Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8232/2025 12.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maneələrin aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə, eyni zamanda birləşdirilən iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maneələrin aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən evinin qonaq otağına girişə yaradılmış maneələrin aradan qaldırılması və qanunsuz əməlləri nəticəsində ona vurulmuş 3355 manat məbləğində zərərin və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(5-93)-16/2026 saylı xx.xx.2026-cı il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(5-93)-16/2026 saylı mülki işin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-8232/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bununla yanaşı, iddiaçı Cavabdeh1 cavabdehlər X1 və İddiaçı qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizələri əsasında müvafiq olaraq 2(001)-8232/2025 saylı və e-2(001)- 7710/2025 saylı mülki işlərin icraatı başlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda İddiaçı iddia tələblərinin birləşdirilməsi məsələsinin həll edilməsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 məhkəməyə təqdim edilmiş vəsatəti müdafiə edərək, vəsatətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını və cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş vəsatəti nəzərdən keçirərək, hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan həmin mülki işlər birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş “mülki işlər üzrə icraatın birləşdirilməsi” barədə vəsatət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maneələrin aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə, eyni zamanda birləşdirilən iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(001)- 8232/2025 saylı və iddiaçı Cavabdeh1 cavabdehlər X1 və İddiaçı qarşı “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə e-2(001)-7710/2025 saylı mülki işlər bir icraatda birləşdirilərək e-2(001)-7710/2025 saylı mülki iş kimi baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-8232/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8232/2025
12.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver