Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8045/2021 16.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh Məmmədquiu oğlu arasında daha öncəki tarixlərdə, eləcə də 13.03.2020-ci il tarixində 07-14 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh Məmmədquiu oğlu məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1 tələblərinə əməl etmək), “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırıİmaqls rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin aktlar üzrə 10/2018 tarixədək aktların cəmi üzrə 2536,40 manat və 11/2018-ci il tarixli 100,80 manat borcu Smart sayğaca keçirilmişdir (2637,20). Bununla yanaşı, cavabdehin 02/2016-cı il tarixindən 135,60 manat məbləğində borcu qalmaqdadır. Bundan əlavə, cavabdehin 11/2018-ci il tarixindən 04/2020-ci il tarixinədək olan aktlar üzrə hesablanmış borcunun cəmi 1801,80 manat təşkil etməkdədir. Neticə etibarilə cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 4440,80 manat təşkil etməkdədir (1801,80 manat + 2637,20 manat + 1,50 manat + 1,80 manat (sərfiyyata görə hesablanan məbləğ) = 4440,80 manat. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 4440,80 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4770,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi məhkəmə iclasında qeyd etdi ki, iddiaçı tərəfindən hazırkı iş üzrə cavabdehin qanuna zidd hərəkətləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii X1 pozulması haqqında aktlardan və aktlar əsasında tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair tələbnamələrdən görünür ki, həmin aktlarla sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunduğunun aşkar edilməsi aktlaşdırılmış və 23.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 4008 m³; 27.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 2622 m³; 30.03.2018-ci il tarixli, 58/0950 saylı akt əsasında 1171 m³; 27.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 873 m³; 29.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 324 m³; 29.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 666 m³; 25.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 666 m³; 28.08.2018ci il tarixli, ******* saylı akt əsasında 666 m³; 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 1008 m³; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 1008 m³; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 1008 m³; 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 1008 m³; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 1008 m³; 29.03.2019cu il tarixli, ******* saylı akt əsasında 1008 m³; 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 1008 m³; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 324 m³; 28.06.2019cu il tarixli, ******* saylı akt əsasında 324 m³; 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 324 m³; 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 324 m³; 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 324 m³; 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 324 m³; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 1422 m³; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 3960 m³; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 2952 m³; 13.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 1279 m³ qaz itkisinin baş verdiyi aktlaşdırılmış və itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X1 təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasinin tarif (qiymət) şurasının 30 aprel 2019-cu il tarixli, 2 nömrəli qərarından görünür ki, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qərara almışdır ki, “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 18 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci sətirlərində 1700 rəqəmi 2200 rəqəmi ilə əvəz edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə iş materiallarında olan aktlara münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni aktlar tərtib etməsi iddiaçının cavabdehə qarşı olan mövqeyini sübhə altında qoyur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda qeyd edilən Qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iş materiallarında aşkar edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində ərizəyə əlavə edilmiş aktlar əsasında hesablanmış məbləğlərdən başqa, cavabdehin qalıq borclarını da tələb etmiş, lakin tələbini həmin hissədə əsaslandırmamış və qalıq borcların nəyə əsasən yaranmasını qeyd etməmişdir. Eyni zamanda iddiaçı “pozulmuş hüquqlarının bərpası ilə bağlı” 300 manat xərc çəkdiyinə dair də hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23.01.2018-ci il tarixdə tərtib edlmiş birinci akt üzrə hesablanmış 801,60 manat məbləğində dəymiş maddi zərərin əvəzi tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi 16,80% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 5,04 manat hissəsi Cavabdeh tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 801,60 (səkkiz yüz bir manat altmış qəpik) manat məbləğində dəymiş maddi zərərin əvəzi və ödənilmiş dövlət rüsumunun 5,04 (beş manat dörd qəpik) manat hissəsi tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 24,96 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-8045/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8045/2021
16.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver