki hüquq məsuliyyəti də yoxdur. Bu, onu söyləməyə əsas verir ki, zərər mülki hüquq məsuliyyətinin məcburi, zəruri və labüd əsasıdır. Borclu (zərərvuran) özünün davranışı ilə (hərəkət və ya hərəkətsizliyi ilə) kreditorun (zərərçəkənin) əmlak sahəsində mənfi nəticələr yaradır. Məsələn borc alan aldığı borc məbləğini qaytarmır və bununla da kreditorun (zərərçəkənin) gəlirinin azalmasına və ya itirilməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməklə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etmədikdə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun 4 növünü fərqləndirir. Birincisi, əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. İkincisi alternativ ödənilən dəbbə pulu, yəni, borclu kreditorun istəyindən asılı olaraq ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəyir. Üçüncüsü müstəsna dəbbə pulu, yəni, borclu zərərin əvəzini ödəmir, o təkcə dəbbə pulunu verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.3cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. Dördüncüsü, cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına görə kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələblərinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azadılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Mülki Məcəllənin 467-ci maddəsində məhkəməyə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldılması hüququ verdiyindən, məhkəmə həmin dəbbə pulunun azaldılması zamanı qanunla ona verilmiş qiymətləndirmə azadlığına malikdir. Bununla bağlı məhkəmə hesab edir ki, borclunun onsuz da çətin olan əmlak mənafeyi nəzərə alınarsa əsas borca münasibətdə tənasübsüz surətdə tələb olunan cərimə borcu azaldılmalıdır. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı, 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı və 12 iyun 2012-ci il tarixli 46K\12 saylı kredit müqavilələri üzrə İddiaçı ASC ilə Cavabdeh1 arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsi üzrə 35.289,03 manat məbləğində cərimə borcunun, 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı, kredit müqaviləsi üzrə 15.919,65 manat məbləğində cərimə borcunun, 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı kredit müqaviləsi üzrə 9.173,85 manat cərimə borcunun və 12 iyun 2012-ci il tarixli 46K\12 saylı kredit müqaviləsi üzrə 4,388.71 manat hesablanmış cərimə borcunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə məbləği müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği endirilməli və aşağıdakı kimi müəyyən edilməlidir. 12 iyun 2012-ci il tarixli 46K\12 saylı müqavilə üzrə əsas borcun 16873,90 manat olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılaraq 1000 manat məbləğində müəyyən edilməlidir. 21 iyun 2012-ci il tarixli, 50K\12 saylı müqavilə üzrə əsas borcun 22946,90 manat olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılmalı və 1500 manat məbləğində müəyyən edilməlidir. 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı müqavilə üzrə əsas borcun 55,200.10 manat olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılmalı və 2000 manat məbləğində müəyyən edilməlidir. 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı müqavilə üzrə əsas borcun 17039,03 manat olmasını nəzərə alarsaq tələb olunan cərimə məbləği azaldılmalı və 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbininin cavabdehlər – zaminlər Cavabdeh2 oğluna və Cavabdeh3 aid hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir; 367.3-cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. İş materiallarından göründüyü kimi, 12 iyun 2012-ci il tarixli , 46K\12 saylı zaminlik, 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı hissəvi zaminlik, 29 iyun 2012-ci il tarixli, 54Za\12 saylı və 15 mart 2013-cü il tarixli, 54ZB\12 saylı zaminlik müqaviləsində onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. Həmin müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, “Bu müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir, kredit və ona hesablanmış faizlərin Banka tam ödənildiyi günə kimi qüvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Beləliklə, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliklərinin icrası vaxtı 12 iyun 2012ci il tarixli 46K\12 saylı ,21 iyun 2012-ci il tarixli, 50K\12 saylı, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı, 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı kredit müqavilələri üzrə müvafiq olaraq 12 iyun 2014-cü il, 21 iyun 2014-cü il, 29 iyun 2014-cü il və 03 avqust 2014-cü il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyinə görə zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. 12 iyun 2012-ci il tarixli 46K\12 saylı , 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı və 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı kredit müqavilələri üzrə tələb olunan məbləğin ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəmə iddianın bu hissəsini də qismən əsaslı hesab edir. Belə ki, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı girov müqaviləsi üzrə fiziki şəxs X10 məxsus **-CB-*** qeydiyyat nişanlı “HOWO”markalı, model ZZ3317N3867W (şassi LZZ5EXSD1CN659572 buraxılış ili 2012-ci il) yük avtomobili və 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı girov müqaviləsi üzrə fiziki şəxs X10 məxsus **-CX-*** qeydiyyat nişanlı “HOWO”markalı, model ZZ3317N3867W (mühərrik **********17, şassi LZZ5EXSD1CN659566 buraxılış ili 2012-ci il) yük avtomobili girovdan azad edildiyindən, həmin avtomobillər alqı-satqı müqaviləsi əsasında X28 və X1 12 iyun 2012-ci il tarixli 46K\12 saylı, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqavilələri üzrə tələb olunan məbləğin ipoteka predmetinə yönəldilməsi mümkün deyildir. 03 avqust 2012-ci il tarixli 59K\12 saylı kredit müqaviləsi üzrə borcun təminatı kimi qeyd edilən və iş materiallarında X9 müəyyən edilən **-CP-*** qeydiyyat nişanlı “HOWO” markalı, model ZZ3317N3867W (mühərrik **********07, şassi LZZ5EXSD2CN676182 buraxılış ili 2012-ci il) yük avtomobilinə dair ümumiyyətlə ipoteka müqaviləsinin bağlanması müəyyən edilmir. Belə ki, iddiaçı həmin ipoteka müqaviləsinə istinad edərək 03 avqust 2012-ci il tarixli 59K\12 saylı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsini tələb etsə də, yazılı qaydada ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Bunu iddiaçının nümayəndəsi onunla əsaslandırmışdır ki, bank ləğv edildiyindən sənədlərin çoxu itmişdir. Məhkəmə hər bir halda qeyd edir ki, ipoteka predmetləri üçüncü şəxslərin mülkiyyətinə keçdiyindən, həm də ipotekadan azad şəkildə, hər hansı kredit borcunun təminatı olmadan keçdiyindən, o cümlədən üçüncü şəxs borclunun öhdəliyi üçün kreditoru təmin etmək barədə yazılı qaydada hər hansı öhdəlik götürmədiyindən, məhkəmə iddia tələbini 12.06.2012-ci il tarixli, 46K/12 saylı kredit müqaviləsi üzrə borcun ipotekadan azad olunmuş **-CB-*** qeydiyyat nişanlı “HOWO” markalı( model ZZ3317N3867W (şassi LZZ5EXSD1CN659572 buraxılış ili 2012-ci il) yük avtomobilinə yönəldilməsi hissəsində, 29.06.2012-ci il tarixli, 54 K/12 saylı kredit müqaviləsi üzrə borcun ipotekadan azad olunmuş **-CX-*** qeydiyyat nişanlı “HOWO” markalı, model ZZ3317N3867W (mühərrik **********17, şassi LZZ5EXSD1CN659566 buraxılış ili 2012-ci il) yük avtomobilinə yönəldilməsi hissəsində, eyni zamanda 03.08.2012-ci il tarixli. 59K/12 saylı kredit müqaviləsi üzrə borcun **-CP-*** qeydiyyat nişanlı “HOWO” markalı, model ZZ3317N3867W (mühərrik **********07, şassi LZZ5EXSD2CN676182 buraxılış ili 2012-ci il) yük avtomobilinə yönəldilməsi hissəsində əsaslı hesab etmir. Lakin məhkəmə borcalan, yəni Cavabdeh1 21.06.2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsi üzrə borcun 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO”markalı yük avtomobilinə yönəldilməsi və 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən tələb olunan borcun 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı yük avtomobilinə yönəldilməsi hissəsində iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur 272.2-ci maddəsinə əsasən girov saxlayan (ipoteka saxlayan) borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün girov qoyanın əşyası barəsində müqavilədə göstərilmiş əsaslar üzrə girov və ya ipoteka hüququ olan şəxsdir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Girov haqqında Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən “Girov” — öhdəliyin icrasının təmin edilməsi üsuludur. Girova əsasən borclu girovla təmin olunmuş öhdəliyi icra etmədikdə kreditor — girovsaxlayan bu Qanunla müəyyən edilmiş qaydada girov qoyulmuş əmlakın dəyərindən təminat almaqda başqa kreditorlar qarşısında üstünlük hüququna malikdir. 10-cu madddəsinin 1-ci bəndinə əsasən girov müqaviləsi müstəqil xarakter daşımır və əsas müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanır. 28-ci maddəsinə əsasən qanunda və ya girov müqaviləsində başqa hallar nəzərdə tutulmamışsa, girovsaxlayan öz tələblərini ödəniş yönəldilən anadək müəyyən edilən tam həcmdə, o cümlədən girov qoyulmuş əmlakın saxlanması və satılması xərclərini, girov qoyulmuş əmlak hesabına ödəyə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, Bank ilə cavabdeh Abdurrəhmanlı Zakir Xudaverdi oğlu arasında 21.06.2012-ci il tarixli 50K\12 saylı və 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqavilələrinin təminatı qismində bağlanmış girov (ipoteka) müqaviləsinə əsasən cavabdeh Abdurrəhmanlı Zakir Xudaverdi oğlu kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi özünə məxsus avtomobili bankın xeyrinə girov ilə yüklü etmişdir. Girov müqaviləsinə əsasən girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma, girov ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh1 həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka/girov saxlayan) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı, cavabdehə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus nəqliyyat vasitəsinə, yəni girov predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliyi lazimi qaydada icra etməmiş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini (ipoteka predmetinin açıq hərracdan satılmasını) tələb edir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən 21.06.2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsinə və 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı və “HOWO ZZ3317N3867W” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillərə müvafiq olaraq yönəldilməli, həmin avtomobillər açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Cavabdeh1 məhkəmə iclasında ona qarşı qaldırılan iddiaya münasibətdə qeyd etmişdir ki, 12 iyun 2012-ci il tarixli 46K\12 saylı , 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı və 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı kredit müqavilələrinin təminatı olan girov predmeti olan avtomobillər satıldığından o, yalnız onun mülkiyyətində qalan avtomobillərin təminat kimi çıxış etdikləri kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasında məsuliyyət daşıyır. Həmçinin satılan avtomobillərin sahibləri ilə yeni kredit müqaviləsi bağlanmış və ödənişlər yeni müştərilər tərəfindən həyata keçirilmişdir. Məhkəmə yuxarıda qeyd edilən normalara nəzərə alaraq cavabdehin mövqeyinə münasibətdə qeyd edir ki, “Girov” predmeti olan avtomobillərin girovdan azad edilməsi həmin avtomobillərin təminat kimi çıxış etdikləri kredit müqaviləsindən irəli gələn öhdəliyin xitamı əsası deyil. Çünki Girov/İpoteka müqaviləsi öhdəliyin icrasının təmin edilməsi üsuludur və girov müqaviləsi müstəqil xarakter daşımamaqla, əsas müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə bağlanır. Belə ki,cavabdeh bankla arasında ilk öncə kredit müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını üzərinə götürmüşdür. Yəni borclu bank qarşısında müqavilədən irəli gələn öhdəliyin icra edə bilmədikdə, bank borcun ödənilməsini girov/ipoteka predmeti olan əmlaka tutma yönəltməklə tam və ya qismən təmin edə bilsin .Odur ki, qeyd edilən 12 iyun 2012-ci il tarixli 46K\12 saylı, 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı və 03 avqust 2012-ci il tarixli, 59K\12 saylı kredit müqavilələri üzrə tələb olunan məbləğin ipoteka predmetinə yönəldilməsi mümkün olmasa belə əsas kredit müqaviləsindən yaranan borc öhdəliyi öz hüquqi qüvvəsini saxlayır. Eyni zamanda qeyd edilməlidir ki, ipoteka saxlayanın ipoteka predmetinin özgəninkiləşdirilməsinə verdiyi razılıq onun kredit müqaviləsi üzrə öhdəliyi tez və lazımi qaydada təmin edilməməsi riskini artırmışdır. Yəni, əslində ipoteka saxlayanın ipoteka predmetləri olan avtomobillərin üçüncü şəxslərə satılmasına verilmiş razılığı onun ziyanına olan haldır. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaya artıq ilkin iddiaya münasibət bildirilən zaman qiymət verilmişdir. Belə ki, ilkin iddianın əsaslandırması zamanı qarşılıqlı iddiada qeyd edilən zaminlik münasibətlərinə xitam verilməli olduğu müəyyən edilmişdir. Yəni qarşılıqlı iddianın təmin edilməsi qənaəti, həm də ilkin iddia üzrə borc məbləğinin zaminlərdən tutulmalı olmaması hissəsində öz həllini tapmışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-8\2021 saylı, 26 aprel 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 münasibətdə qarşılıqlı iddia baxılmamış saxlanılsa da, artıq ilkin iddiada onun da zamin olduğu müqaviləyə xitam verilməsi müəyyən edilmişdir. Bu baxımdan qarşılıqlı iddia təmin edilməli və zaminlik müqavilələrinə xitam verilməsi nəticəsi yenidən təkrarlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X41 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X28 və X26) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia qismən təmin edilməli, Cavabdeh1 12.06.2012-ci il tarixli, 46K/12 saylı kredit müqaviləsi üzrə 9105,56 manat əsas, 2339,85 manat faiz, 1000 manat cərimə, 21.06.12-ci il tarixli, 50K/12 saylı kredit müqaviləsi üzrə 22946,90 manat əsas borc, 5415,47 manat faiz borcu,1500 manat cərimə borcu; 29.06.2012-ci il tarixli, 54K/12 saylı kredit müqaviləsi üzrə 55200,10 manat əsas, 13476,45 manat faiz borcu, 2000 manat cərimə, 03.08.2012-ci il tarixli, 59K/12 saylı kredit müqaviləsi üzrə 17039,03 manat əsas, 3237,42 manat faiz, 1000 manat cərimə olmaqla, ümumilikdə 134260,78 manat kredit borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, 21.06.2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsinə əsasən 29862,37 manat kredit borcu üzrə tutma ipoteka ilə yüklü edilmiş 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı yük avtomobilinə yönəldilməli,29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən 70676,55 manat kredit borcu üzrə tutma ipoteka ilə yüklü edilmiş 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı yük avtomobilinə yönəldilməli, 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı və 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı avtomobillər açıq hərracda satılmalı, əldə olunan vəsait iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, qalan məbləğ Cavabdeh1 qaytarılmalı, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Cavabdeh1 və X27 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməli,X27 barəsində olan 12 iyun 2012-ci il tarixli 46K/12 saylı və 29 iyun 2012-ci il tarixli, 54Za/12 saylı Zaminlik müqavilələrinə xitam verilməlidir. İddia qismən təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Bundan əlavə, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pul vəsaiti ilkin iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyərinin 150 manat hissəsi iddiaçıdan, 250 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X41 və Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X35 və X30 cəlb edilməklə) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia qismən təmin edilsin. Cavabdeh1 12.06.2012-ci il tarixli, 46K/12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9105,56 manat, faiz borcuna görə 2339,85 manat , cərimə borcuna görə 1000 manat, olmaqla cəmi 12445,41 manat; 21.06.12-ci il tarixli, 50K/12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 22946,90 manat, faiz borcuna görə 5415,47 manat, cərimə borcuna görə 1500 manat olmaqla cəmi 29862,37 manat; 29.06.2012-ci il tarixli, 54K/12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 55200,10 manat, faiz borcuna görə 13476,45 manat, cərimə borcuna görə 2000 manat olmaqla cəmi 70676,55 manat; 03.08.2012-ci il tarixli, 59K/12 saylı kredit müqaviləsi üzrə əsas borca görə 17039,03 manat, faiz borcuna görə 3237,42 manat, cərimə borcuna görə 1000 manat olmaqla, cəmi 21276,45 manat, 4 kredit müqaviləsi üzrə ümumilikdə 134260,78 manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. 21.06.2012-ci il tarixli 50K\12 saylı kredit müqaviləsinə əsasən 29862,37 manat kredit borcu üzrə tutma ipoteka ilə yüklü edilmiş 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı yük avtomobilinə yönəldilsin. 29 iyun 2012-ci il tarixli, 54K\12 saylı kredit müqaviləsinə əsasən 70676,55 manat kredit borcu üzrə tutma ipoteka ilə yüklü edilmiş 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD1CN669367, ağ rəngli, “HOWO”markalı yük avtomobilinə yönəldilsin 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı və 2012-ci il buraxılışlı **-CG-*** dövlət nömrə nişanlı, şassi LZZ5EXSD7CN659569, ağ rəngli, “HOWO” markalı avtomobillər açıq hərracda satılsın, əldə olunan vəsait iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin, qalan məbləğ Cavabdeh1 qaytarılsın, əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh1 və X27 cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə qarşı “zaminlik müqavilələrinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilsin. X27 barəsində olan 12 iyun 2012-ci il tarixli 46K/12 saylı və 29 iyun 2012-ci il tarixli, 54Za/12 saylı Zaminlik müqavilələrinə xitam verilsin. İddia qismən təmin edildiyindən ilkin iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. 400 (dörd yüz) manat məbləğində ekspertiza tədqiqatının dəyərinin 150 (yüz əlli) manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 250 (iki yüz əlli) manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar