Məhkəmə qərarları › İş №2(001)-8120/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8120/2025

04.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8120/2025 04.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X2 Hüseynağa qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2020-cı ildə Cavabdeh "xxxx" ASC-də 10000 AZN kredit götürməsi üçün zamin durmuşdur. Cavabdeh bir müddət ödəniş etdikdən sonra ödənişləri dayandırmışdır. Beləliklə də, "xxxx" ASC cavabdehə və İddiaçı qarşı iddia irəli sürdü və məhkəmə hər ikisindən müştərək qaydada 3781.7 manat əsas borcun, 353.9 manat faiz borcun, 246.73 manat cərimə borcunun, 14.5 manat gecikdirilmiş vaxt üçün, mediasiya üçün 60 manatın ve 5.5 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödəniİməsi barədə qətnamə qəbul etdi. Həmin qətnamə icra edilərkən cavabdehden deyil, pulun hamısı yalnız iddiaçıdan tutulmuşdur. Əlavə olaraq 319 manat icra ödənişi və 100 manat ekspertiza tədqiqatının xərci də iddiaçıdan tutulmuşdur. Ümumilikdə, cavabdehin ucbatından onun əmək haqqından cəmi 4732 manat pul tutulmuşdur. Bu məbləğin 1880 manatını Bakı şəhəri Binəqədi rayon Məhəkməsinə iddia ərizəsi ilə müraciət ədərək cabavabdehdən alınıb iddiaçıya verilməsi haqqında qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə xahişini nəzərə alaraq 1880 manat və 40 manat dövlət rüsumunun cavabdehden tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında xx.xx.2024-cü il tarixli iş nömrəsi 2(001)-3910/2024 olan qətnamə qəbul etdi və cavabdeh ona həmin məbləği geri qaytardı. Qalan 282 manat məbləği cavabdehden tələb etsə də, cavabdeh yenə müxtəlif bəhanələr gətirir və iddiaçıya vurduğu ziyanı ödəmir. İddiaçı Cavabdeh ona vurduğu zərərin əvəzi olaraq 2852 manat və dövlət rüsumu üçün çəkdiyi xərcin 50 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə veridiyi izahatında bildirdi ki, tələb olunan pulun 319 manat hissəsi icra şöbəsinə etdiyi ödəniş, qalanı isə banka olan borc olmuşdur, həmin məbləğ onun maaşından tutulmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 23-MZ1-1-0-138-20 nömrəli,xx.xx.2020-ci il tarixli kredit verilməsinə dair müqavilədən görünür ki, Cavabdeh "xxxx" ASC-nin 11 saylı filialından 10000 manat məbləğində 18 aylıq, 24 faizlə kredit götürmüşdür. xx.xx.2020-ci il tarixində İddiaçı ilə "xxxx" ASC arasında 23-MZ1-1-0-138-20 nömrəli zanimlik müqaviləsi bağlanmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, A-090 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən həmin günədək "xxxx" MMC-də suvarma üzrə nəzərətçi vəzifəsində çalışır. İşçinin əmək haqqı məcburi vergi tutmaları daxil olmaqla 955.43 manatdır. İddiaçı məlumat ərizəsi ilə məhkəməyə tələb etdiyi 2852 manatın 2533 manatını "xxxx" ASC-yə, 319 manatını isə İcra idərəsinin hesabına ödədiyini bildirib. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-(113)-103/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh və İddiaçı müştərək qaydada 3781.7 manat əsas borc, 353.9 manat faiz borcu,246.73 manat cərimə borcunun, 14.5 manat gecikdirilmiş vaxt üçün, mediasiya üçün 60 manatın ve 5.55 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödəniİməsi qət edilmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,2(001)-3910/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh 1880 manat məbləğində pul və 40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edlmişdir. xx.xx.2025-ci il tarixli ödəniş cədvəlinə əsasən 319.3 manat məbləğində pul Gəncə şəhər icra şöbəsinin hesabına İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 474.1-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir. 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 474.3-ci maddəsinə əsasən, zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi: Sadalanan maddi və prosessual qanun normalarını ümumiləşdirərək məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə öz növbəsində yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməli, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, iddiaçı tərəfindən təqdim edilən sənədlərə əsaslanaraq məhkəmə Cavabdeh kredit götürdüyü, bir müddət sonra ödənişi dayandırdığı və ona zamin duran İddiaçı isə müqavilədən irəli gələn öhdəliklərindən dolayı banka qalan pulu öz maaşı hesabına ödəmiş, həmçinin məhkəmə qərarının icrası zamanı da məcburi icra ödənişini ödəmişdir. Bu halda isə artıq zaminin borcluya qarşı reqres hüququ yaranır və tələbində haqlı olması təsdiq olunur. Həmçinin iddiaçı qeyd olunan öhdəliyin həyata keçirilməsi ilə əlaqədar icra xərclərinə də məruz qalmış və onları da ödəmişdir. Buna görə də Cavabdeh ümumilikdə 2852 manat məbləğində pul iddiaçıya ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 50 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Hazırki halda iddianın təmin olunmasını nəzərə alaraq dövlət rüsumunun da həmin hissəyə mütənasib cavabdehə aid edilməsini məhkəmə mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 21, 459, 1097 və 1108-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2852 manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar