Məhkəmə qərarları › İş №2(001)-909/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-909/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-909/2021 16.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13559.90 manat əsas borcun, 665.56 manat faiz borcu olmaqla, ümumilikdə 14225.46 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat pulun “xxxx” ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 04.03.2019-cu il tarixli BPM**********29 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 24 faiz dərəcəsi olmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 06.10.2020-ci il tarixli kredit müqaviləsi üzrə 13559.90 manat əsas borcu, 665.56 manat faiz borcu olmaqla, ümumilikdə 14225.46 manat pul məbləğində kredit borcu qalmışdır. Buna görə də iddiaçı məhkəməyə kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. 01.12.2020-ci il tarixdə iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh 13559.90 manat əsas borcun, 1153,72 manat faiz borcu olmaqla, ümumilikdə 14713,62 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 02.03.2021-ci il tarixli iclasında məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edən iddiaçının nümayəndəsi, Cavabdeh 13559.90 manat əsas borcun, 1913,07 manat faiz borcu olmaqla, ümumilikdə 15472,97 manat pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 30.40 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi R.Ramazanova iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabden Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış BPM**********29 nömrəli, 04.03.2019cu il tarixli müqaviləyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 60 ay müddətinə, illik 24% olmaqla, 15000 (on beş min) məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti 04.04.2019cu il tarixdən 04.03.2024-cü il tarixədək hər ay 431.60 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 24.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “xxxx” ASC-yə 04.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13559.90 manat əsas, 1913,07 manat faiz borcu olmaqla, ümumilikdə 15472,97 manat borcu vardır. - iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin 27.01.2021-ci il tarixli, 9/6065 nömrəli ekspert rəyindən görünür ki, 04.03.2019-cu il tarixli BPM**********29 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 01.12.2020-ci il tarixə Cavabdeh “xxxx” ASC-yə əsas borcu 13588,06 manat əsas, faiz borcu 1141,38 manat təşkil edir. İddiaçı " xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 427.3, 442, 443.1, 448, 462.1 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi cavabdehə münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 04.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə 13559,90 manat əsas borc, 1913,07 manat faiz borcu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini cavabdehə münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, cavabdeh 04.03.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 13559,90 manat əsas borc, 1913,07 manat faiz borcu cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 13559,90 manat əsas borc, 1913,07 manat faiz borcu olmaqla, cəmi 15472,97 manat (on beş min dörd yüz yetmiş iki manat doxsan yeddi qəpik) məbləğində pul vəsaiti və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat ekspertiza xərci müştərək qaydada olmaqla, “xxxx” ASC-dən 50 manat (əlli manat), Cavabdeh 50 manat (əlli manat) tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar