Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-840/2021 22.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2, onun və digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabedhlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 165.657,12 manat əsas, müqavilənin birtmə tarixinə kimə hesablanmış 55.1164,79 manat faiz, 9.404,37 manat cərimə olmaqla, ümumilikdə 230.226 manat borcun və 30 manat məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun və 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş rüsumunun tutulması, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 169 kv.m. olan 88 saylı mənzilə yönəldilməsi və evin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 169 kv.m. olan 88 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin evdən çıxarılması, həmin evin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 sentyabr 2015-ci il tarixli, 2449/15 hesablı kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 20.5%-lə 24 ay müddətinə 60.000 manat, 07 sentyabr 2015-ci ii tarixli, 2449/15-USD hesablı kredit müqaviləsinə əsasən 90.000 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə yaranacaq öhdəliklərin təminatı olaraq Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1, 88 saylı mənzili 07 sentyabr 2015-ci il tarixli, İP 2449/15-USD saylı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2449/15 saylı İP 2449/15 saylı kredit müqaviləsinə 16 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 49.638 manat məbləğində təşkil etmiş və müddəti 16 mart 2016-cı il tarixə təyin edilmişdir. 2449/15-USD saylı kredit müqaviləsinə 16 mart 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləği 84.633 ABŞ dolları məbləğində təşkil etmiş və müddəti 16 mart 2019-cu il tarixə təyin edilmişdir. 20 aprel 2017-ci il tarixli 2449/15 saylı, 07 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi və 2449/15-USD saylı, 07 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə dair Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısında 2449/15 saylı, 07 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi və 2449/15-USD saylı, 07 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə təşkil edən əsas borc məbləğlərinin qalıqları bu Saziş üzrə birləşdirilmiş, 2449/15-USD saylı, 07 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.5 AZN) və hesablanmış faiz və cərimələr kapitallaşdırılaraq 124.646,94 manat təşkil etmişdir. 2449/15 saylı, 07 sentyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin hesablanmış faiz və cərimələr kapitallaşdırılaraq 55.198,57 manat təşkil etmişdir. Bu Saziş üzrə borcalanın kreditor qarşısında olan kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqları cəmi 179.845,51 manat təşkil etmiş və kreditin müddəti 20 aprel 2022-ci it tarixədək uzadılır. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. 13 fevral 2020-ci il tarixinədək cavabdehlərin banka 165.657,12 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 55.164,79 manat faiz, 9.404,37 manat cərimə, ümumilikdə 230.226 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-lqtisadi Kollegiyasının 27 dekabr tarixli 2- 1(103)-3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Cavabdeh2 və digər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbi aşağıdakı hissələrdə tamamilə əsassızdır və rədd edilməlidir. Birincisi 07 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsinin təminatı kimi X1 məxsus Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 169 kv.m. olan 88 saylı mənzili 07 sentyabr 2015-ci il tarixli, İP 2449/15-USD saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Lakin həmin kredit müqaviləsinin şərtlərini əsaslı surətdə dəyişdirən kredit müqaviləsinə əlavələr və Sazişlər bağlansa da, ilkin kredit müqaviləsinin təminatı qismində çıxış edən 07 sentyabr 2015- ci il tarixli, İP 2449/15-USD saylı ipoteka müqaviləsində bu şərtlər öz əksini tapmamış, bundan sonra isə bağlanan ipoteka müqaviləsinə əlavələr mülki qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamışdır. Odur ki, sözügedən kredit müqaviləsinə əlavə sazişlər və müqavilələr üzrə öhdəliklər ilkin kredit müqaviləsi üzrə ipoteka predmeti olmuş mənzilə yönəldilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir. Göründüyü kimi ipoteka müqaviləsinə əlavələr qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından hər hansı öhdəliyin təminatı qismində çıxış edə bilməz və belə müqavilələr üzrə əmlaka tutma yönəldilə bilməz. İşdə olan materiallardan göründüyü kimi iddiaçı məhz ipoteka müqaviləsinə əlavə sazişlər və s. üzrə tutma yönəldilməsi bildirişinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı sənəd təqdim edə bilməmişdir. Bununla da həm də iddiaçı kredit müqaviləsinə əlavələr üzrə tutma yönəldilməsi prosedurunu həyata keçirmədən tutma yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda həmin hissədə iddia tələbi tamamilə rədd edilməlidir. İikincisi, iddia ərizəsinin borcun zaminlərdən müştərək qaydada tutulması ilə bağlı hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, öhdəliklərin həcmi, kredit müqaviləsinin zəruri şərtləri dəyişdirilsə də zaminlik müqaviləsində bununla bağlı hər hansı bir şərt öz əksini tapmamışdır. Tərəflər arasında bağlanmış müvafiq zaminlik müqaviləsində əsas öhdəliyin konkret həddi, həcmi, məbləği və digər şərtləri barədə heç bir müddəa mövcud deyil. Zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər bir halda “məsuliyyətin artması və ya digər əlverişsiz nəticələrə səbəb olma” məhkəmələr tərəfindən qiymətləndirilərkən işin konkret halları, tərəflərin dəlilləri nəzərə alınmalı və bunun əsasında həmin halların nədən ibarət olması məhkəmə aktlarında əsaslandırılmalıdır. Ona görə də hesab edir ki, iddia ərizəsi tələbin ipoteka predmetinə yönəldilməsi və kredit borcunun zaminlərdən müştərək qaydada tutulması hissələrində təmin edilməməlidir. Qeyd olunanlara əsasən, iddia ərizəsinə etirazın nəzərə alınmasını, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 169 kv.m. olan 88 saylı mənzilə yönəldilməsi və evin açıq hərracdan satılması və borcun fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 169 kv.m. olan 88 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin evdən çıxarılması, həmin evin boşaldılması və Banka təhvil verilməsi hissələrində rədd edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 165.657,12 manat əsas, müqavilənin birtmə tarixinə kimə hesablanmış 55.1164,79 manat faiz, 9.404,37 manat cərimə olmaqla, ümumilikdə 230.226 manat borcun və 30 manat məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun və 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş rüsumunun tutulması hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddiaya qarşı veriilmiş etirazın dəlillərini isə qəbul etməyərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz ərizəsini müdafiə edərək, iddianın qismən təmin edilməsinə, yəni əsas və faiz borcunun ekspert rəyi nəzərə alınmaqla ondan tutulmasına etiraz etmədiyini bildirdi. Həmçinin bildirdi ki, dəfələrlə banka borcunun hissə-hissə ödənilməsi ilə bağlı müraciət etməyinə baxmayaraq, bank onun xahişini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili etiraz ərizəsini müdafiə edərək iddianın qismən təmin edilməsini, yalnız əsas və faiz borcunun ekspert rəyi əsas götürülməklə Cavabdeh2 tutulmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş digər Cavabdeh3 hazırki məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, BK-2449/15 saylı Baş kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank sonuncuya illik faiz dərəcəsi 25% olmaqla 60 ay müddətinə 400.000 manat məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2, zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər bank ilə borclu Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, BK-2449/15 saylı Baş kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdələrinə götürmüşlər. Zaminliklə rəmin edilmiş öhdəliklər: 400.000 manat təşkil edən kredit məbləği; 60 ay təşkil edən kreditin qaytarılma müddəti; 25%-dən çox olmamaq şərti ilə kredit üzrə ödəniləcək illik faiz dərəcəsi; 50%-dən çox olmamaq şərti ilə kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik faiz dərəcəsi. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış BK-2449/15 saylı Baş kredit müqaviləsi üzrə 20 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, Baş kredit müqaviləsinin 20 aprel 2022-ci il tarixədək uzadılır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, BK-2449/15-USD saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank sonuncuya illik faiz dərəcəsi 18% olmaqla 48 ay müddətinə 90.000 manat məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, BK-2449/15-USD saylı kredit müqaviləsi üzrə 16 mart 2016-cı il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, sonuncunun bank qarşısında kredit öhdəliyinin qalığı üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə 84.633 ABŞ dolları təşkil edir. Kredit müddəti bu əlavə Saziş imzalandığı tarixdən 07 sentyabr 2020-ci il tarixədək uzadılır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 14 faiz ödənilir. 07 sentyabr 2015-ci il tarixdə, Bakı şəhəri 53 saylı Notariat Kontorunda İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) ilə Cavabdeh2 (borclu) və Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış 2449/15-USD nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzil BK 2449/15 nömrəli, 07 sentyabr 2015-ci il tarixli Baş Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipotekaya verir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə mülkiyyət hüququ 08 avqust 2015ci il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır; Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzil İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 07 sentyabr 2015-ci il tarixli, BK-2449/15 saylı müqaviləyə əsasən yüklü edilmiş, yüklülüyün müddəti 60 ay təşkil edir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank sonuncuya illik faiz dərəcəsi 20.5% olmaqla 24 ay müddətinə 60.000 manat məbləğində kredit verməyi, kredit alan isə krediti qəbul edib təyinatına uyğun istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsi üzrə 16 mart 2016-cı il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, sonuncunun bank qarşısında kredit öhdəliyinin qalığı üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə 49.638 manat təşkil edir. Kredit müddəti bu əlavə Saziş imzalandığı tarixdən 36 ay müddətinə uzadılır. Kredit güzəşt müddəti 6 ay təşkil edir; 07 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsi, 07 sentyabr 2015-ci il tarixli, BK-2449/15-USD saylı kredit müqaviləsi və 07 sentyabr 2015-ci il tarixli, BK- 2449/15 saylı Baş kredit müqaviləsi üzrə öhdəliklərin birləşdirilməsinə, digər əlavə və dəyişikliklərə dair 20 aprel 2017-ci il tarixli 2 nömrəli Əlavə Sazişdən görünür ki, 07 sentyabr 2015-ci il tarixli, BK-2449/15-USD saylı kredit müqaviləsi və 07 sentyabr 2015-ci il tarixli, BK-2449/15 saylı Baş kredit müqaviləsi üzrə təşkil edən əsas borc məbləğlərinin qalıqları bu saziş üzrə birləşdirilir. Bu Saziş üzrə borcalanın kreditor qarşısında olan kredit öhdəliklərinin əsas borc məbləğlərinin qalıqları cəmi 179.845,51 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 20 aprel 2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 18 faiz ödənilir. Müqavilənin 1.4-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə illik 36% faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir; ZM-2449/15 saylı, 07 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 26 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Sazişdən görünür ki, zaminlik müqaviləsinə dəyişiklik edilərək, restrukturizasiya edilmiş kredit müddəti 20 aprel 2022-ci il tarixədəkdir. Zaminlər bu Əlavə Sazişi imzalamaqla BK-2449/15 saylı, 07 sentyabr 2015-ci il tarixli Baş Kredit Müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş əlavələr, o cümlədən 20 aprel 2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq edir; 20 aprel 2017-ci il tarixdə, Bakı şəhəri 53 saylı Notariat Kontorunda İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) ilə Cavabdeh2 (borclu) və Cavabdeh3 (ipoteka qoyan) arasında bağlanmış 2449/15-USD nömrəli ipoteka müqaviləsinə 01 nömrəli Əlavə Sazişdən görünür ki, bu Əlavə Saziş üzrə tərəflərin öhdəliyi 07 sentyabr 2015-ci il tarixli, İP 2449/15-USD saylı ipoteka müqaviləsi ilə müəyyən edilir. Bu Saziş tərəflər onu imzaladığı gündən bağlanmış, qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alındıqdan sonra isə qüvvəyə minmiş hesab edilir və tərəflərin bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Restrukturizasiya edilmiş kreditin müddəti 20 aprel 2022-ci il tarixədəkdir; Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 27 avqust 2020-ci il tarixli ərizəsindən görünür ki, 07 sentyabr 2015-ci il tarixli, 2449/15 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş və 08 sentyabr 2020-ci il tarixdə bildiriş qeydə alınmışdır; Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Reyestr Xidmətinə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat məbləğində ödəniş edilmişdir; Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 göndərilmiş bildirişlərin surətindən görünür ki, onlara kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, götürdükləri öhdəlikləri müqavilədə qeyd edilən qaydada yerinə yetirmədiklərini, bununla əlaqədar onlardan kredit borcunu 3 gün ərzində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə mübahisə ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən 14 fevral 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 13 fevral 2020-ci il tarixə 01 may 2017-ci il tarixli müqavilə üzrə əsas borcu 165.657,12 manat, 55.164,79 manat faiz borcu, 9.404,37 manat cərimə olmaqla, ümumilikdə 230.226,28 manat məbləğində borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli rəyindən görünür ki, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə Əlavə Sazişin imzalandığı 20 aprel 2017-ci il tarixə olan borcunun 179.845,51 manat olması nəzərə alınmaqla 13 fevral 2020-ci il tarixə əsas borc üzrə - 166.809,94 manat, faiz borcu üzrə - 49.206,98 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. 05 oktyabr 2020-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 07 sentyabr 2015-ci il tarixdə baş kredit müqaviləsi imzalanmış, daha sonra həmin tarixdə iki ayrı kredit müqaviləsi imzalanmış (biri 90.000 ABŞ dolları məbləğində, digəri isə 60.000 manat məbləğində olmaqla), daha sonra 20 aprel 2017-ci il tarixli, Əlavə Sazişlə həmin kredit müqavilələri üzrə əsas borc məbləğlərinin qalıqları birləşdirilmiş və ümumi məbləğin cəmi 179.845,51 manat olması müəyyənləşdirilmişdir. Restrukturizasiya edilmiş kredit illik 18 faizlə, 20 aprel 2022-ci il tarixədək verilmişdir. Həmçinin, ZM-2449/15 saylı, 07 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 26 aprel 2017-ci il tarixli 1 nömrəli Əlavə Saziş bağlanmış, zaminlər Cavabdeh1 və Cavabdeh3 bu Əlavə Sazişi imzalamaqla BK-2449/15 saylı, 07 sentyabr 2015-ci il tarixli Baş Kredit Müqaviləsi, həmin müqaviləyə əlavə edilmiş əlavələr, o cümlədən 20 aprel 2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlə tanış olduqlarını, şərtləri ilə razılaşdıqlarını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. Lakin, Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə 14 fevral 2020-ci il tarixli maliyyə arayışına əsasən onun 13 fevral 2020-ci il tarixə iddiaçı banka 165.657,12 manat əsas, 55.164,79 manat faiz borcu, 9.404,37 manat cərimə olmaqla, ümumilikdə 230.226,28 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli rəyinə əsasən isə həmin tarixə cavabdehin əsas borcu 166.809,94 manat, faiz borcu isə 49.206,98 manat məbləğində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 tərəflər arasında bağlanmış 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməli, Cavabdeh3 və Cavabdeh1 zaminlər kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyəti öz üzərlərinə götürdüyündən, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Belə olan halda, məhkəmə iddia tələbinin əsas və faiz borcu hissəsi ilə əlaqədar ekspert rəyini mötəbər sübut kimi nəzərə alaraq, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini rəhbər tutaraq (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddia ərizəsində tələb olunan 165.657,12 məbləğində əsas borc və ekspert rəyi ilə müəyyən edilmiş 49.206,98 manat məbləğində faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə tərəflər arasında cərimə ilə bağlı yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı saziş üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 9.404,37 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılmalı və 2.000 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tələbin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi ilə bağlı isə hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 14.1 və 14.1.1-ci maddələrinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində aparılır. İş materiallarından göründüyü kimi, 07 sentyabr 2015-ci il tarixdə, Bakı şəhəri 53 saylı Notariat Kontorunda İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ipoteka saxlayan) ilə Cavabdeh2 (borclu) və Cavabdeh3 (ipoteka qoyan) arasında 2449/15-USD nömrəli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanında yerləşən 88 saylı mənzil BK 2449/15 nömrəli, 07 sentyabr 2015-ci il tarixli Baş Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka ilə 60 ay müddətinə yüklü edilmiş və həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə, 20 aprel 2017-ci il tarixli əlavə sazişlə tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə əsas borc məbləğlərinin qalıqları birləşdirilmiş və ümumi məbləğin cəmi 179.845,51 manat olması müəyyənləşdirilmiş, restrukturizasiya edilmiş kredit illik 18 faizlə, 20 aprel 2022-ci il tarixədək verilmişdir. Eyni zamanda, bununla bağlı ipoteka müqaviləsinə həmin tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmış, lakin qanunvericiliyin tələbinə uyğun olaraq ipotekanın əlavə dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda, iddiaçının 20 aprel 2017-ci il tarixli əlavə saziş üzrə ipoteka hüququ əmələ gəlməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə və ondan törəmə olan digər hissələrdə, yəni ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün 30 manat rüsumun tutulması, ipoteka predmetinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin evdən çıxarılması, evin boşaldılması və banka təhvil verilməsi hissələrində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 165.657,12 məbləğində əsas borc, 49.206,98 manat məbləğində faiz borcu, 2.000 (iki min manat) məbləğində cərimə olmaqla, cəmi 216.864,1 manat məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun 28 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində vəsaitin 136 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 9 manatı isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. 20 aprel 2017-ci il tarixli Əlavə Saziş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 165.657,12 (bir yüz altmış beş min altı yüz əlli yeddi manat, on iki qəpik) məbləğində əsas borc, 49.206,98 (qırx doqquz min iki yüz altı manat, doxsan səkkiz qəpik) manat məbləğində faiz borcu, 2.000 (iki min manat) məbləğində cərimə olmaqla, cəmi 216.864,1 (iki yüz on altı min səkkiz yüz altmış dörd manat, on qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 (bir yüz qırx beş) manat məbləğində vəsaitin 136 (bir yüz otuz altı) manatı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 9 (doqquz) manatı isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-840/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-840/2021
22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver