Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-944/2021 09.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC-nin 12 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 753/F12 nömrəli 08.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 30 % ödəmək 12 ay müddətinə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh3 və Cavabdeh1 arasında 08.10.2009cu il tarixli 288 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsinin şərtləri pozmuş, üzərilərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdehlər borcun qaytarılmasından yayınmışdır. Cavabdeh tərəfindən 07.06.2018-ci il tarixdə 49 manat ödəniş edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 753/F12 nömrəli 08.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 21.10.2019-cu il tarixə Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC qarşısında əsas borc üzrə 2133,11 manat, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 1093,20 manat faiz borcu olmaqla cəmi 3226,31 manat borc yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Ona görə də Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 753/F12 nömrəli 08.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2133,11 manat, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 1093,20 manat faiz borcu olmaqla cəmi 3226,31 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəməyə ünvanladığı ərizəsindən müəyyən olunur ki, o, İddiaçı ASCnin 12 saylı filialı ilə Cavabdeh2 arasında bağlanmış 75/F12 nömrəli 08.10.2009-cu il tarixli 288 nömrəli zaminlikdə şəxsən iştirak etməmiş və heç bir sənədə imza atmamışdır. Onun kredit götürən Cavabdeh2 ilə yaxından və uzaqdan heç bir tanışlığı yoxdur. O, Naxçıvan şəhərində yaşadığından məhkəməyə gəlmək imkanı olmadığı üçün onun iştirakı olmadan işə baxılıb iddia tələblərinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 08.10.2009-cu il tarixli 753/F12 saylı təminatsız kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 12 ay müddətinə, yəni 08.10.2010-cu il tarixinədək qaytarmaq, illik 30% ödəmək şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür. 08.10.2009-cu il tarixli 753/F12 saylı saylı kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh2 08.11.2009-cu il tarixdən 08.10.2010-cu il tarixədək olan dövr ərzində əsas borca görə 3000 manat, faiz borcuna görə 509,52 manat olmaqla cəmi 3509,52 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC, zaminlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış 08.10.2009-cu il tarixli 288 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 borcalan Cavabdeh2 753/F12 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermişlər. Zaminlik müqaviləsinin 7-ci bəndinə əsasən bu müqavilə kredit müqaviləsi imzalandığı an qüvvəyə minir və bu müqavilənin 7.1-ci bəndinə və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir. Ləğv prosesində olan İddiaçı ASC-nin 02.10.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 08.10.2009-cu il tarixli kredit müqaviləsi üzrə 29.09.2020-ci il tarixinə Cavabdeh2 əsas borca görə 2133,11 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinə görə 1093,20 manat olmaqla cəmi 3226,31 manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin borcalan Cavabdeh2, zaminlər Cavabdeh3 və Cavabdeh1 ünvanladığı 07.10.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana və zaminlərə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Təcili və X1 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, Cavabdeh2 adına daxil olan çağırışa həkim 12.08.2018-ci il tarixdə saat 14:30-da gələrkən həkimə qədər ölmüş kişi cinsli meyit aşkar olunmuşdur. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 09.03.2021-ci il tarixli 33 saylı arayışından müəyyən olunur ki, Cavabdeh2 12.08.2018-ci il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 08.10.2009-cu il tarixli 753/F12 saylı kredit müqaviləsinə əsasən bank borcalana 08.10.2010-cu il tarixədək qaytarmaq, illik 30% ödəmək şərti ilə 3000 manat məbləğində təminatsız kredit vermişdir. Məhkəmə araşadırması zamanı daha sonra müəyyən olunmuşdur ki, borcalan Cavabdeh2 12.08.2018-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(001)-944/2021 saylı qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 753/F12 nömrəli 08.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2133,11 manat, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 1093,20 manat faiz borcu olmaqla cəmi 3226,31 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulmasına dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Məhkəmə iddiaçının zaminlərə qarşı olan tələbləri ilə bağlı qeyd edir ki, borcverən zaminə qarşı hazırkı tələbi ilə 22.10.2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən bu tələblər təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən qanunla müəyyən olunan müddət ərzində zaminlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia irəli sürmədiyi üçün zaminliyə xitam verildiyindən iddiaçının zaminlərə qarşı iddia tələbləri əsassızdır, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının tələbləri təmin edilmədiyi üçün dövlət rüsumu iddaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı 753/F12 nömrəli 08.10.2009-cu il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 2133,11 manat, kredit üzrə müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanan 1093,20 manat faiz borcu olmaqla cəmi 3226,31 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-944/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-944/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver