Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-924/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19 faizlə 36 ay müddətinə 20000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26 noyabr 2021-dək Cavabdehmın banka 18 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 13489,82 manat əsas borc, 973,47 manat faiz, borcu və 65,61 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14528,90 manat borcu vardır. Cavabdeh 18 noyabr 2019 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 65.61 manat təşkil etməsinə baxmayanıq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25% miqdarında olmaqla, yəni 16,40 manat məbləğində tələb olunur. Xəbərdatlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh 11.01.2022-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və məhkəməyə bildirmişdir ki, iddia ərizəsini qismən - əsas borc hissəsində qəbul edir, borcu ödəməkdən heç vaxt boyun qarçırmayıb, lakin işdən çıxdığından sonra ödəmələrində müəyyən gecikmələr baş vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18.11.2019-cu il tarixli, 23-Y-2-0-2006-19 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 19% olmaqla, 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.03.2021-ci il tarixli Kredit müqaviləsinə əlavə sazişdən görünür ki, kreditin müddəti 10.03.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 26.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu 13489,82 manat əsas borc, 973,47 manat faiz borcu, 65,61 manat cərimə borcu olmaqla, 14528,90 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tələb olunan cərimə borcunu azaldmış, Cavabdeh 13489,82 manat əsas borc, 973,47 manat faiz borcu və 16,40 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 14479,69 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddia ərizəsindən görünür ki, iddiaçı ilkin olaraq məhkəmədən tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini də xahiş etmiş, lakin 24.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin həcminin həmin hissədə azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müki Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 13489,82 manat əsas borc, 973,47 manat faiz borcu və 16,40 manat cərimə borcu olmaqla, cəmi 14479,69 manat məbləğində borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 13489,82 manat əsas borc, 973,47 manat faiz borcu və 16,40 manat cərimə borcu olmaqla, cəmi 14479,69 (on dörd min dörd yüz yetmiş doqquz manat altmış doqquz qəpik) manat məbləğində borc və 133,44 (yüz otuz üç manat qırx dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-924/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-924/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver