Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8365/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********32373 iPhone Xs Max markalı telefon üçün 1359 manat ödənilməmiş hissə, 398,4 manat dəbbə pulu, 01.05.2020-ci il tarixli müqaviləyə əsasən X5 Çarpayı, Sürgülü dolab, Termo, Tumba, Doshek Uretan üçün 2475,8 manat ödənilməmiş hissə, 637 manat dəbbə pulu, 01.05.2020-ci il tarixli müqaviləyə əsasən LG Paltaryuyan üçün 930,8 manat ödənilməmiş hissə, 234 manat dəbbə pulu olmaqla, ümumilikdə 6035 manat borc və 80,35 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış 15.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3780 (üç min yeddi yüz səksən) manat olan İMEİ Kodu **********32373 olan iPhone Xs Max markalı telefonu 18 ay müddətinə, 792 manat ilkin ödəniş olmaqla, hər ay 166 manat ödəmək şərti ilə almış, 01.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3357,8 (üç min üç yüz əlli yeddi manat 80 qəpik) manat olan X5 Çarpayı, Sürgülü dolab, Termo, Tumba, Doshek Uretan 18 ay müddətinə, 171,8 manat ilkin ödəniş olmaqla, hər ay 177 manat ödəmək şərti ilə almış, 01.05.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1653,8 (bir min altı yüz əlli üç manat 80 qəpik) manat olan LG Paltaryuyanı 18 ay müddətinə, 87,8 manat ilkin ödəniş olmaqla, hər ay 87 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 15.09.2019-cu il tarixli müqaviləyə əsasən, ümumilikdə, 1757,4 manat olmaqla ondan, 1359 manat ödənilməmiş hissə, 398,4 manat dəbbə pulu hesablanmışdır. 01.05.2020-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə, 3112,8 manat olmaqla ondan, 2475,8 manat ödənilməmiş hissə, 637 manat dəbbə pulu hesablanmışdır. 01.05.2020-ci il tarixli müqaviləyə əsasən, ümumilikdə, 1164,8 manat olmaqla ondan, 930,8 manat ödənilməmiş hissə, 234 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4026 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 15 sentyabr 2019-cu il tarixdə bağlanmış 00913964 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh 792 manat ilkin ödəniş olmaqla, 18 ay müddətinə, hər ay 166 manat ödəmək şərti ilə, dəyəri 3780 manat olan İMEİ Kodu **********32373 olan “iPhone Xs Max” markalı telefonu satmışdır. X6 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Mülki işin materiallarında olan 15 sentyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00913964 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********32373 olan “iPhone Xs Max” markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 01 may 2020-ci il tarixdə bağlanmış 20251484 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 171,8 manat olmaqla, 18 ay müddətinə, hər ay 177 manat ödəmək şərti ilə, dəyəri 3357,8 manat olan X5 Çarpayı, Sürgülü dolab, Termo, Tumba, Doshek Uretanı satmışdır. X6 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Mülki işin materiallarında olan 01 may 2020-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 20251484 nömrəli müqaviləyə əsasən X5 Çarpayı, Sürgülü dolab, Termo, Tumba, Doshek Uretanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 01 may 2020-ci il tarixdə bağlanmış 20251484 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X2 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 87,8 manat olmaqla, 18 ay müddətinə, hər ay 87 manat ödəmək şərti ilə, dəyəri 1653,8 manat olan LG Paltaryuyanı satmışdır. X6 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Mülki işin materiallarında olan 01 may 2020-ci il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 20251484 nömrəli müqaviləyə əsasən X5 Çarpayı, Sürgülü dolab, Termo, Tumba, Doshek Uretanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan 07 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1359 manat əsas borcu və 398,4 manat dəbbə pulu borcu, 01 may 2020-ci il tarixli müqavilə üzrə 2475,8 manat əsas borcu və 637 manat dəbbə pulu borcu, 01 may 2020-ci il tarixli müqavilə üzrə 930,8 manat əsas borcu və 234 manat dəbbə pulu borcu vardır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 15 sentyabr 2019, 01 may 2020 və 01 may 2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 15.09.2019-cu il, 01.05.2020-ci il və 01.05.2020-ci il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında cavabdeh dəyəri 3780 manat olan İMEİ Kodu **********32373 olan iPhone Xs Max markalı telefonu, dəyəri 3357,8 manat olan X5 Çarpayı, Sürgülü dolab, Termo, Tumba, Doshek Uretanı və dəyəri 1653,8 manat olan LG Paltaryuyanı almış, lakin cavabdeh qalan borcunu ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı 15 sentyabr 2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 398,4 manat, 01 may 2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən 637 manat və 01 may 2020-ci il tarixli müqavilənin şərtlərinə əsasən 234 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 1359 manat əsas borc üzrə 398,4 manat, 2475,8 manat əsas borc üzrə 637 manat və 930,8 manat əsas borc üzrə 234 manat məbləğində dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 398,4 manat məbləğində hesablanmış dəbbə pulunun 130 ( yüz otuz) manat, 637 manat məbləğində hesablanmış dəbbə pulunun 240 (iki yüz qırx) manat və 234 manat məbləğində hesablanmış dəbbə pulunun 90 (doxsan) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 15 sentyabr 2019-cu il, 01 may 2020-ci il və 01 may 2020-ci il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 15 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1359 manat əsas borc, 130 manat dəbbə pulu, 01 may 2020-ci il tarixli müqavilə üzrə 2475,8 manat əsas borc, 240 manat dəbbə pulu və 01 may 2020-ci il tarixli müqavilə üzrə 930,8 manat əsas borc, 90 manat dəbbə pulu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 80,35 manat dövlət rüsumunun 60 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 20,35 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 15 sentyabr 2019-cu il tarixli müqavilə üzrə 1359 (min üç yüz əlli doqquz) manat məbləğində əsas borc, 130 (yüz otuz) manat məbləğində dəbbə pulu, 01 may 2020-ci il tarixli müqavilə üzrə 2475,8 (iki min dörd yüz yetmiş beş manat 80 qəpik) manat məbləğində əsas borc, 240 (iki yüz qırx) manat məbləğində dəbbə pulu və 01 may 2020-ci il tarixli müqavilə üzrə 930,8 (doqquz yüz otuz manat 80 qəpik) manat məbləğində əsas borc, 90(doxsan) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 5.225,6 (beş min iki yüz iyirmi beş manat 60 qəpik) manat məbləğində borc və 60 (altmış) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-8365/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8365/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver