Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8044/2021 06.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Azəriqaz” İB-yə vurulmuş 1832,52 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2162,52 manat məbləğində pulun məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Banki Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 29 aprel 2020-ci il tarixdə 07-573 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbil qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********04000 nömrəli abonent kodu verlimişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin, “X2”nın 6.5-ci bəndinin və “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının əməkdaşları tərəfindən Birliyin balansı və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olnmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar iddiaçının əməkdaşları tərəfindən fotoçəkilişlə lentə alınmışdır. Cavabdehin qeyd olunan qanunsuz əməlləri nəticəsində 28 fevral 2019-cu il tarixli akt əsasında iddiaçıya 604,8 manat, 29 mart 2019-cu il tarixli aktla 100,8 manat, 30 aprel 2019-cu il tarixli akt əsasında 100,8 manat, 30 mart 2020-ci il tarixli akt əsasında isə 885,6 manat məbləğində ziyan vurulmuşdur. Göründüyü kimi, cavabdehin aktlar üzrə hesablanmış borcunun cəmi 1692 manat təşkil edir. Abonentin saldosundan görünür ki, cavabdeh sərfiyyata uyğun olaraq ödəmələr və borca görə tutmalarla birlikdə 101,32 manat qalıq borcu qalmış və mexaniki sayğacın saldosuna keçirilmişdir. Hazırda həmin məbləğlə birlikdə, cavabdehin iddiaçıya ödəməli olduğu borcun məbləği 1832,52 manat təşkil edir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə “AZEMİS” elektron sisteminin SMS bildirişləri vasitəsi ilə məlumatlandırılmış, habelə onun qeydiyyat ünvanına məhkəmə bildirişləri göndərilsə də, o, məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməni xəbərdar etməmişdir. Mülki iş materiallarında olan: - 29 aprel 2020-ci il tarixli, 07-573 saylı müqavilədən görünür ki, “Azəriqaz” İB tərəfindən Cavabdeh məxsus mənzil təbii qazla təchiz edilmiş, mənizlə G-4 markalı sayğac quraşdırılmış, mənzildə istismar olunan qaz qurğularının siyahısında 1 ədəd “PQ- 4” cihazı, 1 ədəd İran sobası, 1 ədəd QSQ cihazı göstərilmişdir. - 28 fevral 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə müəyyən edilmiş, 28 fevral 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 6048 kub metr müəyyən edilmişdir. - 29 mart 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 29 mart 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. - 30 aprel 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 30 aprel 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 1008 kub metr müəyyən edilmişdir. - 30 mart 2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Cavabdeh evinə quraşdırılmış sayğacdan kənar təbii qazdan istifadə müəyyən edilmiş, 30 mart 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə itirilmiş qazın miqdarı 8856 kub metr müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, Cavabdeh qalıq borcla birlikdə ümumi borcu 1832,52 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 3.4 və 3.4.1-ci maddəsinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. İşin müəyyən edilən hallarına görə cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacından əvvəl qanunsuz olaraq qaz xəttinə qoşulmaqla cavabdehə ziyan vurmuş, bu hal “Tabii qazdan istifada qaydalarının pozulması” haqqında” tərtib olunmuş 28.02.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 6048 m3, dəyəri 604,8 manat; 29.03.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1008 m3, dəyəri 100,8 manat; 30.04.2019-cu il tarixli akt üzrə itirilmiş qazın miqdarı 1008 m3, dəyəri 100,8 manat; 30.03.2020-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 8856 m3, dəyəri 885,6 manat aktlarla öz təsdiqini tapmışdır. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasan cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün Azarbaycan Respublikası Nazirlar Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qararı ila tasdiq edilmiş “Qazdan istifadə qaydaİarı”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xatti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan tarixlərdə tərtib olunmuş aktlarda göstərilənlər işin halları ilə öz təsdiqini tapdığından iddia həmin aktlara əsasən hesablanmış borc məbləğinə münasibətdə təmin edilməlidir. Lakin, iddia tələbinin pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş xərcin əvəzi kimi 300 manatın tutulması hissəsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyinə görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 1832,52 manat və dövlət rüsumunun əvəzi kimi 25 manat məbləğində pul vəsaiti məcburi qaydada tutularaq “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-8044/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8044/2021
06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver