Məhkəmə qərarları › İş №2(001)-90/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-90/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-90/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh1 iştirakları ilə, İddiaçı «xxxx» İKB ASC-nin (indiki “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» İKB ASC (indiki “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, tələb olunan borc məbləğinin ödənilməsi barədə cavabdehlə məhkəmədən kənar razılıq əldə edilməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 həqiqətən də borcun ödənilməsi barədə cavabdehlə məhkəmədən kənar razılıq əldə etdiklərini təsdiq etmiş, habelə iddiaçının iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirməklə işə mahiyyəti üzrə baxılmasına təkid etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, həmçinin digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 fikrini dinləyib, iddiaçının ərizəsini araşdırıb hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qayadada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, xx xxxxxx 2019-cu il tarixli və xx xxxx 2020-ci il tarixli məhkəmə ekspertizasının rəylərinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişlərə əsasən aparılmış tədqiqatların cəmi dəyəri 350 manat, “X1” Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən əmlakın qiymətləndirilməsi barədə aparılmış tədqiqatın dəyəri isə 300 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı «xxxx» İKB ASC-nin (indiki “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 350 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qayadada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməli, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qayadada tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxx» İKB ASC-nin (indiki “xxxx” ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 350 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ). İş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 manat məbləğində vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qayadada tutularaq “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin (“Unibank” KB-nin 11 saylı Dərnəgül filialı, Kod 502058, VÖEN **********, SWİFT kod UBAZAZ22, H/h AZ46NABZ********************, “X1” MMC, müştərinin hesabı AZ65UBAZ**********0060AZN001). Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar