Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-937/2024 29.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2277,40 manat məbləğində pul vəsaitinin tutularaq dövlət nəfinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.2.2-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə həmin idarənin icra məmuru tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuş və həmin tarixdə müvafiq protokol tərtib edilərək məhkum Cavabdeh “ATTENTİ” markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun kabrosu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilmişdir. Həmçinin nəzarət vasitəsindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh idarəyə yaxınlaşaraq ona tədbiq olunmuş nəzarət vasitəsinə aid mobil qurğunu xx.xx.2023-cü il tarixdə itirdiyini bildirmiş, nəticədə ona yeni elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cavabdeh tərəfindən itirilmiş qurğunun dəyəri 2277,40 manat təşkil edir. Göstərilənlərə əsasən, iddaçı cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə iddia tələbini qəbul etdiyini, elektron nəzarət vasitəsinin itirdiyini etiraf etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-383/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 2 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlığdan məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə Bakı şəhərinin, Abşeron rayonun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:30dan səhər saat 06-00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilmişdir. - xx.xx.2023-cü il tarixli azadlığın məhdudlaşdırılmasına məhkum edilmiş şəxslə söhbət aparılması barədə protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 383/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 6 ay müddətinə azadlığdan məhdudlaşdırılması cəzası təyin edilmiş Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə 11:00-da İddiaçındə söhbət aparılmışdır. Söhbət zamanı məhkum Cavabdeh məhkəmə hökmünün (qərarının) icrası ilə bağlı hüquqları, qanunla və məhkəmənin hömü (qərarı) ilə onların üzərinə qoyulmuş vəzifələri izah edilmiş və yol verə biləcək pozuntulara görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər nəzərinə çatdırılmışdır. - xx.xx.2023-cü il tarixdə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə tətbiq olunmuş elektron nəzarət vasitəsinə baxış keçirilməsi və dəyişdirilməsi barədə protokoldan görünür ki, Cavabdeh tətbiq edilən elektron nəzarət vasitəsinə baxış keçirilərkən mobil qurğunun onun üzərində olmadığı müəyyən olunmuş və məhkum xx.xx.2023-cü il tarixdə mobil qurğunu itirdiyini bildirmiş, bu səbəbdən ona yeni elektron nəzarət vasitəsi tətbiq edilmişdir. - Cavabdeh tərəfindən İddiaçınə ünvanlanmış izahatdan görünür ki, o elektron nəzarət vasitəsini xx.xx.2023-cü il tarixdə itirdiyini etiraf etmiş, lakin harada itirdiyini bilmədiyini və itməsi barədə İddiaçınə məlumat verilməsi barədə məlumatı olmadığı bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydalarının” 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh elektron nəzarət vasitəsinin itirilməsi nəticəsində 2277,40 manat məbləğində vurulmuş zərərin əvəzi tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-937/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-937/2024
29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver