Məhkəmə qərarları › İş №2(001)-813/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-813/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-813/2021 16.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 30.09.2016-cı il tarixli KM037T09160012S01 ssuda hesablı kredit verilməsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 12 ay müddətinə 27%-lə 207 manat məbləğində kredit verilmişdir. Müqavilənin bitmə tarixi 30.09.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 27.08.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 12,57 manat əsas, 77,17 manat faiz, 157,82 manat cərimə borcu olmaqla ümumilikdə 247,56 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflər arasında bağlanan kredit müqaviləsinin və kassa məxaric orderinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Ona görə də Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borca görə 12,57 manat, faiz borcuna görə 77,17 manat, cərimə borcuna görə 157,82 manat olmaqla ümumilikdə 247,56 mana borcun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin 11.09.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 30.09.2016-cı il tarixli KM037T09160012S01 saylı kredit müqaviləsi üzrə Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə əsas borca görə 12,57 manat, faiz borcuna görə 77,17 manat, cəriməyə görə 157,82 manat olmaqla, cəmi 247,56 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin hesabdan çıxarışından müəyyən olunur ki, Cavabdeh 28.03.2016-29.10.2019-cu il tarix aralığı nəzərə alınmaqla LPO İddiaçı ASC-yə 12,57 manat borcu qalmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 25.08.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 16.02.2021-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışından müəyyən olunur ki, Cavabdeh LPO İddiaçı ASC-yə əsas kredit borcu 12,57 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC-dən 30.09.2016-cı il tarixdə aldığı borcdan əsas borca görə 12,57 manat borcunun qalması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının iddia tələbləri bu hissədə əsaslıdır və ona görə də təmin edilməlidir. Məhkəmə iddiaçının faiz və cərimə tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlə kredit müqaviləsi bağlamasını bildirsə də, həmin müqaviləni məhkəməyə təqdim etmədiyindən iddia tələbində istinad etdiyi halı, yəni verdiyi borcu hansı faizə verməsini, hansı hallarda cərimə hesablamaq və tələb etmək hüququnun olmasını sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə faiz və cərimə tələbini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 30.09.2016-cı il tarixdə aldığı borca görə 12,57 manat, dövlət rüsumuna görə 20 manat olmaqla cəmi 32,57 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar