Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-9/2020 29.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X21 oğlunun katibliyi, İddiaçı və vəkili X9, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 384.000 ABŞ dolları, Cavabdeh2 200.000 ABŞ dolları, maddi ziyan olaraq 17.520 ABŞ dolları, mənəvi zərərə görə isə 1.000 manat olmaqla, ümumilikdə 601.520 ABŞ dolları məzənnə üzrə ödəmə gününə manatla pulun və 1.000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehləri uzun illərdir ki, tanıyır və onun bu xalaoğlularla yoldaşlıq münasibətləri olmuşdur. Həmin şəxslərin 2011-ci ildən ticari işlərində problemləri yarandığı üçün ona etdikləri müraciətlər əsasında ayrı-ayrı vaxtlarda borc olaraq onlara pul vermişdir. Aralarında olan səmimi münasibətləri nəzər alaraq şifahi razılaşmaya əsasən müəyyən öhdəlik münasibətləri yaranmış, həmin şəxslər ondan ümumilikdə 584.000 ABŞ dolları, yəni 905.200 manat pul götürmüşlər. Cavabdehlər götürdüyü pul məbləğlərinin mövcudluğunun təsdiqlənməsi məqsədi ilə özlərinin xətti və imzası əsasında tərtib olunmuş sadə yazılışlı qəbzlər tərtib edərək ona vermiş və pul öhdəliyinin müxtəlif vaxtlarda qaytarılacağına söz vermişlər. Hətta bu müddət ərzində gözləməyi üçün əldə etdikləri əmlakların sənədlərini verməklə pulları qaytaracaqlarına inandırmışlar. xx xxxxxx 2014-cü il də ümumilikdə 3.600 ABŞ dolları ona qaytarmışlar. Lakin, aradan neçə müddət keçməsinə baxmayaraq borclular ona verməli olduqlarl pul məbləğini qaytarmamış və hər dəfə pulu onlardan tələb etdikdə “yoxumuzdur, biraz da gözlə verəcəyik” deyərək onu aldatmışlar. Pulun cavabdehlər tərəfindən ödənilməməsi səbəbindən münasibətləri pozulmuş və Daxili işlər Nazirliyinə etdiyi şikayət ərizəsi əsasında ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Borclulardan pul vəsaiti ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdehlərin yazdığı qəbzlərdən də aydın şəkildə görünür ki, borclulardan Cavabdeh1 xx xxxxxxx 2011-ci il tarixdə 30.000 ABŞ dolları, xx xxxxxxx 2011-ci il tarixdə 30.000 ABŞ dolları, xx xxxxxx 2011-ci il tarixdə 10.000 ABŞ dolları, xx xxxxxx 2011-ci il tarixdə 17.500 ABŞ dolları, xx xxxxxx 2012-ci il tarixdə 8.500 ABŞ dolları, xx xxxxxx 2012-ci il tarixdə 10.000 ABŞ dolları, xx xxxxxx 2012-ci il tarixdə 15.000 ABŞ dolları, xx xxxxxx 2013-cü il tarixdə 28.000 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 30.000 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 70.000 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 60.000 ABŞ dolları və xx xxxx 2013-cü il tarixdə 75.000 ABŞ dolları, ümumilikdə 384.000 ABŞ dollar, Cavabdeh2 isə xx xxxxxx 2012-ci il tarixdə 20.000 ABŞ dolları, xx xxxxxx 2012-ci il tarixdə 20.000 ABŞ dolları, xx xxxxxxxx 2012-ci il tarixdə 20.000 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 75.000 ABŞ dolları, xx xxxx 2013-cü il tarixdə 65.000 ABŞ dolları, ümumilikdə 200.000 ABŞ dolları ondan borc pul götürmüşlər. Həmin şəxslərin borcu ümumilikdə 584.000 ABŞ dolları məbləğindədir. Bur borcdan yalnız 3.600 ABŞ dolları poçt vasitəsi ilə göndərilmiş və qalan məbləğ geri verilməmişdir. Onda olan məlumata görə cavabdehlərin aldığı borcu ödəmək üçün kifayət qədər imkanları vardır. Həmin əmlakların sənədləri də ona verilmişdir. Lakin, onlar qərəzli mövqe nümayiş etdirərək, ondan aldıqları borcu ödəməkdən qəsdən yayınırlar. Bu qədər əmlaka sahib olan cavabdehlər bu günə qədər aldıqları pul məbləğlərini qaytarmamaqda israrlıdırlar. Cavabdehlər səkkiz ilə yaxındır ki, ona olan borclarını ödəməmiş və ona külli miqdarda ziyan vurmuşlar. Buna görə də ödənilməyən əsas borc 584.000 ABŞ dollar və həmin borcu bir il ərzində gecikdirdiklərinə görə (borc dollarla olduğu üçün) 3% bank uçot vərəqəsi və əldən çıxmış fayda nəzərə alınmaqla 17.520 ABŞ dolları və ümumilikdə cəmi 601.520 ABŞ dollarının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xeyrinə olaraq Cavabdeh2 alınan xx xxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2011-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli və X1 alınan xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2011-ci il tarixli, xx xxxxxxx 2011-ci il tarixli, xx xxxxxx 2011-ci il tarixli, xx xxxxxx 2011-ci il traixli, xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli və xx xxxx 2013-cü il tarixli qəbzləri bilə-bilə yalan məlumat verməklə bağlandığından etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı onlara qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh1 384.000 ABŞ dolları, Cavabdeh2 200.000 ABŞ dolları olmaqla, ümumilikdə 584.000 ABŞ dolları məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı pul tələbinin əsası kimi guya ki, onlara borc pul verərək qəbzlərlə rəsmiləşdirmiş və onlar ona imza edərək borclu olduqlarını bildirmişlər. Lakin, onların ümumilikdə İddiaçı 13.500-14.000 borcu vardır. X23 Nazirliyində aparılan araşdırma zamanı bir daha sübut olunmuşdur. İddiaçı faizə pul verən şəxs olmaqla çoxlu sayda insanları bu şəkildə aldadaraq pul qaytarıldıqdan sonra qəbzləri atmamış və insanları aldatmaqla onlardan yenidən əlavə pul tələb etməklə məşğuldur. Cavabdeh2 Ağasalam oğlundan alınan xx xxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2011-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli və Cavabdeh1 alına xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2011-ci il tarixli, xx xxxxxxx 2011-ci il tarixli, xx xxxxxx 2011-ci il tarixli, xx xxxxxx 2011-ci il traixli, xx xxxxxx 2012-ci il tarixli, xx xxxxxx 2012-ci il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli və xx xxxx 2013-cü il tarixli qəbzləri əsas gətirərək İddiaçı əsassız olaraq onlardan külli miqdarda pul vəsaiti tələb edir. Həmin qəbzlərə fikir verilsə aydın olar ki, bir çox qəbzlər ayın eyni günündə verilmişdir. Bu birdaha verilmiş pulların faizə verilməsini göstərir. Həmin qəbzlərdəki imzaları onlara imzaladaraq boş saxlamış və ora istədiyi rəqəmi yazaraq doldurmuş, Hacı Bahadur adlı şəxsə göstərəcəyini bildirmiş, pulunu ödədikdən sonra isə həmin qəbzləri atmayaraq yenidən onlardan həmin qəbzlər əsasında pul tələb etmişdir. Onlar, mülki işin gedişində qəbzlərin saxlanıldığını, atılmadığını öyrənmişlər. Bir daha İddiaçı tərəfindən digər vətəndaşlar kimi aldadıqlarını başa düşmüşlər. Hazırda həmin qəbzlərin heç bir hüquqi əsası yoxdur, həmin qəbzlərdə göstərilən məbləğlər reallığı əks etdirmir. Necə ola bilər ki, heç bir vəzifəsi, əmlakı olmayan adam tanımadığı şəxslərə heç bir rəsmi müqavilə olmadan bu məbləğdə vəsaiti bir kağız parçasına yazaraq vermiş olsun? Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(004)-1113/2020 nömrəli mülki iş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı 584.000 ABŞ dolları pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə 2(001)-9/2020 saylı mülki işlə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədi ilə həmin işlərin birləşdirilməsi, onlara birgə baxılması məsələsinin həll edilməsi üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan qərardad Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(103)-3077/2020 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək yuxarıda göstərilən məzmunda izahat verdi və əlavə olaraq bildirdi ki, 25 ildir ki, ayaqqabı ticarəti ilə məşğuldur və 20 ildir ki, Elsəvəri tanıyır. Onlar birlikdə ticarətlə məşğul olmuşlar. Elburus Elsevərin şəriki olmuşdur. Onların 20 Yanvar metrosu ətrafında mağazaları var idi. 2011-ci ildə Elsevər ona zəng edərək daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olduğunu bildirərək ondan borc pul istəmiş, habelə iş birliyi təklif etmişdir. Birinci dəfə Elsevər Fatmayi qəsəbəsində torpaq sahəsi almaq üçün ona 100.000 ABŞ dolları lazım olduğunu və bu işdə xeyri olacağını dedikdən sonra o, pulu ona vermişdir. Bundan sonra "Binə" və "Sədərək” Ticarət Mərkəzlərində mağaza götürmək və bu mağazalara mal vurmaq adı ilə ondan hissə-hissə olmaqla, ümumilikdə 584.000 ABŞ dolları məbləğində pul almışlar. Aralarında səmimi münasibət və inam olduğuna görə cavabdehlərlə şifahi şəkildə razılaşmışlar. Lakin, onlar hər pul götürəndə yazılı şəkildə qəbz imzalayıb, hətta özlərinə və qohumalarına məxsus əmlakların sənədlərini ona verməklə onu borcu qaytaracaqlarına inandırmışlar. Onlar borcu hissə-hissə aldıqdan sonra 1 il ərzində qaytaracaqlarını desələr də, borcu qaytarmamışlar. Bundan sonra o, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə şikayət etməli olmuşdur. Şikayət etdikdən sonra işin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Onun şikayətindən sonra 3.600 ABŞ dolları o vaxtkı məzənnəyə uyğun olaraq manatla Cavabdeh2 tərəfindən qaytarılsa da, qalan borc məbləği qaytarılmamışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1990-cı ildən 2008-ci ilə kimi “Fartun” şirkəti vasitəsilə xarici ölkələrdən mal vurmaqla ayyaqqabı ticarəti ilə məşğuldur. 2011-ci ilin sentyabr ayının əvvəllərində Elsevər ona zəng edərək, onlara gəlmək istədiyini və onunla işi olduğunu demiş, o da etiraz etməmişdir. Elsevər Elburusla birlikdə onlara gəlmiş və söhbət əsasında ona iş birliyi təklif etmiş, bir illiyə girov qoymaq müqabilində borc pul verməyini xahiş etmişdir. Aralarında olan danışığa görə iş qurmaq üçün o, Elsevər və Elburusa pul verməli idi. Onlar 1 il ərzində həmin pulu ticarətə qoyub işlətməklə 1 ilin tamamında borc götürdükləri pulu ona qaytarmalı və eləcə də əldə olunmuş qazancdan ona da pay verməli idilər. O, ilk öncə cavabdehlərə razılığını bildirməmiş və fikirləşəcəyini demişdir. Cavabdehlərin təklifi ilə bağlı yekun qərara gəlmək üçün onların işi ilə maraqlanmış və öyrənmişdir ki, "Sədərək” Ticarət Mərkəzində 5 dükanları var. Bir neçə gündən sonra Elsevər onunla əlaqə saxladıqda o, onların təklifini qəbul etdiyini bildirmişdir. Həm də Elsevəri 20 ildən artıq tanıdığı üçün ona inanıb borc pul verməyə razılaşmışdır. Birinci dəfə 2011-ci ilin oktyabr ayında Elsevər Fatmayi qəsəbəsində torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini alıb-satarlarsa xeyli qazanc əldə edəcəklərini demiş və bu məqsədlə ondan 100.000 ABŞ dolları borc almışdır. O, pulu 2011-ci ilin oktyabr ayından hissə-hissə olmaqla vermiş və onlar da pulu 1 il ərzində qaytaracaqlarına söz vermişlər. Həmçinin qazanclarının bir hissəsinə də onun şərik olacağını söz vermişlər. Pulu verərkən cavabdehlər ev və ya torpağa aid olan sənədləri girov qoymuşlar. Sənədlərin bəzisinin əsilləri, bəzilərinin isə surətləri ondadır. Cavabdehlərin "Sədərək" Ticarət Mərkəzində 5 dükanları olmuş, 2 dükanı isə "Binə" Ticarət Mərkəzində icarəyə götürmüşdülər, həmin mağazalara mal gətirərək satışını həyata keçirib qazanc əldə olunmalı idi. Sənədləri girov qoymaqla və qəbzə qol çəkməklə pulu gəlib onun yaşadığı evdən Elsevər götürmüşdür. Hərdən o, gələ bilməyəndə Elburus gəlib götürmüşdür. O, pulu hissə-hissə 2011-ci ilin oktyabr ayından etibarən təxminən 1 il ərzində vermiş və onlar 1 il ərzində qaytarmalı idilər. Hər dəfə pul götürülərkən cavabdehlər tərəfindən qəbz yazılmışdır. Həmin qəbzlərin sayı xeyli miqdarda olduğundan borc məbləğinin cəmləşdirilib bir qəbzdə yazılmasını cavabdehlər təklif etmiş və o, da razılaşmışdır. Odur ki, iddia ərizəsinə əlavə edilmiş qəbzlərdəki tarixlər 2012-2013-cü il göstərilmişdir. İlkin tərtib edilmiş qəbzləri cavabdehlər cırıb atmışdır. Cavabdehlərə pulu o, həmişə öz evində vermiş və bu barədə ancaq ailə üzvləri bilmişdir. Elburus və Elsəvərin götürdükləri borcu qaytararkən əldə olunmuş qazancdan ona da pay verməli idilər. Lakin konkret olaraq aralarında qazancla bağlı razılaşma olmamışdır. Sonda haqq-hesab edib əldə olunan gəlirdən ona pay verilməli idi. O, cavabdehlərin işinə qarışmamış, yalnız ticarətinə nəzarət etmiş və görmüşdür ki, mağazalar işləyir. Cavabdehlər razılaşmalarına görə ondan aldıqları borc pulu 1 il ərzində, yəni 2012-ci ilin oktyabr ayında qaytarmalı idilər. Həmin vaxt o, pulunu tələb etdikdə cavabdehlər bankdan kredit götürüb borclarını qaytarcaqlarını demişlər. Sonra isə kreditin alınmadığını, torpaq və mağazalarını satıb borcu ödəyəcəklərini demişlər. 2014-cü ilədək hər dəfə bir bəhanə gətirərək borcu qaytarmaqdan yayınmışlar. O, sonda məcbur olub cavabdehlərin ağsaqqalı Oqtay Şirinov adlı şəxsə müaraciət etmişdir. Oqtay Şirinov cavabdehlərin Türkiyədə iş qurduqlarını və oradan pul gələcəyini, cavabdehlərin ona olan borcunun ödəniləcəyinə söz vermişdir. Lakin bir müddət gözləsə də pul ödənməmişdir. Bundan sonra o, cavabdehlərin hərəkəti barədə DİN-ə şikayət etmişdir. Cavabdehlərin təklifi ilə borcun alınmasına dair qəbzlərin sayı çox olduğundan onları cəmləşdirmiş, bir neçə qəbzdə yazılmış, ilkin qəbzlər isə cırılıb atılmışdır. O, 2013-cü il tarixdə cavabdehlərə borc pul verməmişdir. xx xxxx 2013-cü il tarixdə Elsevərə bir dəfəyə nə 60.000 ABŞ dolları, nə də 70.000 ABŞ dolları pul verməmişdir. Əvvəldən olan borcları cəmləşdirib, elan edilən qəbzləri tərtib etmişlər. Qəbzlərdə borcun nə üçün xx xxxx 2013-cü il tarixdə verildiyinin göstərilməsini izah edə bilməz. Qəbzləri cavabdehlər özləri tərtib etmiş, o da fikir verməmişdir. Borclar cəmləşdirilib yazılmışdır. Lakin eyni gündə yəni, xx xxxx 2013-cü il tarixdə nəyə görə 2 qəbzin tərtib edildiyini, borcun cəmləşdirilib 1 qəbzdə yazılmadığını izah edə bilmir. Qəbzlərin hamısı cavabdehlər tərəfindən yazılmış və imzalanmışdır. Tələb etdiyi borc məbləği iddia ərizəsinə əlavə edilmiş qəbzlərə əsaslanır. Həmin qəbzlərdən görünür ki, cavabdehlər ondan 584.000 ABŞ dolları borc pul götürmüşlər. Göstərilənlərə əsasən onun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması tələbinə dair iddiasının təmin edilməsi, iş üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ona qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili iddia ərizəsini və iddiaçının izahatını müdafiə edərək, həmçinin bildirdi ki, cavabdeh tərəf iddia müddətinin ötürülməsini bildirsə də, iddiaçı iddia müddətini ötürməmişdir. Belə ki, Cavabdeh2 tərəfindən xx xxxxxx 2014-cü ildə borcundan 3600 ABŞ dolları ödəniş edilmiş və bununla da Elburus borcu etiraf etməsini göstərən hərəkətlər etmişdir. Ona görə də iddia müddətinin axımı kəsilmişdir. Cavabdeh1 “müqavilə” adlı sənədi imzalamaqla 2011-2012-ci ildə ödənilməsi nəzərdə tutulan borclar üzrə borcunun ödənilməsi üçün vaxtın xx xxxxxx 2013-cü ilə kimi uzadıldığını təsdiq etmişdir. Eyni zamanda, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik iddia müddəti ötürülmüşdür. Göstərilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması tələbinə dair iddianın təmin edilməsini, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair birləşdirilmiş iş üzrə isə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş X3 ona qarşı olan pulun geri qaytarılması barədə iddianı qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, iddiaçı ilə 20 il qabaq tanış olmuşlar. O, “20 Yanvar” metrosu ətrafında mağazada işləyirdi. İddiaçı faizlə pul verirdi. 1990-cı illərin axırından 2000-ci illərin əvvəlinə kimi iddiaçıdan xırda məbləğdə borc pul götürüb faizi ilə qaytarmışdır. O, iddiaçı ilə 2008-ci ilə kimi şərik olmuşdur. İddiaçının göstərdikləri doğru deyil, o, iddia edilən məbləğdə borc pul götürməmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, təxminən 2008-ci ilə qədər iddiaçıdan bəzi hallarda xırda məbləğdə yəni 3.000-5.000 ABŞ dolları faizlə qaytarmaq şərti ilə borc pul götürmüş və həmin pulları da qaytarmışdır. 2008-ci ildən sonra iddiaçıdan borc pul almamışdır. Polis İdarəsində də izahat vermişdir. Müstəntiq ona izahatı təqdim etmiş və o da imza etmişdir. Hazırda verdiyi izahatı xatırlamır. İzahat ona elan olunduqdan sonra isə bildirmişdir ki, həmin izahatı təsdiq etmir, o, müstəntiqə izahat verərkən 140.000 ABŞ borclu olduğunu deməmişdir. Qərarda nə üçün elə yazıldığını izah edə bilmir. Onun iddiaçıya borcu yoxdur. İddia ərizəsinə əlavə edilmiş qəbzləri o, yazmamış və imza ona məxsus deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ona qarşı olan pulun geri qaytarılması barədə iddianı qəbul etmədiyini bildirdi o, iddiaçını 1995-ci ildən tanıyır. İddiaçı faizlə pul verirdi. O, və Elsevər əvvəllər şərik işləmişlər. X18 Mərkəzinə ayaqqabı satışı ilə məşğul olan şəxs kimi gəlirdi və eləcə də orada ticarətlə məşğul olan şəxslərə faizə pul verirdi. O, və Elsevər də iddiaçıdan xırda məbləğdə faizlə pul götürüb qaytarmışdır. Onlar borc götürərkən qəbz tərtib olunsa da, borcu qaytararkən qəbzdə qeyd olunmurdu. İddiaçının iddia ərizəsində göstərdikləri doğru deyil. Nə o, nə Elsevər 584.000 ABŞ dolları məbləğində borc almamışlar. İddiaçının göstərdikləri böhtandır. İddiaçının istinad etdiyi qəbzlər onlar tərəfindən yazılmamışdır. İddiaçı onlar kimi başqa şəxslərə qarşı da belə iddialarla məhkəmələrə müraciət etmiş və iddiası rədd edilmişdir. İddiaçı faizə pul verən şəxsdir və borc verdiyi pulun müqabilində əsassız faizlər hesablayaraq belə bir iddialarla məhkəməyə müraciət edir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Daxili İşlər Nazirliyində izahat vermişdir. Lakin hazırda verdiyi izahatı xatırlamır. İzahat ona elan olunduqdan sonra isə bildirmişdir ki, həmin izahatı təsdiq etmir, o, müstəntiqə izahat verərkən 135.000 ABŞ dolları məbləğində borclu olduğunu deməmişdir, qərarda nə üçün həmin məzmunda izahatının yazıldığını bilmir. Həmin qərardan onun xəbəri yoxdur. O, iddiaçıya 3.600 ABŞ dolları pul ödəmişdir. Əvvəllər iddiaçıdan xırda məbləğlərdə faizlə borc götürmüşdür. Bununla bağlı qalıq borcu qalmışdır. Ona görə də 3.600 ABŞ dolları ödəmişdir. 2008-ci ilə qədər iddiaçıdan xırda məbləğlərdə faizlə borc almışdır. Həmin məbləği də qaytarmışdır. O, 2011-ci il və ondan sonrakı illərdə nə o, nə də Elsevər iddiaçıdan borc almamışlar. Qəbzləri o yazmamış və imza ona məxsus deyil. Onun iddiaçıya heç bir məbləğdə borcu yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 vəkili və nümayəndəsi iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı özü etiraf etmişdir ki, qəbzlərdə göstərilən müddətlərdə Cavabdeh2 və Cavabdeh1 pul verməmiş, həmin qəbzlər görünüş üçün bağlanmışdır. Belə ki, İddiaçı bildirmişdir ki, verilmiş pullar cəmləşdirilmiş və sonradan həmin qəbzlərdə cəmləşdirmişlər. Eyni zamanda, həmin qəbzlər aldatma yolu ilə bağlanmışdır. Həmin qəbzlərdəki yazılar Cavabdeh2 və Cavabdeh1 məxsus deyil, bu səbəbdən də həmin yazıların onlara məxsus olub-olmadığı müəyyən edilməlidir. Həmçinin, İddiaçı iddia qaldırarkən qanunvericilikdə müəyyən edilmiş 3 illik iddia müddətini də ötürmüşdür. İddiaçı sübut kimi təqdim etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxxxx 2014-cü il tarixli qərardan da hazırda məhkəməyə şikayət verilmişdir. Göstərilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsini, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddialarının isə təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması tələbinə dair iddia qismən təmin edilməli, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası isə təmin edilməməlidir. Belə ki, işmateriallarındaolan: xx xxxxxx 2011-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 17.500 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxxxxx 2011-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 30.000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2011-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxxxxx 2011-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 30.000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2011-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxxxx 2011-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 10.000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2011-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxxxx 2011-ci il tarixli iltizamdan görünür ki, X13 tanışı İddiaçı 20.000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X4 tərəfindən imzalanmış, habelə evin ******* nömrəli çıxarışı onun tərəfindən girov qoyulmuşdur. xx xxxxxx 2012-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 8.500 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxxxx 2012-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 10.000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxxxx 2012-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 15.000 ABŞ dolları məbləğində pulu xx xxxx 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxxxx 2012-ci il tarixli iltizamdan görünür ki, X13 tanışı İddiaçı 20.000 ABŞ dolları məbləğində pulu xx xxxx 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X4 tərəfindən imzalanmış, habelə qardaşı X11 evinin çıxarışı onun tərəfindən girov qoyulmuşdur. xx xxxxxxxx 2012-ci il tarixli iltizamdan görünür ki, X13 tanışı İddiaçı 20.000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2012-ci il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X4 tərəfindən imzalanmışdır. Girov - “Sədərək” də yerləşən 5929 nömrəli ekzotika mağazası. xx xxxxxx 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 28.000 ABŞ dolları məbləğində pulu xx xxxx 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxx 2013-cü il tarixli iltizamdan görünür ki, X13 tanışı İddiaçı 75.000 ABŞ dolları məbləğində pulu xx xxxxxxxx 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X4 tərəfindən imzalanmışdır. xx xxxx 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 75.000 ABŞ dolları məbləğində pulu xx xxxxxxxx 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxx 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 30.000 ABŞ dolları məbləğində pulu xx xxxxxx 2013-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxx 2013-cü il tarixli iltizamdan görünür ki, X13 tanışı İddiaçı 65.000 ABŞ dolları məbləğində pulu xx xxxx 2014-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. X4 tərəfindən imzalanmışdır. xx xxxx 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 60.000 ABŞ dolları məbləğində pulu xx xxxx 2014-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. xx xxxx 2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh1 tanışı İddiaçı 70.000 ABŞ dolları məbləğində pulu xx xxxx 2014-cü il tarixə qədər qaytarmaq şərti ilə borc almışdır. İltizam Cavabdeh1 tərəfindən imzalanmışdır. Baş İstintaq və X14 cinayətlərin istintaq şöbəsi tərəfindən xx xxxxxxxx 2014-cü il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə ünvanladığı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh1 izahat verərək bildirmişdir ki, fərdi olaraq Bakı şəhərində yerləşən “Binə” ticarət mərkəzində qadın geyimlərinin ticarəti ilə məşğul olur. 20 il əvvəl Bakı şəhərində yerləşən “Razin” ticarət mərkəzində ticarətlə məşğul olarkən, İddiaçı ilə tanış olmuşdur. Bir müddət o, Bakı şəhəri 20 yanvar metrosunun stansiyasında yerləşən ticarət mərkəzində ticarətlə məşğul olarkən, Rafiq ona dəyəri külli miqdarda olan mallar vermiş, o da həmin malları satıb sonuncunun pullarını vaxtında vermişdir. Ticarətini genişləndirmək üçün Rafiqdən 4-9 faizlərə müxtəlif məbləğlərdə pullar götürmüş və götürdüyü pulları qaytararkən üzərində faizlərini də vaxtında qaytarmışdır. Həmin müddətdə Abşeron rayonu Fatmai qəsəbəsində yerləşən Badam bağlarında ucuz qiymətə 60 sot torpaq sahəsi satıldığını eşitdikdən sonra, onu alıb hissələrə bölərək satıb daha çox qazanc əldə edəcəyini düşünmüş, lakin həmin torpaq sahəsini almaq üçün kifayət qədər vəsaiti olmadığından 2011-ci ilin sentyabr ayının axırlarında tanışı Rafiqə müraciət edib, ondan faizə 100.000 manat istəmiş, sonuncu da ona ilk olaraq 6 faizlə cəmi 30.000 ABŞ dolları verib bu barədə qəbz yazdırmışdır. Sonradan almaq istədiyi torpaq sahəsini ala bilmədiyi üçün Rafiqdən götürdüyü 30.000 ABŞ dollarını məşğul olduğu ticarətə sərf etmiş, lakin sonradan pulu qaytara bilməmişdir. Qeyd etmişdir ki, Rəfiqdən ticarət işləri üçün ümumilikdə 140.000 ABŞ dollar almış və həmin məbləğdə pulu ona borcludur. Hazırda ticarət işləri qaydasında olmadığına görə qazanc əldə edə bilmir və bunun üçün də, İddiaçı pulunu qaytarmamışdır. Həmçinin qeyd etmişdir ki, qəbzlərdə yazılan məbləğlər İddiaçı faizlə birlikdə göstərilən məbləğlərdir, ona görə də, ondan aldığı 140.000 ABŞ dollarından artıq göstərilir. Həmçinin qeyd olunan qərarda araşdırma zamanı Cavabdeh2 izahatında bildirmişdir ki, İddiaçı 1998-ci ildən tanıyır. Rafiq faizlə pul verdiyi üçün onu tanıdığı vaxtlardan özünün və tanışı Elsevərin ticarətinin genişləndirilməsi üçün müxtəlif vaxtlarda faizə pullar götürmüş və götürdüyü pulları faizi ilə birlikdə vaxtında qaytarmışdır. 2005-2008-ci illərdə ticarətlə bağlı maddi vəsait lazım olduğu üçün həmişəki kimi Rafiqə müraciət ertmiş və sonuncu ona 9 faizlə 25.000 ABŞ dollar vermişdir. Ticarətdə etdiyi ziyanla bağlı Rafiqin dediyi vaxt ərzində pulları qaytara bilmədiyi üçün, sonuncu ondan alınan pulların faizlərinin üstünə yeni faizlər gələrək, ümumilikdə götürülən məbləği 70.000 ABŞ dollarına çatdırmışdır. Həmin ərəfədə o, Rafiqdən götürdüyü 25.000 ABŞ dollar düzəldərək qaytarmaq üçün Rafiqin yanına gəldikdə sonuncu həmin pulu qəbul etməyərək üzərində faizlərini də, istəmişdir. Bundan sonra o, bir il müddətində Rafiqdən götürdüyü pulun faizlərini bir il müddətində ödəmiş, lakin sonradan faizləri ödəməyə imkanı çatmadığı üçün, sonuncu yenə də faizləri şişirdərək, pulun ümumi məbləğini 100.000 ABŞ dollarına çatdırmışdır. 2011-ci ilin yay aylarının axırlarında isə Rafiq həmin faizləri 120.000 ABŞ dollarına çatdırdıqda o, götürdüyü pulun faizlərini dostu Elsevərlə birlikdə ona qaytarmış və ticarətini genişləndirmək üçün ondan həmin ilin oktyabr ayının əvvəllərində 6 faizə 30.000 ABŞ dollar götürmüşdür. Təxminən 2-3 aydan sonra 15.000 ABŞ dolları, 2012-ci ilin fevral ayında 20.000 ABŞ dolları götürmüşdür. Götürdüyü pulların faizlərini mütəmadi olaraq vermiş, lakin bir müddət işlərində ziyan etdiyi üçün pulu qaytara bilməmiş və Rafiq yenə də verdiyi pulların üzərinə faizləri gəlməyə başlamışdır. Rafiqdən götürdüyü pulların faizlərin qaytara bilməyəcəyini görüb ondan götürdüyü pulun əsas məbləğini qaytarmaq üçün sonuncuya xahiş etmiş, Rafiq isə buna razı olmayaraq pulları faizləri ilə birlikdə istəmişdir. Həmçinin bildirmişdir ki, Rafiqdən götürdüyü pulun ümumi məbləği cəmi 135.000 ABŞ dollar təşkil etsə də, həmin pulun faizlərini artıqlaması ilə sonuncuya ödəmiş, lakin əsas məbləği ödəyə bilməmişdir. O və tanışı Elsevər Rafiqdən müxtəlif vaxtlarda fərqli məbləğlərdə pullar götürdükdə sonuncu onlara pulları almaları və üzərində hansı məbləğdə pullar qaytarmaları bardə qəbzlər yazdırmışdır. Sonradan isə Rafiq onların iş yerinə gələrək, səs küylə verdiyi pulları və üzərində qazancını tələb etdiyi üçün o, və Elsevər iş yoldaşlarının yanında pis vəziyyətdə qalmamaları üçün Rafiqin bu cür təkidi ilə qəbzlər yazmışlar. Bundan başqa qeyd etmişdir ki, Rafiq onunla və tanışı Elsevərlə pulların qaytarılması ilə bağlı danışıqlara getmir, lakin telefon və müxtəlif vasitələrlə ondan və Elsevərdən 584.000 ABŞ dollar tələb edir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən xx xxxxx 2016-cı il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, vətəndaşlar Cavabdeh2 və Cavabdeh1 müraciətləri əsasında araşdırılma aparılmış və araşdırma zamanı Cavabdeh2 və Cavabdeh1 göstərdikləri xüsusatlar, eləcə də İddiaçı və ya digər şəxslərin onları öldürməklə hədələməsi faktı heç bir mötəbər və ya yanakı sübutlarla öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı X3 izahat verərək bildirmişdir ki, X12 onun bacısının qayınıdır və münasibətləri yaxşı olduğundan uzun müddətdir ki, onunla birgə ticarətlə məşğul olur. İddiaçı ilə uzun illərdir ki, tanışdır və əvvəllər aralarında iş birliyi olmuşdur. Məhz bu yollada sonradan İddiaçı ilə aralarında olan olan görüşlərdə Rafiq onların ticarətlə məşğul olduqlarını və onlara təcili pul lazım olduğunu bildiyindən onlara aylıq 10% olmaqla faizə pul təklif etmişdir. Bundan sonra isə Rafiq 2008-ci ilə qədər onlara aylıq 10% olmaqla 15.000 ABŞ dolları vermişdir. Onlar 2008-ci ilin mart ayında Rafiqə bildirmişdirlər ki, pulu faizi ilə ona qaytarmaq istəyirlər. Bununla bağlı, Rafiq onları birlikdə öz evinə çağırıb bildirmişdir ki, ona olan borclarının məbləği şişərək 86.800 ABŞ dolları olub və məhz həmin miqdarda pulu ona ödəməlidirlər. Bununla bağlı onlar etirazlarını bildirdikdə, Rafiq hədə-qorxu gəlib əks halda onlardan 500.000 ABŞ dollar tələb edəcəyini bildirmişdir. Bundan sonra onlar ümumilikdə aylıq faizlərlə birgə 70.000 ABŞ dolları ödəyə biləcəklərini bildirsələrdə Rafiq yenədə razılaşmayıb başqa-başqa adamların adlarını çəkməklə hədə-qorxu gəlməyə başlamışdır. Bununla da, İddiaçı onlara hədə-qoxu gəlməklə özü ilə gətirdiyi şəxslərə göstəriş verərək onların qarşısına qələm və ağ kağız qoyaraq pul almaları ilə bağlı qəbz yazmağa məcbur etmişdir. Bu səbəbdən də, onlar məcbur olub, həmin şəxslərin diktə etdiyi kimi onlara qəbz yazmışlar. Bundan sonra mütəmadi olaraq Rafiq və sonradan tanıdıqları İslam ləqəbli İsmayıl və Arif ləqəbli həmin İsmayılın qardaşı Anar adlı şəxslər tərəfindən onlara zənglər olunmaqla, işlədikləri maqazinlərə və evlərinə gəlməklə onları hədə və təhdid edərək Rafiqə məcburiyyət qarşısında verdikləri qəbzlərdə yazılan pulları aylıq faizləri ilə birlikdə ödəməklərini tələb etmişlər. Buna görə də, onlar qorxularından məcbur olub Rafiqin evinə gələrək yenidən təhdid altında növbəti qəbzləri yazmışlar. Bu yolla da, 2011-ci ildən başlayaraq onunla Elbrus Şirinzadəyə pul, əmlak, torpaq və avtomobilləri satdıraraq İddiaçı onlardan ümumilikdə 232.700 ABŞ dolları külli miqdarda pullar almışdır. Lakin bütün bunlara baxmayaraq İddiaçı onlardan əl çəkməmiş və yenidən onların üstünə gələrək 584.000 ABŞ dolları miqdarda pul ödəməklərini tələb etmişdir. Həmin pulları ödəməyəcəkləri halda isə onların özünü öldürəcəkləri və uşaqlarını oğurlatdıracağı ilə hədələmişdir. Bundan sonra, İddiaçı 2016-cı ilin əvvəlində iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək ondan və Elbrus Şirinzadədən əsassız olaraq 584.000 ABŞ dolları miqdarda pul tələb etməyə başlamışdır. O isə, Cavabdeh2 ilə birlikdə həmin iddia ilə razı olmadıqları üçün şikayət ərizələri ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək mülki işin baxışının ləğv olunmasını və məhkəmə baxışının dayandırılmasını tələb etmişlər. Həmçinin, qərarda qeyd olunmuşdur ki, Cavabdeh2 X5 ilə eyni məzmunda izahat vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli, 634 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qəbzlərdəki imzalar Cavabdeh2 və X3 tərəfindən icra olunmuşdur. Ekspert həmçinin qeyd etmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh2 və X2 hər birinin 05-08 vərəqədə kiril qrafikası ilə icra olunmuş eksperimental xətt nümunələrinin təqdim edilməsi barədə vəsatət verilmiş, xx xxxxxx 2019-cu il tarixində hər birinin iki vərəqədə çap hərfi şəklində icra olunmuş xətt nümunələri təqdim olunmuşdur. Kiril qrafikası ilə adi yazı qaydasına uyğun xətt nümunələri təqdim olunmadığından tədqiq olunan qəbzlərdəki yazılar üzrə tədqiqat işi aparılmamışdır. Aparılmış tədqiqatın dəyəri 240 manat təşkil edir. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması, maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, tərəflər arasında borc münasibətləri olmuş, Cavabdeh1 müxtəlif tarixlərdə qaytarmaq şərti ilə iddiaçıdan cəmi 384.000 ABŞ dolları məbləğində borc pul almış, bununla bağlı cavabdeh iddiaçıya iltizamlar vermiş, lakin aldığı borc məbləğini bu günədək iddiaçıya qaytarmamışdır. Digər Cavabdeh2 da müxtəlif tarixlərdə qaytarmaq şərti ilə iddiaçıdan cəmi 200.000 ABŞ dolları məbləğində borc pul almış, bununla bağlı cavabdeh iddiaçıya iltizamlar vermiş, həmin məbləğdən 3.600 ABŞ dolları həmin vaxt mövcud olan məzənnə nəzərə alınmaqla manatla iddiaçıya qaytarılmış, lakin qalan borc məbləğini bu günədək iddiaçıya qaytarmamışdır. Cavabdehlərin vəsatəti əsasında keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının rəyinə əsasən həmin iltizamlarda olan imzaların onlara məxsus olduğu müəyyən edilmiş, lakin cavabdehlərin iki vərəqədə çap hərfi şəklində icra olunmuş xətt nümunələri təqdim olunduğundan və kiril qrafikası ilə adi yazı qaydasına uyğun xətt nümunələri təqdim olunmadığından tədqiq olunan qəbzlərdəki yazılar üzrə tədqiqat işi aparılmamışdır. Bundan əlavə, Cavabdeh1 2014-cü ildə DİN-in Baş İstintaq və X14 cinayətlərin istintaq şöbəsində verdiyi izahatında iddiaçıdan ümumilikdə 140.000 ABŞ dolları aldığını, digər Cavabdeh2 isə 135.000 ABŞ dollar aldığını bildirmişlər. Həmçinin, cavabdehlər iltizamların onlar tərəfindən yazılmadığını bildirsələr də, 2016-cı ildə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində verdiyi izahatlarında həmin iltizamları iddiaçının təhdidi altında yazdıqlarını bildirmiş, lakin aparılmış araşdırma zamanı bu xüsusat öz təsdiqini tapmamışdır. Göründüyü kimi, cavabdehlər üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borclarını iltizamda nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da razılığın şərtlərini pozmuşlar. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borclarını iddiaçıya ödəməlidirlər. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, iddiaçı ona maddi ziyanın vurulması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X17 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Yuxarıda qeyd olunan qərarın 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumunun həmin Qərarının 8-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfdən mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə cavabdehlərin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş iddia müddətinin tədbiqi ilə bağlı ərizəyə münasibətdə qeyd edir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir; 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən ididaçıya olan borcundan xx xxxxxx 2014-cü il tarixdə 3.600 ABŞ dolları məbləğində ödəniş edildiyindən, yəni borcu etiraf etməsini göstərən hərəkətlər etdiyindən, iddia müddəti həmin tarixdən başlamışdır. Digər Cavabdeh1 tərəfindən imzalanmış iltizamlarda isə 75.000 ABŞ dolları məbləğində borcun xx xxxxxxxx 2013-cü il tarixdə qaytarılacağı, 60.000 ABŞ dolları məbləğində borcun xx xxxx 2014-cü il tarixdə qaytarılacağı, 70.000 ABŞ dolları məbləğində borcun xx xxxx 2014cü il tarixdə qaytarılacağı, 30.000 ABŞ dolları məbləğində borcun xx xxxxxx 2013-cü il tarixdə qaytarılacağı, 28.000 ABŞ dolları məbləğində borcun xx xxxx 2013-cü il tarixdə qaytarılacağı göstərilmişdir. 2011-2012-ci illlərdə qaytarılmalı olduğu borclarla bağlı isə “müqavilə” adlı sənədi imzalamaqla iddiaçıya olan borcunun ödənilməsi üçün xx xxxxxx 2013-cü il tarixədək ona vaxt verildiyini bildirmişdir. İddiaçı hazırki iddiasını xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmiş, ərizə xx xxxxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulan üç illik iddia müddəti ötürülməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş iddia müddətinin tədbiqi ilə bağlı ərizə təmin edilə bilməz. Məhkəmə, birləşdirilmiş iş üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbi bağlı isə aşağıdakıları normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən aldadıldıqlarını, habelə məburetmə nəticəsində qəbzləri imzaladıqlarını iddia etsələr də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Bundan əlavə, mübahisələndirilən qəbzlərin etibarsız hesab edilməsinə dəlalət edən hallar olsaydı belə, iddiaçılar tərəfindən həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddət də ötürülmüşdür. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh2 196.400 ABŞ dolları məbləğində borc, Cavabdeh1 isə 384.000 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatı İddiaçı aid edilməli, 26 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı qəbzlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, bu iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 240 manatın 8 manatı İddiaçı, 232 manatı isə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul məbləğinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh2 196.400 (bir yüz doxsan altı min dörd yüz) ABŞ dolları məbləğində borc, Cavabdeh1 isə 384.000 (üç yüz səksən dörd min) ABŞ dolları məbləğində borc Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Bu iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 4 (dörd) manatı İddiaçı aid edilsin, 26 (iyirmi altı) manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Bu iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçılar Cavabdeh2 və Cavabdeh1 aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 240 (iki yüz qırx) manatın 8 (səkkiz) manatı İddiaçı, 232 (iki yüz otuz iki) manatı isə Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-9/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-9/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver