Məhkəmə qərarları › İş №2(001)-8615/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8615/2021

05.11.2021 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8615/2021 05.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 1948-ci il doğumlu X3 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Prosessual qanunverciliyin tələblərindən göründüyü kimi, ərizəçi tərəfindən şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar şərh edilməli və həmin halları təsdiq edən sübutlar ərizəyə əlavə edilməlidir. Lakin, hazırki ərizə üzrə xəbərsiz itkin düşmüş şəxs hesab edilməsi xahiş edilən – 14 avqust 1948-ci il təvəllüdlü X3 xəbərsiz itkin düşməsini təsdiq edən hallar ərizəçinin ərizəsində şərh edilməmiş, habelə onunla bağlı sübutlar da ərizəyə əlavə edilməmişdir. Belə ki, ərizədən və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi X3 xəbərsiz itkin düşməsi barədə Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin polis idarəsi tərəfindən X3 hal-hazırda Nərimanov rayonu qeydiyyatında olmadığını və toplanmış materialda heç bir cinayət hadisəsinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin, ərizə əlavə edilmiş Dövlət Miqrasiya Xidmətinin 23 avqust 2021-ci il tarixli məktubundan görünür ki, X2 dəfə Naxçıvan Muxtar Respublikası, ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Lakin, ərizəçi X1 qeydiyyat ünvanı üzrə aidiyyəti orqanlara şəxsin xəbərsiz itkin düşməsi barədə müraciət etməsi və müraciətin nəticələri barədə hər hansı sənədi ərizəyə əlavə etməmiş, eyni zamanda, ərizəçi ərizəsində ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu ərizə ilə birgə təqdim edə bilməməsini də göstərməmişdir. Belə olan halda, hazırki ərizəyə baxılmasına prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarına əsasən yol verilmir. Ona görə də, belə nəticəyə gəlirəm ki, hazırki ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, X3 xəbərsiz itkin düşməsini təsdiq edən halları şərh etməklə və bu halları təsdiq edən sənədləri (şəxsin xəbərsiz itkin düşmüş şəxs kimi axtarışda olması barədə arayış və sair) ərizəyə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, X3 xəbərsiz itkin düşməsini təsdiq edən halları şərh etməklə və bu halları təsdiq edən sənədləri (şəxsin xəbərsiz itkin düşmüş şəxs kimi axtarışda olması barədə arayış və sair) ərizəyə əlavə etməklə təkrarən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar