Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8718/2021 16.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, Kreditor MMC-nin Borclu qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı ərizə ilə müraciət edərək, Borclu Kreditor MMC-nin xeyrinə 508 manat məbləğində əsas, 200 manat məbləğində cərimə, cəmi 708 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədə əsasən ərizə verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Halbuki, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Hüquqi nəticə etibarı ilə kreditor müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təmin etməmişdir. Bu da öz növbəsində ərizənin geri qaytarılmasını şərtləndirir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 108.1.4-cü maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə verildikdə dövlət rüsumu ödənilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır; 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir; 275.2-ci maddəsinə əsasən bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir; 278.4-cü maddəsinə əsasən ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, hesab edirəm ki, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, kreditora qərardadda göstərilən həmin nöqsan aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması, habelə hazırki qərardadın kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı, bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanacağı izah olunmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditor MMC-yə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan (müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edildikdən) sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək hüququnun olması, habelə hazırki qərardadın kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı, bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumunun ödənilməli olan dövlət rüsumuna hesablanacağı izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-8718/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8718/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver