Məhkəmə qərarları › İş №2(001)-833/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-833/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-833/2021 06.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 17 dekabr 2018-ci il tarixli, MFNPU-3414 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1368,17 manat, faiz borcuna görə 123,94 manat, dəbbə borcuna görə 0 manat, cəmi 1492,11 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Samil oğlundan və Cavabdeh3 17.12.2018-ci il tarixli MFNPU-3414 saylı Kredit müqaviləsi üzrə əsas borca görə 1168,17 manat, faiz borcuna görə 338,68 manat olmaqla, cəm 1506,85 manat borcun və həmçinin 30 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bankın “Mərkəzi” filialı ilə Cavabdeh1 qızı arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli, MFNPU-3414 saylı kredit müqaviləsinə əsasən illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq 17 dekabr 2018-ci il tarixdə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 17 dekabr 2018ci il tarixli MFNPU-3414 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 17 dekabr 2018-ci il tarixli MFNPU-3414 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyin icrasında yayınır. Tərəflər arasında bağlanmış 17 dekabr 2018-ci il tarixli, MFNPU-3414 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli əsasında hər ayın 17-dən gec olmayaraq hər ay 254,48 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında icra etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi Mansur Osmanov 06.04.2021-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2018-ci il tarixli, MFNPU-3414 saylı kredit müqaviləsindən və ödəniş qrafikindən görünür ki, Bank Cavabdeh1 illik 20% olmaqla, 24 ay müddətinə, aylıq ödəniş 254,49 manat olmaqla, 5000 manat kredit verməyi, Cavabdeh1 isə kredit müqaviləsi üzrə verilmiş krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada krediti ödəməyi barədə öhdəlik götürmüşdür. İlk ödəniş tarixi 17.01.2019-cu il, sonuncu ödəniş tarixi 17.12.2020-ci il olaraq müəyyən edilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanan 17.12.2018-ci il tarixli MFNPU-3414 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 ilə bank arasında ağlanmış 17.12.2018-ci il tarixli MFNPU-3414 saylı kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə qedy edilmiş kredit müqaviləsinin bütün şərtləri ilə tanış olmuş və borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşıyır. İddiaçı ASC ilə borcalan Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanan 17.12.2018-ci il tarixli MFNPU-3414 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 ilə bank arasında ağlanmış 17.12.2018-ci il tarixli MFNPU-3414 saylı kredit müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə qeyd edilmiş kredit müqaviləsinin bütün şərtləri ilə tanış olmuş və borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşıyır. İddiaçı ASC-nin 02 oktyabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 dekabr 2018-ci il tarixli MFNPU-3414 saylı kredit müqaviləsi üzrə 1 oktyabr 2020-ci il tarixə əsas borc üzrə 1368.17 manat, faiz borcu üzrə 123.94 manat, cəmi 1492.11 manat borcu vardır. İddiaçı ASC tərəfindən sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh1 17.12.2018-ci il tarixli, MFNPU-3414 saylı kredit müqaviləsi üzrə 05.04.2021-ci il tarixə 1168,17 manat əsas borc, 338,68 manat faiz borcu olmaqla, ümumilikdə 1506,85 manat məbləğində kredit borcu mövcuddur. İddiaçı ASC tərəfindən verilən 17 dekabr 2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 5000 manat kredit verilmişdir. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xəbərdarlıq məktublarının surətinə əsasən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 iş günü müddətindən ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq edilmişdir; 11.09.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 17.12.2018-ci il tarixli MFNPU-3414 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 20% olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 İddiaçı ASC-dən kredit müqaviləsi üzrə müəyyən edilmiş kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Ödəniş qrafikinə əsasən borcalan aylıq 254.49 manat, sonuncu ay isə 254.33 manat ödəniş etməyi öhdəlik götürmüşdür. Lakin borcalan qrafik üzrə öhdəliyini lazimi qaydada icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Müqavilənin müddəti 17.12.2020-ci ildə bitmişdir. İddia ərizəsi 07.10.2020-ci ildə məhkəməyə daxil olmuş, için məhkəmə icraatında olduğu vaxtda borcalan tərəfindən ödəniş edilmişdir. Həmin ödənişlər əsas borcdan çıxılmış və müqavilə müddəti bitmədiyindən sonuncu maliyyə arayışına əsasən iddia tələbi əsas borcun tutulması hissəsində azaldılmış, faiz borcu isə müqavilənin sonu üçün tələb edilmişdir. İddiaçı ilə cavabdehlər – zamin Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən isə zaminlər borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərilərinə götürmüşdürlər. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Bununla bağlı maliyyə arayışı təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Cavabdehin müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər cavabdehlər Cavabdeh2n və Cavabdeh3 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 17.12.2018-ci il tarixli, MFNPU-3414 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1168,17 manat əsas borc, 338.68 manat faiz borcu olmaqla, ümumilikdə 1506.85 manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17.12.2018-ci il tarixli, MFNPU-3414 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1168,17 (bir min yüz altmış səkkiz manat, on yeddi qəpik) manat əsas borc, 338.68 (üç yüz otuz üç manat, altmış səkkiz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 1506.85 (bir min beş yüz altı manat, səksən beş qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar