Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8011/2021 08.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X4, Cavabdeh1 iştirakı ilə İddiaçı (MMC) Cavabdeh1 və Cavabdeh2 qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 12988 manat məbləğində pul vəsaitinin dəymiş zərərin əvəzi kimi, 30 manat məbləğində pul vəsaitinin isə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi olmaqla ümumilikdə 13018 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Moldova Respublikasının vətəndaşı X9 arasında “Kia Rio” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin verilməsinə dair 18 fevral 2021-ci il tarixli "xxxx" bağlanaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Həmin avtomobilin mülkiyyətçisi X3r. Maya Hüseynova ilə iddiaçı arasında 08 fevral 2021-ci il tarixdə bağlanmış “nəqliyyat vasitəsinin heyətsiz icarə müqaviləsi”nə və avtomobilin təhvil-qəbul aktına əsasən həmin müqavilənin 2.1.5-ci bəndinə əsasən iddiaçı avtomobili subicarəyə verə bilər və 2.17-ci bəndinə əsasən, zərərlə bağlı məhkəməyə müraciət etmək öhdəliyi iddiaçıya məxsusdur. X9 həyat yoldaşı X8 ilə 21 mart 2021-ci il tarixdə saat 23:45-də idarə etdiyi “Kia Rio” markalı, **-NF- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, H.Aslanov küçəsi ilə Azərbaycan prospekti istiqamətində sağ zolaqla 50 km.-saat sürətlə hərəkətdə olarkən H.Aslanov küçəsi ilə İ.Səfərli küçəsinin kəsişməsinə çatdıqda İ.Səfərli küçəsi ilə Mərkəzi Univermaq istiqamətində hərəkət edən “Chevrolet Cruze” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkət qaydalarını pozaraq, yəni “yol ver” nişanının tələblərinə riayət etmədən hərəkətinə davam etmiş, nəticədə avtomobillər toqquşmuşdur. Hadisəni törətməktə sonuncu avtomobilin sürücüsü Cavabdeh2 təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. Sonradan müəyyən olunmuşdur ki, həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1dır, Cavabdeh2 həmin avtomobili etibarnamə əsasında idarə edir. “Kia Rio” markalı avtomobilə dəymiş zərərin miqdarı 12988 manat təşkil edir. Ziyanın ödənilməsi ilə bağlı iddiaçı tərəfindən hər iki cavabdehə müraciət olunsa da, cavabdehlər tərəfindən heç bir tədbir görülməmişdir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda E.T.Aşirov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, özünə məxsus avtomobili etibarnamə əsasında Cavabdeh2 satmışdır. Avtomobili satdıqdan sonra Zaurla əlaqəni itirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinə onun heç bir aidiyyəti olmadığından iddia ona münasibətdə təmin olunmamalıdır. Digər Cavabdeh2 qeydiyyat ünvanı üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada bildirişlər göndərilməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - AD seriyalı, 242082 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Kia Rio” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. - 25 aprel 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 öz mülkiyyətində olan “Kia Rio” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı həmin avtomobili idarə etmək, istifadə etmək və adından icarə məqsədi ilə etibarnamələr vermək hüquqlarını İddiaçı MMC-yə etibar etmişdir. - İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə X6 arasında bağlanımş 08 fevral 2021-ci il tarixli “nəqliyyat vasitəsinin heyətsiz icarə müqaviləsi”ndən görünür ki, X6 öz mülkiyyətində olan “Kia Rio” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə aylıq 300 manata İddiaçı MMC-yə icarəyə vermiş, müqavilənin 2.1.5-ci bəndində icarəçinin, yəni İddiaçı MMC-nin müqavilənin şərtlərinə uyğun olaraq “icarəyə verən”in razılığı olmadan nəqliyyat vasitəsini heyətlə və ya heyətsiz subicarəyə vermə hüququ müəyyən edilmişdir. Həmçinin, müqavilənin 2.1.7-ci bəndində üçüncü şəxslərin nəqliyyat vasitəsinə zərər vurduqda zərərin əvəzinin tələb edilməsi ilə bağlı bütün hərəkətlərin edilməsinin “icarəçi”nin öz üzərinə götürməsi göstərilmişdir. - İddiaçı MMC-nin direktoru X7 ilə Şerban Yuriy arasında bağlanmış 18 fevral 2021-ci il tarixli "xxxx"ndən görünür ki, MMC “Kia Rio” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 günü 30 manata Ş.Yuriyə icarəyə vermişdir. - 21 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 22 mart 2021-ci il tarixdə, sat 00:00 radələrində Cavabdeh2 idarə etdiyi “Chevrolet” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Kia” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsini törətmiş “Chevrolet Cruze” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə, sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş “Kia Rio” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Moldova Respublikasının vətəndaşı X5 barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati tənbeh görülməsi üçün qərarın surətinin Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. - 01 aprel 2021-ci il tarixli qüsur aktından görünür ki, “Kia Rio” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 12988 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin halları ilə müəyyən olunur ki, Cavabdeh2 21 mart 2021-ci il tarixdə, saat 23:45 radələrində idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarına əməl etmədəyərək “yol verin” nişanının tələblərini pozmaqla X5 idarə etdiyi “Kia Rio” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin avtomobilə 12988 manat maddi zərər vurulmuş, yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. “Kia Rio” minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olsa da, icarə hüquqları əsasında İddiaçı MMC-nin istifadəsində olmuş və MMC ilə M.Hüseynova arasında bağlanmış 08 fevral 2021-ci il tarixli “nəqliyyat vasitəsinin heyətsiz icarə müqaviləsi”nin 2.1.7-ci bəndinə əsasən, həmin avtomobilə üçüncü şəxslər tərəfindən vurulmuş zərərin əvəzinin tələb etmək hüququ MMC-yə tanınmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia həmin avtomobilə vurulmuş 12988 manat maddi zərərin Cavabdeh2 tutulması hissəsində təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “Chevrolet Cruze” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 mülkiyyətində olmasını təsdiq edən hərhansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh1 izahatında həmin avtomobili uzun müddətdir ki, etibarnamə əsasən, Cavabdeh2 satdığını bildirmişdir. Məhkəmə hesab edir ki, sözügedən avtomobilə mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və avtomobilin Cavabdeh2 sahibliyində olması müəyyən edildiyindən, onun həmin avtomobildən istifadəsi nəticəsində digər şəxslər qarşısında yaranası maddi məsuliyyəti Cavabdeh1 aid edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 vurulmuş zərərin əvəzi kimi 12988 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş zərərin əvəzi kimi 12988 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-8011/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8011/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver