Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8612/2021 13.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Məmmədova (Yaqubova) Ellada Şahin qızına qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən electrolux paltaryuyan, philips üz qırxan üçün 1010 manat ödənilməmiş hissə, 101 manat cərimə, 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51367 X1 8 Pro markalı telefon üçün 574 manat ödənilməmiş hissə, 57 manat cərimə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********08511 Samsung Galaxy A20s markalı telefon, Xiaomi Mi qulaqlıq üçün 294 manat ödənilməmiş hissə, 29 manat cərimə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən Hoffmann led televizor, Yupiter asqı üçün 579,6 manat ödənilməmiş hissə, 57,4 manat cərimə, 09.02.2020-ci il tarixli müqaviləsinə əsasən Hoffmann kondisioner üçün 554,3 manat ödənilməmiş hissə, 0 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən Kenwood mikser üçün 126,6 manat ödənilməmiş hissə, 12,1 manat cərimə, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********51428 Huawei Y 5 markalı telefon üçün 221,6 manat ödənilməmiş hissə, 22,4 manat cərimə olmaqla, ümumilikdə 3639 manat borc və 56,39 manat ödənilmiş dövlət rüsumu cavabdeh Yaqubova (Məmmədova) Ellada Şahin qızından alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Abc Telecom" MMC ilə 09.06.2020-ci il və 09.06.2020-ci il tarixli 17.11.2019-cu il, 16.12.2019-cu il, 29.12.2019-cu il, 29.12.2019-cu il, 09.02.2020-ci il, 07.03.2020-ci il, 13.06.2020-ci il tarixli müqaviləsinə əsasən Eletrolux paltaryuyan, philips markalı üzqırxan, İMEİ kodu **********51367 X1 8 pro markalı telefon, İMEİ kodu **********08511 Samsung Galaxy A20s markalı telefon, Xiaomi Mi qulaqlıq, Hoffmann Led televizo, Yupiter asqı, Hoffmann kondisioner, kenwod mikser, İMEİ kodu **********51428 Huawei Y 5 markalı telefon almış və nəticədə 3639 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 17.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 1685 manat (12 x 140 manat + 5 manat ilkin ödəniş) electrolux paltaryuyan, philips üz qırxan üçün ümumilikdə 1111 manat olmaqla, ondan 1010 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 101 manat cərimə, 16.12.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 810 manat (18 ay x 45 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********51367 X1 8 Pro markalı telefon üçün ümumilikdə 631 manat olmaqla, ondan 574 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57 manat cərimə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 693,5 manat (12 ay x 105,5 manat +49 manat ilkin ödəniş) İMEİ kodu **********08511 samsung Galaxy A20s markalı telefon, Xiaomi Mi qulaqlıq üçün ümumilikdə 323 manat olmaqla, ondan 294 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 manat cərimə, 29.12.2019-cu il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 804,6 manat, (18 ay x 44,7 manat + 0 manat ilkin ödəniş) Hoffmann led televizor, Yupiter asqı üçün ümumilikdə 637 manat olmaqla, ondan 579,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,4 manat cərimə,09.02.2020-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 1706,4 manat (24 ay x 71,1 manat +0 manat ilkin ödəniş) Hoffmann kondisioner üçün ümumilikdə 554,3 manat olmaqla ondan, 554,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 manat cərimə, 07.03.2020-ci il tarixli müqaviləsinə əsasən alğı-satqı qiyməti 210,6 manat (18 ay x 11,7 manat + 0 manat ilkin ödəniş) Kenwood mikser üçün ümumilikdə 138,7 manat olmaqla, ondan 126,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,1 manat cərimə,13.06.2020-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 311,6 manat (12 ay x 22,3 manat + 44 manat ilkin ödəniş) İMEİ kodu **********51428 Huawei Y5 markalı telefon üçün ümumilikdə, 244 manat olmaqla, ondan 221,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22,4 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2861,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4-cü maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: qarşılıqlı iddia verilərsə; üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edir. Məhkəmə tərəfindən cavabdehə iddiaçının tələbinə dair bildiriş göndərilmiş, lakin cavabdeh tələbə qarşı münasibətini məhkəməyə bildirməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki işin materiallarında tədqiq edilmiş: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 noyabr 2019-cu il tarixli, №01056448 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişlə, electrolux paltaryuyan, philips üz qırxan almış və 12 ay müddətinə aylıq 140 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 17 noyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №01056448 saylı müqaviləyə əsasən electrolux paltaryuyan, philips üz qırxanı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh electrolux paltaryuyan, philips üz qırxan üçün əsas borcu 1010 manat, cərimə borcu 101 manat olmaqla, cəmi 1111 manat məbləğində borcu var. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli, №01130005 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz, yeni qızıl zəmanət və telefon quraşdırma xidməti ilə birlikdə İMEİ kodu **********51367 X1 8 Pro markalı telefon almış və 18 ay müddətinə ayda 45 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 16 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №01130005 saylı müqaviləyə əsasən İMEİ kodu **********51367 X1 8 Pro markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********51367 X1 8 Pro markalı telefon üçün əsas borcu 574 manat, cərimə borcu 57 manat olmaqla, cəmi 631 manat məbləğində borcu var. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, №01170177 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişlə, yeni qızıl zəmanət və telefon quraşdırma xidməti ilə birlikdə İMEİ kodu **********08511 samsung Galaxy A20s markalı telefon, Xiaomi Mi qulaqlıq almış və 12 ay müddətinə ayda 49 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 29 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №01170177 saylı müqaviləyə əsasən İMEİ kodu **********08511 samsung Galaxy A20s markalı telefon, Xiaomi Mi qulaqlığı tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********08511 samsung Galaxy A20s markalı telefon, Xiaomi Mi qulaqlıq üçün əsas borcu 294 manat, cərimə borcu 29 manat olmaqla, cəmi 323 manat məbləğində borcu var. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, №01170664 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz, yeni qızıl zəmanət ilə birlikdə Hoffmann led televizor, Yupiter asqı almış və 18 ay müddətinə ayda 44,7 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 29 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №01170664 saylı müqaviləyə əsasən Hoffmann led televizor, Yupiter asqını tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Hoffmann led televizor, Yupiter asqı üçün əsas borcu 579,6 manat, cərimə borcu 57,4 manat olmaqla, cəmi 637 manat məbləğində borcu var. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 dekabr 2019-cu il tarixli, №01170664 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz, yeni qızıl zəmanət ilə birlikdə Hoffmann led televizor, Yupiter asqı almış və 18 ay müddətinə ayda 44,7 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 29 dekabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №01170664 saylı müqaviləyə əsasən Hoffmann led televizor, Yupiter asqını tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Hoffmann led televizor, Yupiter asqı üçün əsas borcu 579,6 manat, cərimə borcu 57,4 manat olmaqla, cəmi 637 manat məbləğində borcu var. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 fevral 2020-ci il tarixli, №20090002 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz, iki il qızıl zəmanətlə Hoffmann kondisioner almış və 24 ay müddətinə ayda 71,1 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 09 fevral 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20090002 saylı müqaviləyə əsasən Hoffmann kondisioneri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Hoffmann kondisioner üçün əsas borcu 554,3 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 554,3 manat məbləğində borcu var. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 mart 2020-ci il tarixli, №20154443 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişsiz, Kenwood mikser almış və 18 ay müddətinə ayda 11,7 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 07 mart 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20154443 saylı müqaviləyə əsasən Kenwood mikseri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh Kenwood mikser üçün əsas borcu 126,6 manat, cərimə borcu 12,1 manat olmaqla, cəmi 138,7 manat məbləğində borcu var. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2020-ci il tarixli, №20347803 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh ilkin ödənişlə, İMEİ kodu **********51428 Huawei Y5 markalı telefon almış və 12 ay müddətinə ayda 22,3 manat ödəniş etməyi öhdəsinə götürmüşdür; 13 iyun 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20347803 saylı müqaviləyə əsasən İMEİ kodu **********51428 Huawei Y5 markalı telefonu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 22 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********51428 Huawei Y5 markalı telefon üçün əsas borcu 221,6 manat, cərimə borcu 22,4 manat olmaqla, cəmi 244 manat məbləğində borcu var. Tələbkar tərəfindən borcluya ünvanlanmış 01.10.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqavilələri üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilələrin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; Həmçinin "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli bildirişlə Cavabdeh 09.02.2020-ci il tarixli müqavilə ilə aldığı Hoffmann kondisioneri geri qaytarsa belə əsas məbləğdən qalan qalıq borcun ödənilməsi barədə məlumat verilmiş, əks təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 25.10.2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 56,79 manat dövlət rüsumu ödəmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 7 müxtəlif tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. 17 noyabr 2019-cu il tarixli, №01056448 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən"xxxx" MMC əşyanı ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 140 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 16 dekabr 2019-cu il tarixli, №01130005 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 45 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 29 dekabr 2019-cu il tarixli, №01170177 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 49 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 29 dekabr 2019-cu il tarixli, №01170664 saylı əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 44,70 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 09 fevral 2020-ci il tarixli, №20090002 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 24 ay müddətinə aylıq 71,10 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 07 mart 2020-ci il tarixli, №20154443 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişsiz Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 11,70 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 13 iyun 2020-ci il tarixli, №20347803 saylı müqaviləyə əsasən "xxxx" MMC əşyanı ilkin ödənişlə Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 22,3 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar satıcı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun və ya əşyaların qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən 56,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 17.11.2019-cu il tarixli , №01056448 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1010 manat, cərimə borcuna görə 101 manat, 16 dekabr 2019-cu il tarixli, №01130005 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 574 manat, cərimə borcuna görə 57 manat, 29 dekabr 2019-cu il tarixli, №01170177 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 294 manat, cərimə borcuna görə 29 manat, 29 dekabr 2019-cu il tarixli, №01170664 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 579,6 manat, cərimə borcuna görə 57,40 manat, 09 fevral 2020-ci il tarixli, №20090002 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 554,30 manat, 07 mart 2020-ci il tarixli, №20154443 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 126,60 manat, cərimə borcuna görə 12,10 manat, 13 iyun 2020-ci il tarixli, №20347803 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 221,60 manat, cərimə borcuna görə 22,40 manat, olmaqla, ümumilikdə 3639 manat məbləğində pul vəsaiti və 56,39 manat məbləğində dövlət rüsumu cavabdeh Məmmədova (Yaqubova) Ellada Şahin qızından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17.11.2019-cu il tarixli , №01056448 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 1010 (bir min on) manat, cərimə borcuna görə 101 (yüz bir) manat, 16 dekabr 2019-cu il tarixli, №01130005 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 574 (beş yüz yetmiş dörd) manat, cərimə borcuna görə 57 (əlli yeddi) manat, 29 dekabr 2019cu il tarixli, №01170177 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 294 (iki yüz doxsan dörd) manat, cərimə borcuna görə 29 (iyirmi doqquz) manat, 29 dekabr 2019-cu il tarixli, №01170664 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 579,6 (beş yüz yetmiş doqquz manat, altmış qəpik) manat, cərimə borcuna görə 57,40 (əlli yeddi manat, qırx qəpik) manat, 09 fevral 2020-ci il tarixli, №20090002 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 554,30 (beş yüz əlli dörd manat, otuz qəpik) manat, 07 mart 2020-ci il tarixli, №20154443 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 126,60 (yüz iyirmi altı manat, altmış qəpik) manat, cərimə borcuna görə 12,10 (on iki manat, on qəpik) manat, 13 iyun 2020-ci il tarixli, №20347803 saylı nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 221,60 (iki yüz iyirmi bir manat, altmış qəpik) manat, cərimə borcuna görə 22,40 (iyirmi iki manat, qırx qəpik) manat, olmaqla, ümumilikdə 3639 (üç min altı yüz otuz doqquz) manat məbləğində pul vəsaiti və 56,39 (əlli altı manat, otuz doqquz qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh Məmmədova (Yaqubova) Ellada Şahin qızından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-8612/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8612/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver