Məhkəmə qərarları › İş №2(001)-88/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-88/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-88/2021 17.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 QSC-nin nümayəndəsi X2, İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 MMC-nin və Vahabzadeh X5 nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə Cavabdeh1 iştirakı ilə, İddiaçı1 QSC-nin cavabdehlər Cavabdeh1, Vahabzadeh X6, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh3 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk, iddiaçılar Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı1 QSC-yə qarşı “zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000010283 saylı kredit razılaşması üzrə 97.902,69 ABŞ dolları məbləğində əsas, 42.421,30 ABŞ dolları məbləğində faiz, 115.258,67 ABŞ dolları məbləğində cərimə, cəmi 255.582,66 ABŞ dolları məbləğində borcun, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,18 ABŞ dolları məbləğində əsas, 3.671,28 ABŞ dolları məbləğində faiz, 13.350,90 ABŞ dolları məbləğində cərimə, cəmi 29.687,36 ABŞ dolları məbləğində borcun, iki kredit razılaşması üzrə ümumilikdə 285.270,02 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı1 QSC iddia tələbini dəyişdirərək (həcmini artıraraq), o cümlədən Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdeh qismində işə cəlb edərək, cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı1 QSC-nin xeyrinə 05R000010283 saylı kredit razılaşması üzrə 97.902,69 ABŞ dolları məbləğində əsas, 42.421,30 ABŞ dolları məbləğində faiz, 115.258,67 ABŞ dolları məbləğində cərimə, cəmi 255.582,66 ABŞ dolları məbləğində borcun, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,18 ABŞ dolları məbləğində əsas, 3.671,28 ABŞ dolları məbləğində faiz, 13.350,90 ABŞ dolları məbləğində cərimə, cəmi 29.687,36 ABŞ dolları məbləğində borcun, iki kredit razılaşması üzrə ümumilikdə 285.270,02 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilinə və Vahabzadeh X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına 285.270,02 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin müştərək qaydada cavabdehlər Cavabdeh1, Vahabzadeh X8 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutulması, Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh4 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Vahabzadeh X5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar Vahabzadeh X8 və Cavabdeh3 MMC "xxxx" QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC ilə bağlanmış Kredit Xətti Müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin "xxxx" QSC ilə bağladıqları 29 aprel 2014-cü il tarixli, 05S000011652 saylı və 29 aprel 2014-cü il tarixli, 05S00001163 saylı zaminlik müqavilələri üzrə zaminliyə xitam verilməsi, Vahabzadeh X5 "xxxx" QSC ilə bağladığı 29 aprel 2014-cü il tarixli, 05M000000890 saylı İpoteka müqaviləsinin etibarsız hesab edilməsi, iddiaçı "xxxx" QSC-nin iddiasının həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Bundan sonra iddiaçılar Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC ilə bağlanmış Kredit Xətti Müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin "xxxx" QSC ilə bağladıqları 29 aprel 2014-cü il tarixli, 05S000011652 saylı və 29 aprel 2014-cü il tarixli, 05S00001163 saylı zaminlik müqavilələri üzrə zaminlik öhdəliklərinə, Vahabzadeh X5 "xxxx" QSC ilə bağladığı 29 aprel 2014-cü il tarixli, 05M000000890 saylı İpoteka müqaviləsi üzrə ipoteka öhdəliklərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" QSCnin nümayəndəsi X4 ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş və ilk iddiaya əlavə edilmiş sübutlara əsaslanaraq, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 ona qarşı qaldırılmış iddianı qismən qəbul edərək, bildirmişdir ki, iddia tələbini əsas borcun tutulması hissəsində qəbul edir və bu məbləği aylar üzrə hissə-hissə ödəməyə razıdır. Lakin iddia tələbini faiz və cərimə borcunun tutulması, habelə tutmanın onun mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi hissəsində qəbul etmir. Göstərilənlərin nəzərə alınmasını və əsas borcun ondan aylar üzrə hissə-hissə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 MMC-nin və Vahabzadeh X5 nümayəndəsi və vəkili Vəkil ilk iddianı qəbul etməyərək, ilk iddiaya qarşı yazılı etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, habelə qarşılıqlı iddianı müdafiə edərək, onlara aid hissədə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 QSC ilə Cavabdeh1 arasında bağlanmış 29.04.2014-cü il tarixli, 05L000005336 saylı kredit xətti müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, İddiaçı1 QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, yəni 29.04.2024-cü il tarixədək 2.000.000 ABŞ dolları məbləğində kredit xətti açılır və ayrıca razılaşmalar əsasında kredit verilir. Həmin kredit xətti çərçivəsindətərəflər arasında bağlanmış 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşmasına əsasən iddiaçı cavabdehə 60 ay müddətinə aylıq 1,5 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 150.000 ABŞ dolları məbləğində, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşmasına əsasən isə 36 ay müddətinə(sonradan yeni sazişlə müddət 18.01.2019-cu il tarixədək uzadılmışdır) aylıq 1,5 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə 40.000 ABŞ dollarıməbləğində kredit vermişdir. Cavabdeh qeyd edilən kredit razılaşmalarında müəyyən edilmiş məbləğləri iddiaçıdan qəbul etmişvə razılaşmalarda göstərilən qaydada (müddətlərdə və məbləğlərdə) kredit məbləğini qaytarmağı, habelə kreditə görə hesablanacaq faiz məbləğini, ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə isə hesablanacaq cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək, yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin borcun ödənilməsi ondan tələb edilmiş, əks halda borc məbləğinin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəliklər bundan sonra da icra edilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin 30.04.2019-cu il tarixinə 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 97.902,69 ABŞ dolları məbləğində əsas, 42.421,30 ABŞ dolları məbləğində faiz, 115.258,67 ABŞ dolları məbləğində cərimə, cəmi 255.582,66 ABŞ dolları məbləğində borcunun, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,18 ABŞ dolları məbləğində əsas, 3.671,28 ABŞ dolları məbləğində faiz, 13.350,90 ABŞ dolları (maliyyə arayışında 13.530,90 ABŞ dolları göstərilir) məbləğində cərimə, cəmi 29.687,36 ABŞ dolları məbləğində borcununyarandığını iddia etməklə, bu məbləğin ondan tutulmasını tələb edir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə eksperti tərəfindən aparılmış ekspert tədqiqatının nəticələri üzrə tərtib edilmiş 29.05.2020-ci il tarixli, 4412 saylı ekspert rəyinə əsasən 30.04.2019-cu il tarixinə cavabdehin iddiaçıya 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 97.902,69 ABŞ dolları məbləğində əsas, 49.779,76 ABŞ dolları məbləğində faiz, 3.267 ABŞ dolları məbləğində cərimə borcu, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,62 ABŞ dolları məbləğində əsas, 4.486,65 ABŞ dolları məbləğində faiz, 1.492,12 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə kredit müddəti 01.05.2019-cu il tarixdə, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə kredit müddəti 17.01.2019-cu il tarixdə bitmişdir. Hər iki razılaşma üzrə kredit müddəti bitdikdən sonra hər hansı məbləğdə ödəniş aparılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14.05.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərininpredmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, Cavabdeh1 29.04.2014-cü il tarixli, 05L000005336 saylı kredit xətti müqaviləsi çərşivəsində imzaladığı 01.05.2014-cü il tarixli və 17.07.2014-cü il tarixli kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu razılaşmalarla nəzərdə tutulan vaxtda və məbləğdə ödəməmiş, bununla da bu razılaşmaların şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən hər iki razılaşma üzrə tələb edilən borc məbləğini,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.05.2020-ci il tarixli, 4412 saylı ekspert rəyi ilə müqayisəli şəkildə təhlil edib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 İddiaçı1 QSC-nin xeyrinə 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 97.902,69 ABŞ dolları məbləğində əsas, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,18 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Məhkəmə, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,18 ABŞ dolları məbləğində əsas borcun tutulması qənaətinə gəlməklə ekspert rəyini bu hissədə (12.485,62 ABŞ dolları) əsassız hesab etmir. Sadəcə olaraq əsas borc məbləği ilə bağlı iddia tələbini əsas götürür. Məhkəmə, iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı da eyni mövqeydən çıxış edir və hesab edir ki, ekspert rəyində 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 30.04.2019-cu il tarixinə 49.779,76 ABŞ dolları məbləğində faiz borcunun yarandığı göstərilməsinə baxmayaraq, iddia tələbi əsas götürülməli və bu razılaşma üzrə cavabdehdən iddiaçının xeyrinə 42.421,30 ABŞ dolları məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə həm iddiaçı, həm də məhkəmə eksperti tərəfindən faiz borcunun 30.04.2019-cu il tarixinə hesablanması ilə razılaşmır və belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 3.671,28 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı bu məbləğdə faiz borcunu kredit razılaşmasında nəzərdə tutulmuş faiz dərəcəsini 30.04.2019-cu il tarixədək hesablamaqla tələb edir. Halbuki kredit razılaşması üzrə kredit müddəti 17.01.2019-cu il tarixdə bitmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən hesab edir ki, iddiaçının kredit razılaşması üzrə faizlərin kredit müddəti bitdikdən sonra da eyni faiz dərəcəsi ilə hesablanması ilə bağlı istinad etdiyi hallar əsassızdır. Həmin faiz dərəcəsi ilə faiz borcu yalnız 17.01.2019-cu il tarixədək hesablanmalıdır. Bu baxımdan 17.01.2019-cu il tarixdən 30.04.2019-cu il tarixə kimi, yəni 3 ay 13 gün üçün hesablanmış faiz borcu iddia üzrə tələb edilən faiz borcundan silinməlidir. Bununla belə, əsas borc məbləğinin 12.485,18 ABŞ dolları, aylıq faiz dərəcəsinin isə 1,5 faiz olması nəzərə alındığı halda, 3 ay üçün yaranmış faiz borcu (12,485,18 x 1,5 faiz / 100 faiz = 187,27 1 ay, 187,27 x 3 ay =561,81) 561,81 ABŞ dolları, 13 gün üçün yaranmış faiz borcu (187,27 / 30 gün = 6,24 1 gün, 6,24 x 13 gün = 81,12) 81,12 ABŞ dolları, ümumilikdə bu müddət üçün yaranmış faiz borcu (561,81 + 81,12 = 642,93) 642,93 ABŞ dolları təşkil etmiş olur. Bu məbləğ də iddia üzrə tələb edilən 3.671,28 ABŞ dolları məbləğində faiz borcundan silinməli (3.671,28 – 642,93 = 3.028,35), qalan 3.028,35 ABŞ dolları məbləği 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə 17.01.2019-cu il tarixə yaranmış faiz borcu qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, məhkəmə ekspertinin hər iki razılaşma üzrə faiz borcu hesablanarkən illik 5 faiz dərəcəsi ilə faiz borcu hesablamasını və nəticədə 30.04.2019-cu il tarixinə 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 36.877,55 ABŞ dolları, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə isə 2.838,32 ABŞ dolları məbləğində faiz borcunun yaranması barədə mövqeyi ilə razılaşmır və qeyd edir ki, bu məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında aydınlıq gətirilmişdir və bu baxımdan illik 5 faiz dərəcəsi ilə faiz məbləği xəbərdarlıq məktubunun göndərildiyi və ya son ödənişin aparıldığı tarixdən hesablana bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyaninödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit razılaşmaları üzrə iddiaçı ilə cavabdeh arasında gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş (razılaşmanın 4.2.2-ci bəndi), yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit razılaşmalarında öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit razılaşmaları üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 115.258,67 ABŞ dolları məbləğində cərimə, 17.07.2014-cü il tarixli, 05R000010928 nömrəli kredit razılaşması üzrə 13.350,90 ABŞ dolları məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, hər iki razılaşma üzrə iddiaçı tərəfindən cavabdehə tənasübsüz surətdə yüksək məbləğdə, məhkəmə eksperti tərəfindən isə aşağı məbləğdə cərimə borcu hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən hər iki razılaşma üzrə hesablanmış cərimə məbləğləri endirilməli, cavabdehdən iddiaçının xeyrinə 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 9.000 ABŞ dolları məbləğində cərimə, 17.07.2014-cü il tarixli, 05R000010928 nömrəli kredit razılaşması üzrə 1.000 ABŞ dolları məbləğində cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 QSC ilə zaminlər Vahabzadeh X8 və Cavabdeh3 MMC arasında ayrı-ayrılıqda bağlanmış 29.04.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Vahabzadeh X8 və Cavabdeh3 MMC borcalan Cavabdeh1 29.04.2014-cü il tarixli kredit xətti müqaviləsi və onun çərçivəsində bağlanmış kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən bu cavabdehlərə də xəbərdarlıq məktubu göndərilməklə kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, cavabdehlər Vahabzadeh X8 və Cavabdeh3 MMC zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, zaminlik müqavilələrində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqavilələrində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin qarşılıqlı iddiasını nəzərə alıb, habeləAzərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 11.10.2019-cu il tarixli qərardadını (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur.) rəhbər tutub, iddia tələbinin “zaminlik müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarındanümayiş etdirilmiş hüquqi mövqe hazırki münasibətlərə tətbiq edilə bilməz. Lakin tətbiq edildiyi təqdirdə belə bu tələb əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31.05.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına kreditin ümumi məbləğinin, kreditin faizinin artırılması, kreditin valyutasının dəyişdirilməsi, habelə kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Nəticədə bu məsələ ilə bağlı qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Hazırki işdən də müəyyən edildiyi kimi, iddiaçı ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi və iddiaçı ilə cavabdehlər Vahabzadeh X8 və Cavabdeh3 MMC arasında zaminlik müqavilələri eyni, yəni 29.04.2014-cü il tarixdə bağlanmışdır. Kredit xətti müqaviləsində açılacaq kredit xəttinin ümumi məbləği və müddəti göstərilmiş, lakin veriləcək kredit məbləğinə hesablanacaq illik (aylıq) faiz dərəcəsi göstərilməmişdir. Faiz dərəcəsi yalnız iddiaçı ilə Cavabdeh1 arasında 01.05.2014-cü və 17.07.2014-cü il tarixlərdə bağlanmış və cavabdehlər Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin artıq tərəf olmadığı kredit razılaşmalarında təsbit edilmişdir. Bu baxımdan Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin zamin olaraq illik (aylıq) faiz dərəcəsi barədə məlumatı olmamışdır. Buna baxmayaraq, bu hal Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin zaminliyinə xitam verilməsi üçün əsas ola bilməz. Belə ki, Vahabzadeh X8 zamin olmaqla yanaşı, eyni zamanda Cavabdeh3 MMC-nin qanuni təmsilçisidir və hər iki kredit razılaşmasının tərkib hissəsi olan ödəniş cədvəllərini, habelə “kredit razılaşmalarına və ödəniş cədvəllərinə dəyişiklik edilməsi haqqında” sazişlərə uyğun olaraq tərtib edilmiş ödəniş cədvəllərini şəxsən imzalamışdır. Bu da öz növbəsində onun həmin sənədlərin məzmunu ilə tanış olması, o cümlədən dəyişikliklərə razılıq verməsi anlamına gəlir. Onun tərəfindən imzalanmış həmin cədvəllərin hər birinin üzərində də aylıq faiz dərəcəsi (1,5%) barədə qeyd aparılmışdır. Başqa sözlə, bu cavabdeh və onun şəxsində Cavabdeh3 MMC ümumi və ayrılmış kredit məbləği, kreditin valyutası, aylıq faiz dərəcəsi, ilkin və sonrakı ödəniş müddəti və məbləği (bütün dəyişikliklər) barədə tam məlumatlı olmuşdur. Bu da öz növbəsində qarşılıqlı iddia tələbinin “zaminlik müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” hissəsində əsassız olmasına dəlalət edir və onun rədd edilməsini şərtləndirir. Məhkəmə, qeyd edilənləri nəzərə alıb, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25.07.2019-cu il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyi (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.) əsas götürüb, belə qənaətə gəlir ki, qarşılıqlı iddia “ipoteka müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi” hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə, ilk iddiaya iddia müddətinin tətbiq edilməsi üçün də hər hansı əsas görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi müddəalar 30.12.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvvəlki redaksiyada). İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun (bəzi müddəaları 30.12.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 30.12.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı1 QSC ilə Cavabdeh1 və cavabdeh Vahabzadeh X8 arasında bağlanmış 29.04.2014-cü il tarixli ipoteka müqavilələrinə əsasən 29.04.2014-cü il tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilini (mənzildə pasport qeydiyyatında olan Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 razılığı ilə), cavabdeh Vahabzadeh X8 isə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqavilələrinə əsasən ipoteka predmetləri müvafiq olaraq 62.744 manat və 134.899 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh1 kredit xətti müqaviləsi və onun çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. İddiaçı tərəfindən cavabdehlərə (ipoteka qoyanlara) bildiriş göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakların yerləşdiyi yer əsas götürülməklə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarələrində qeydə alınmışdır. İddiaçı tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmənin müvafiq qərardadının icrası qaydasında "Legal Prime” MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş 19.01.2021-ci il tarixli ekspert rəyində bu əmlakların qiyməti müvafiq olaraq 80.000 manat və 155.000 manat məbləğində müəyyən edilmişdir. Bununla belə, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetlərinə yönəldilməsini və ipoteka predmetlərinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, məhkəmə tərəfindən müəyyən edilmiş borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilinə, həmçinin cavabdeh Vahabzadeh X8 isə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə mülkiyyətlərinə uyğun olaraq ipoteka qoyanlara qaytarılmalıdır. Məhkəmə ipoteka predmetlərinə tutma yönəldildikdə onların ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, bu əmlaklar hərraca çıxarılarkən onların ilkin satış qiyməti ipoteka müqavilələrində göstərilmiş qiymətlər deyil, təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası üzrə "Legal Prime” MMC tərəfindən aparılmış qiymətləndirmə işi əsasında tərtib edilmiş 19.01.2021-ci il tarixli ekspert rəyində göstərilmiş qiymətlər əsas götürülməklə müəyyən edilməlidir. Bununla belə, məhkəmə qeyd edilən rəyi əsas götürüb hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilinin ilkin satış qiyməti 80.000 manat, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilinin ilkin satış qiyməti isə 155.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbini “ipoteka predmetinin hərrac vasitəsi ilə satışı hesabına əldə olunmuş vəsaitin borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutulması” hissəsini əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetlərinin satışından əldə edilmiş məbləğ borc məbləğinin tam ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən tutulmalıdır. Məhkəmə iddia tələbinin "ipoteka predmetinə tutma yönəldikdə və ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və bu əmlakların boşaldılması” hissəsi ilə bağlı qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuş, lakin ipoteka predmetinin boşaldılması nəzərdə tutulmamışdır. Belə ki, ipoteka predmetinin boşaldılması özündə həmin əmlakda yaşayan şəxslərin bütün əşyalarının çıxarılmasını özündə ehtiva edir. Qanunverici də bu vəziyyətdə “məcburi qaydada çıxarılma” ifadəsini təsbit etməklə, bu şəxslərin ipoteka predmetindən onlara məxsus əşyaları ilə birlikdə çıxarılmasını nəzərdə tutmuşdur. Belə ki, əsas məqsəd ipoteka predmeti satıldıqdan sonra onun maneəsiz şəkildə alıcı tərəfindən təhvil alınmasını təmin etməkdən ibarətdir. Bu da öz növbəsində əmlak satıldıqdan sonra həmin əmlakda ipoteka qoyana və onun ailə üzvlərinə, habelə əmlaka aidiyyəti olan digər şəxslərə məxsus olan hər hansı əşyanın olmasını istisna edir və onların ipoteka predmetindən məcburi qaydada məhz əşyalarla birlikdə çıxarılmasını şərtləndirir. Bu səbəbdən məhkəmə qanunvericilikdə təsbit edilmiş ifadəni yetərli hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərCavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Binəqədi rayonu, 7 mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilindən, cavabdeh Vahabzadeh X9 isə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iddia tələbinin "ipoteka predmetlərinin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, İddiaçı1 QSC iddiaçı kimi ipoteka predmetlərinin hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin məcburi qaydada çıxarılması aid ola bilər. Bu tələbi irəli sürmək hüququ isə ipoteka predmetinə tutma yönəldildiyi və əmlaklar özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Eyni zamanda, məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni həll edib belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqıtutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 97.902,69 ABŞ dolları məbləğində əsas, 42.421,30 ABŞ dolları məbləğində faiz, 9.000 ABŞ dolları məbləğində cərimə, cəmi 149.323,99 ABŞ dolları, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,18 ABŞ dolları məbləğində əsas, 3.028,35 ABŞ dolları məbləğində faiz, 1.000 ABŞ dolları məbləğində cərimə, cəmi 16.513,53 ABŞ dolları, ümumilikdə 165.837,52 ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu və 40 manat məbləğində xidmət haqqı tutulmalı, tutma ipoteka predmeti olmaqla Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilinə və cavabdeh Vahabzadeh X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilinə yönəldilməli, həmin əmlaklar açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləğləri ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka predmetlərinə uyğun müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Vahabzadeh X6 qaytarılmalı, satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən tutulmalı, ipoteka predmetləri olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilinin ilkin satış qiyməti 80.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilinin ilkin satış qiyməti 155.000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh Vahabzadeh X8 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılmalı, ilk iddia qalan hissədə rədd edilməli, iddiaçılar Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı1 QSC-yə qarşı “zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılar Vahabzadeh X6 və Cavabdeh3 MMC-yə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən müştərək qaydada İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01.05.2014-cü il tarixli, 05R000010283 saylı kredit razılaşması üzrə 97.902,69 (doxsan yeddi min doqquz yüz iki ABŞ dolları, altmış doqquz sent) ABŞ dolları məbləğində əsas, 42.421,30 (qırx iki min dörd yüz iyirmi bir ABŞ dolları, otuz sent) ABŞ dolları məbləğində faiz, 9.000 (doqquz min) ABŞ dolları məbləğində cərimə, cəmi 149.323,99 (bir yüz qırx doqquz min üç yüz iyirmi üç ABŞ dolları, doxsan doqquz sent) ABŞ dolları, 17.07.2014-cü il tarixli, 05R000010928 saylı kredit razılaşması üzrə 12.485,18 (on iki min dörd yüz səksən beş ABŞ dolları, on səkkiz sent) ABŞ dolları məbləğində əsas, 3.028,35 (üç min iyirmi səkkiz ABŞ dolları, otuz beş sent) ABŞ dolları məbləğində faiz, 1.000 (bir min) ABŞ dolları cərimə, cəmi 16.513,53 (on altı min beş yüz on üç ABŞ dolları, əlli üç sent) ABŞ dolları, ümumilikdə 165.837,52 (bir yüz altmış beş min səkkiz yüz otuz yeddi ABŞ dolları, əlli iki sent) ABŞ dolları məbləğində borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və 40 (qırx) manat məbləğində xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olmaqla Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilinə və cavabdeh Vahabzadeh X6 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilinə yönəldilsin. Həmin əmlaklar açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borc məbləğləri ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka predmetlərinə uyğun müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Vahabzadeh X6 qaytarılsın. Satışdan əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutulsun. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzilinin ilkin satış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzilinin ilkin satış qiyməti 155.000 (bir yüz əlli beş min) manat məbləğində müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 5 saylı evin, 23 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 78v saylı evin, 160 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh Vahabzadeh X8 həmin əmlakdan çıxmazsa, məcburi qaydada çıxarılsın. İlk iddia qalan hissədə rədd edilsin. İddiaçılar Vahabzadeh X5 və Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı1 QSC-yə qarşı “zaminlik və ipoteka müqavilələri üzrə öhdəliklərə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılar Vahabzadeh X6 və Cavabdeh3 MMC-yə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Vahabzadeh X3 və Cavabdeh3 MMC-dən müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar