Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8311/2021 02.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh X2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdeh X2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış 03.09.2018-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 30 ay müddətinə illik 29% ödəmək şərti ilə 1360 manat kredit verilmişdir. Borclu Cavabdeh 09.04.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin 01.09.2021-ci il tarixli 1262 nömrəli məktubu və ona əlavə olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan X3 mərhumdan qalan miras əmlakı qəbul etmişdir. Bankın Saatlı filialının 27.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh vəfat etdiyi tarixə banka ödənilməmiş əsas borcu 614,2 manat, faiz borcu 3,2 manat olmaqla cəmi borcu 617,4 manat təşkil edir. Ona görə də cavabdeh X1 əsas borca görə 614,2 manatın, faiz borcuna görə 3,2 manatın, məhkəmə xəclərinə görə 30,40 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdeh X2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdeh X3 tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Saatlı filialı ilə Cavabdeh arasında bağlanmış 03.09.2018-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana istehlak məqsədilə 30 ay müddətinə, yəni 03.03.2021-ci il tarixədək qaytarmaq, illik 29% ödəmək şərti ilə 1360 manat kredit verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin 03.09.2018-ci il tarixli məxaric orderindən müəyyən olunur ki, ayrılmış kreditə görə Cavabdeh 1340 manat verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Saatlı filialının 27.09.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 03.09.2018-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsi üzrə əsas borc 614,2 manat, faiz borcu 3,2 manat olmaqla cəmi borc 617,4 manat təşkil edir. Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.04.2020-ci il tarixli AZ-İİ ******* saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh 09.04.2020-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydlərində 10.04.2020-ci il tarixdə 29 saylı akt qeydi tərtib edilmişdir. Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 24.05.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 09.04.2020-ci il tarixdə vəvat etmiş Cavabdeh vərəsəsi X3 miras qoyanın mülkiyyətində olan Hyundai Tukson minik markalı ** DK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini tam hissədə pay olaraq almışdır. Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 10.07.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 09.04.2020-ci il tarixdə vəvat etmiş Cavabdeh vərəsəsi X3 miras qoyanın mülkiyyətində olan Sumqayıt şəhəri Novxanı bağ massivi 1712 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi və üzərindəki 67,6 m2 olan bağ evini tam hissədə pay olaraq almışdır. Azərbaycan Beynəlxalq Bankı ASC-nin X2 ünvanladığı 07.09.2021-ci il tarixli PKİD- 0436 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalanın vərəsəsinə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum borcalan Cavabdeh 03.09.2018-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 614,2 manat, faiz borcuna görə 3,2 manat olmaqla cəmi 617,4 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsəsi olan cavabdehə öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdeh bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, cavabdeh miras əmlakları qəbul etdiyindən iddia tələbi əsaslıdır, ona görə də təmin edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X1 03.09.2018-ci il tarixli BPM**********17 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 614,2 manat, faiz borcuna görə 3,2 manat, məhkəmə xərclərinə görə 30,40 manat olmaqla cəmi 647,8 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-8311/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8311/2021
02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver