Məhkəmə qərarları › İş №2(001)-953/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-953/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-953/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 qeyd etməklə Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdr. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh yaxından tanıyı və aralarında çox yaxın və səmimi dost münasibətləri vardır. Cavabdeh ailəli olsa da iddiaçıya məlum idi ki, son vaxtlar onun ailəsində müəyyən problemlər var və özünün də müəyyən maddi sıxıntıları yaranmışdır. İddiaçı bilirdi ki, Cavabdeh ümumi dostları olan Nəsimi Bayramovdan 2019-cu ilin dekabr ayının əvvəlində 10000 manat və dekabr ayının sonlarında isə 17650 ABŞ dolları borc almışdır. 2020-ci ilin yanvar ayında Tural yoldaşı Xəyalə ilə rəsmi qaydada boşanmış, lakin buna baxmayaraq Tural yenə də onunla barışmaq istəyirdi və iddiaçı onun xahişi ilə bir neçə dəfə Xəyalə xanımla, eləcə də onun anası Nigar Bayramova ilə görüşərək bu barədə söhbətlər etmişdir. 2020-ci ilin mart ayının axırlarında, təxminən 25-26 tarixlərində Tural iddiaçıya dedi ki, o, Xəyalə ilə danışaraq başqa şəxslərə olan borcunu qaytarmaq üçün ondan 70000 manat borc pul istəmiş, Xəyalə isə bu barədə anası ilə danışıqdan sonra anası iddiaçının zamin durduğu halda ona pul verəcəyinə söz vermişdir. İddiaçını bu məsələni dəqiqləşdirmək məqsədi ilə cavabdeh Nigar Bayramova ilə danışarkən Nigar xanım iddiaçıya bildirdi ki, Turala lazım olan məbləğdə pulu borc olaraq verə bilər, təki Tural ilə qızı Xəyalə yenidən bir yerdə olsunlar, həmçinin o şərtlə verər ki, iddiaçı ilə Nigar Bayramovanın arasında borc müqaviləsi bağlansın, çünki Turala etibarı yoxdur və iddiaçı ilə müqavilə bağlasa inanır ki, onu borcu qaytarmağa razı sala biləcək. İddiaçının Turala yazığı gəldiyi və onun ailəsinin bərpa olunması üçün məcburiyyət qarşısında qalıb razılıq verdi. Bununla əlaqədar olaraq, xx xxxx 2020-ci il tarixdə iddiaçı, Cavabdeh, Nigar Bayramova və Xəyalə ilə birlikdə Əhmədli qəsəbəsində yerləşən "Kapitalbank"ın filialına getdilər, orada Nigar Bayramova iddiaçının kart hesabına 64000 manat pulu keçirtmişdir. İddiaçı həmin 64.000 manatı dərhal, cavabdeh, üçüncü şəxs və Xəyalənin yanında və iştirakı ilə çıxardıb Turala vermişdir. Həmin bankda pulun bir hissəsini 11.700 ABŞ dollarına iddiaçının adına dəyişdirib onu də Turala vermişdir. Bankdan çıxarkən Tural borclu olduğu Nəsimi Bayramova zəng etdi və onu bankın qabağına dəvət etdi. Nəsmi Bayramov ora gəldikdən sonra Tural iddiaçının, Nigar Bayramovanın və onun qızı Xəyalənin yanında Nəsimiyə borclu olduğu pulun 10000 manatını qaytardı. Bundan sonra, onlar maşınla “Şamaxınkaya” tərəf getdilər və maşında olarkən Tural qalan pulu saxlamaq üçün qayınanası Nigara verdi. “Şamaxinkada” Tural bir nəfərə 10000 manat qaytardı. Daha sonra “Şamaxinka” adlanan ərazidə yerləşən notariat kontoruna getdilər və orada ilkin olaraq Nigar Bayramova ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixli 40000 manatlıq kredit müqaviləsi bağlandı. Hesaba keçirilmiş 40000 manatı çıxartdıqdan sonra həmin məbləğdən 30000 manat hesaba qoyularaq Nigar Bayramova ilə iddiaçı arasında ikinci xx.xx.2020-ci il tarixli 30000 manatlıq kredit müqaviləsi bağlandı. Notariatda olan əməliyyatlar zamanı ümumilikdə 70000 manat məbləğində borc müqaviləsi bağlansa da, Nigar tərəfindən Turala faktiki olaraq 64.000 manat pul verilmişdir. Belə ki, mart ayının 20- 21 tarixlərində Tural özü Xəyalədən 6000 manat borc pul almış və həmin pulu da borc müqaviləsinə salmaq məqsədi ilə iki dəfəyə əməliyyat aparıldı. Daha sonra onlar Nigar və Xəyaləni “Şamaxinkada” maşınlarının yanında düşürtdülər və onlar çıxıb getdilər. İddiaçı və cavabdeh isə üçüncü mikrorayon dairəsinin yaxınlığında yerləşən "Unibank"a getdi və Turalın adına 5950 ABŞ dolları aldılar. Daha sonra iddiaçıya məlum oldu ki, Tural Nəsimiyə borclu qaldığı 17650 ABŞ dolları məbləğində pulu ona qaytarmış və qalan pulları da borclu olduğu digər şəxslərə paylamışdır. Yuxarıda qeyd edilən hər iki kredit müqaviləsi 1 aylıq müddətinə, yəni xx.xx.2020-ci il tarixədək bağlanmışdır. Müqavilələrin müddəti başa çatanda Nigar Bayramova ilk olaraq Tural ilə əlaqə saxlayaraq ondan pulunu tələb etməyə başlamış və Tural hər dəfə ona müxtəlif vədlər verərək müddəti uzatmışdır. Hətta Nigar bir neçə dəfə iddiaçıya da zəng edərək xahiş etmişdir ki, bununla bağlı Turalla danışsın. İddiaçı da öz növbəsində Nigar Bayramovanın sözlərini Turala çatdırmışdır. xx xxxx 2020-ci il tarixdə Nigar Turalın atası Ərəstunla birlikdə iddiaçının evinə gələrək iddiaçı və atası ilə görüşdülər. Görüş zamanı Nigar iddiaçının atasından 70000 manat pulu tələb etmişdir. Lakin iddiaçının atası ona bildirdi ki, həmin müqavilələr yalandan bağlanmış, formal müqavilələrdirlər və pul faktiki olaraq Suracəddinə deyil, Turala verilmiş və Tural öz borclarını qaytarmışdır. Turalın atası və Nigar bunu etiraf etsələr də, pulu iddiaçıdan tələb edəcəklərini bildirdilər. Onlarla söhbət zamanı həmçinin iddiaçıya məlum oldu ki, Nigar Turala pul vermək niyyətini əvvəlcədən Turalın valideynləri bilirmiş və hətta Turalın anası Nigara zəng edərək Turala pul verməməsini tapşırmış, lakin Nigar qızının ailəsinin bərpa olunması xatirinə Turala borc pul vermişdir. İddiaçı bütün bunları Turala demiş və bildirmişdir ki, Nigarın pulu qaytarılmalıdır. Tural iddiaçıdan acizanə xahiş etdi ki, ona 70000 manat məbləğində borc pul tapmağa köməklik etsin ki, qayınanası ilə arasında olan problemləri həll eləsin və ailəsini yenidən bərpa etsin. İddiaçı Turalla yaxın dost olduğundan, onun ailəsinin bərpa olunmasına köməklik göstərmək istədiyindən atasından 70000 manat borc pul götürüb, həmin məbləği atasının və X2 iştirakı ilə xx xxxx 2020-ci ildə Turala vermiş və bu barədə Turalın öz xətti ilə tərtib edilmiş akta imza etmişlər. Həmin aktda Tural qeyd etmişdir ki: "Ondan ötəri özüm qaytarmaq istəyirəm ki, həm qayınanam mənə inansın, həm də bu söz söhbətlərə son qoyub məni bağışlasın". Tural pulu iddiaçıdan götürərkən bildirmiş ki, bir-iki günə pulu Nigara verəcək. Sonradan pulu Nigara verib-verməməsi ilə maraqlananda, Tural iddiaçıya bildirdi ki, pulu qaytarmaq məqsədi ilə Nigar ilə bir neçə dəfə görüşməyə cəhd etsə də, Nigar onunla görüşməkdən imtina etmiş, hətta Nigara yazmış olduğu sms mətninin surətini də atasının telefonuna göndərmişdir. Daha sonra iddiaçı özü Nigara zəng edərək Turala verdiyi pulun ona qaytarıb-qaytarmamasını soruşduqda məlum oldu ki, Tural ona pul qaytarmamışdır. Belə olan halda iddiaçı başa düşdü ki, Tural onu da aldadıb və bu səbəbdən də ondan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Polis İdarəsi İstintaq şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X8 tərəfindən müvafiq araşdırılma aparılsa da, Turalın və iş üzrə digər şəxslərin izahat və ifadələri alınsa da, qəbzin Tural tərəfindən yazılmasını təsdiq edən məhkəmə xətşünaslıq ekspertizasının rəyi alınsa da, müstəntiqin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının şikayət ərizəsinddə göstərilənlər mülki hüquq münasibətlərinə aid edildiyindən, cinayət işinin başlanılmasından imtina etmişdir. Bundan sonra, Nigarın oğlu Rəşad, Turalın atası Ərəstun iddiaçının atasına təzyiq göstərdiklərindən, eləcə də iddiaçını tutduracaqları ilə hədələdiklərindən, bundan əlavə formal da olsa iddiaçı ilə Nigar Bayramova arasında borc müqaviləsi olduğundan və Nigar Bayramova tətərfindən notariusun icra qeydi ilə icra icraatı başladıldığından məcbur qalıb 70000 manat pulu Nigar Bayramovaya xx.xx.2020-ci il tarixdə ödəmiş və sonuncu ilə iddiaçı arasında bağlanılmış xx xxxx 2020-ci il tarixli 30000 manat borc və 40000 manat borc barədə iki kredit müqaviləsi xx xxxxxxx 2020-ci il tarixdə notarial qaydada ləğv edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh iddiaçı tərəfindən iki dəfə cəmi 140000 manat pul verilmişdir. Ona görə də, həmin məbləğ Cavabdeh məhkəmə qaydasında alınıb iddiaçıya qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X3 xx.xx.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında aşağıdakılar göstərilmişdir: “ ... Material üzrə izahat vermiş Cavabdeh izahatında göstərmişdir ki, 2018-ci ilin 15 dekabr tarixində X6 ilə ailə həyatı qurmuş və 2020-ci ilin yanvar ayında boşanmış, belə ki, xasiyyətləri uyğun gəlməmişdir. O, hələ ailəli olduğu müddətdə onun bir sıra maliyyə çətinlikləri olmuşdur və həmin vaxtlar da onun keçmiş qaynanası Nigar Bayramova ona həmişə dəstək olmuşdur. 2019-cu ilin dekabr ayının əvvəllərində ona pul lazım olduğu üçün dostu Siracəddinə müraciət etmiş, lakin o pulunun olmadığı üçün ümumi dostları olan Nəsimiyə bu barədə demişdir. Nəsimi isə ona etiraz etməmiş və ilkin olaraq o Nəsimidən 10.000 manat borc olaraq pul almışdır. Daha sonra isə dekabr ayının sonlarında onlar yenə də üçü görüşərkən o Nəsimiyə müraciət edərək əlavə 30.000 manat pul istəmiş və yenə də Nəsimi etiraz etməyərək ona 30.000 manat əvəzi olaraq 17.650 ABŞ dolları məbləğində pulu vermişdir. O, boşandıqdan sonra onun problemləri daha da artmış və eyni zamanda öz valideynləri də ondan üz döndərmişlər. Həmin vaxt o Nigara mesaj yazaraq ona öz iradlarını bildirmişdir ki, yəni onların ailəsinə görə onun valieynləri ona yaxın durmur və bu səbəbdən də o problemlər içində boğulur. Həmin mesajdan sonra Nigar olnunla görüşmüş və o ona bütün problemləri barədə məlumat vermişdir. Həmin vaxt Nigar bilmişdir ki, onun bir-neçə nəfərə ümumilikdə 70.000 manat borcu var və Nigar ona köməklik edəcəyinə də vəd vermişdir. Nigarın ona köməklik etməkdə məqsədi onun Xəyalə ilə nikahlarını bərpa etmək olmuş, lakin Nigar açıq olaraq bildirmişdir ki, ona etibarı olmadığı üçün dostu Siracəddinin adına borc müqaviləsi bağlatdırmağı təklif etmişdir. O, bu barədə dostu Siracəddinə demiş və o, onun bütün problemlərindən məlumatı olduğu üçün ona köməklik göstərmək məqsədi ilə razılıq vermişdir. Bu məqsədlə xx xxxx 2020-ci il tarixdə onlar dördü yəni o, Siracəddin, Nigar və Xəyalə birlikdə Əhmədli gsjbosində yerləşən «Kapitalbank»ın filialına getmiş, orada Nigar Siracəddinin kart hesabına 64000 manat pulu yatırmış və o da həmin pulu dərhal çıxardıb ona vermişdir. Bankdan çıxdıqdan sonra Nəsimiyə zəng edərək onu bankın qarşısına dəvət eləmiş, orada hamının gözü qarşısında 10000 manat pulu Nəsimiyə borcunun əvəzinə görə qaytarmışdır. Daha sonra onlar hamısı maşına oturmuş və o onda qalan 54000 manat pulu saxlamaq üçün Nigara vermiş və onlar Şamaxinkaya getmiş, orada da Mahmud adlı tanışına zəng edərək onu ora dəvət etmişdir. Mahmud həmin vaxt Pərviz adlı digər dostu ilə birlikdə gəlmiş, belə ki, o onların hər ikisinə ümumilikdə 10000 manat borclu idi. Onlar gəldikdən sonra yenə də hamının gözü qarşısında 10000 manat pulu Pərvizlə Mahmuda qaytarmış, sonra isə Şamaxinka adlanan ərazidə yerləşən notariat kontoruna getmiş və orada ilkin olaraq Nigar ilə Siracəddinin arasında 40000 manatlıq borc müqaviləsi bağlanmış, hesaba keçirilmiş 40000 manatı çıxartdıqdan sonra təkrarən 30000 manat hesaba qoyularaq ikinci müqavilə bağlanmışdır. Belə ki, onun artıq əlində 44000 manat pul qalmış, həmçinin bir-neçə gün əvvəl də Xəyalə ona 6000 manat pul borc vermişdir. Nigar isə tələb etmişdir ki, borc müqaviləsi 70000 manat məbləğinə bağlansın. Əldə 70000 manat qalmadığından məcburiyyət qarşısında pulu iki dəfəyə hesaba qoymaqla ayrı-ayrı iki müqavilə bağlanmışdır. Daha sonra onlar Nigar və Xəyaləni Şamaxinkada maşınlarının yanında düşürtmüş, o isə Siracəddini aparıb evlərinə düşürtdükdən sonra gedib borc sahibləri ilə görüşərək onlara olan borcunu qaytarmışdır. Səhəri gün isə onlar - yəni Nəsimi, Tural və Siracəddin görüşmüş və o, Nəsimiyə olan 17650 ABŞ dolları məbləğində borcunu qaytarmışdır. Həmin gündən sonra onlar Xəyalə ilə ayrı-ayrı evlərdə yaşasalar da, birbiriləri ilə ünsiyyət quraraq danışmağa başlamışlar ki, münasibətləri düzəlsə təkrarən gedib nikah bağlasınlar və ailələrini bərpa etsinlər. Təxminən 4-5 gün belə münasibətdə olduqdan sonra bir gün atasıgilin evində deyil dostunun evində qonaq qalmış və bu səbəbdən də yenə aralarında olan münasibətlər pozulmuşdur. Həmin vaxt Siracəddin ona zəng edərək öz iradlarını bildirmişdir ki, o ona görə Nigara söz versə də, o yenə də özünü onlara lazım olan qaydada aparmır. Bir ay tamamında Nigarla əlaqə yaradaraq danışarkən Nigar ona 1 ay da möhlət vermiş və bildirmişdir ki, o qızı üçün ev almaq məqsədi ilə topladığı pulu ona vermişdir. Belə olan halda o Nigara təklif etmişdir ki, Siracəddinlə bağladığı müqavilə qüvvədə qalmaq şərti ilə o atasının vasitəsi ilə ipoteka yolu ilə Xəyalənin adına mənzil alsın və ödənişini də özü eləsin, lakin Nigar buna razılıq verməmiş və sonralar küt şəkildə pulunu tələb etməyə başlamışdır. O, Nigardan pul götürməmişdən əvvəl öz valideynləri ilə bu barədə danışmışmış və onların da məlumatı olmuşdur, hətta anası Nigara zəng edərək ona pul verməməsini tapşırmışdır. Daha sonra ona məlum olmuşdur ki, Nigar onun atası ilə birləşərək xx xxxx 2020-ci il tarixdə Siracəddinin evinə gedib onun alası Rasimdən 70000 manat pulu tələb etmiş, o isə pulu ödəməkdən imtina edərək pulun ona verildiyini Siracəddinlə formal olaraq müqavilə balanmasını bildirmişdir. Daha sonra o Siracəddinin pis vəziyyətdə qalmasını görüb və Nigarın ondan əl çəkməsi üçün xahiş etmişdir ki, Siracəddin ona 70000 manat məbləğində borc pul tapmağa kömkəlik eləsin və o da atası Rasimdən ona görə 70000 manat borc alaraq «Qurd qapısı» adlanan ərazidə görüşmüşlər və 70000 manat pulu atası Rasimin yanında ona vermiş, o isə həmin vaxt Siracəddindən aldığı pulu Nigara vermək məqsədi ilə götürdüyünü və sonra Siracəddinə olan borcunu ona qaytaracağına dair qəbz yazmışdır. O, pulu götürdükdən sonra Nigarla əlaqə saxlayaraq görüşməyi təklif etmiş, lakin Nigar onunla görüşməkdən imtina etmişdir. O, hətta bir neçə dəfə Nigara mesaj da yazmış, lakin o onunla görüşməkdən imtina edərək pulun Siracəddin tərəfindən qaytarılmasını tələb etməyə başlamışdır. O isə öz növbəsində dəfələrlə ona demişdir ki, «həmin pulu siz yaxşı bilirsiniz ki, mənə vermisiniz və mən də öz borclarıma qaytarmışam», Siracəddinə həmin pulun heç bir aidiyyati olmamışdır, o onun ailəsinin qorunması üçün müqavilə bağlanmasına razılıq vermişdir, lakin Nigar konkret olaraq onula görüşməkdən imtina etmiş, belə olan halda isə o Siracəddindən almış oloduğu pulu digər borclu olduğu adamlar arasında paylaşdırmışdır. Cavabdeh izahatında həmçinin onu da göstərmişdir ki, hazırda Nigardan və Siracəddindən aldığı borclarını etiraf edir və qısa müddət ərzində hissə-hissə ödəməyi öhdosinə götürür”. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, “ ... mən dostum Siracəddindən qayınanama qaytarmaq üçün ... 70 min manatı borc olaraq 15 gün müddətinə alıram”. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 4/483 nömrəli ekspert rəyində göstərilmişdir ki, “ekspertizaya təqdim olunmuş xx.xx.2020-ci il tarixli aktdakı yazılar və “1” sıra nömrəsində “Cavabdeh” yazıları önündəki imza eyni şəxs – Cavabdeh tərəfindən icra edilmişdir”. İş materiallarında olan xx.xx.2020-ci il tarixli iki kredit müqaviləsindən görünür ki, hər iki müqavilə X4 ilə İddiaçı arasında bağlanmış və müqaviləyə əsasən X7 Əfəndiyeva cəmi 70000 manat (40000+30000) borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016cı il tarixli Qərarı). Beləliklə, işin mübahisəsiz halları ondan ibarətdir ki, X4 ilə İddiaçı arasında bağlanmış müqavilələr formal müqavilələr olmaqla, Nigar Bayramova tərəfindən Cavabdeh “zəmanətli” borc vermək məqsədilə bağlanmışdır. Sonradan Cavabdeh Nigar Bayramovaya aldığı pulu qaytarmadıqda, sonuncu borcun qaytarılmasını müqavilə bağladığı İddiaçı tələb etmiş, o da, yarana biləcək problemlərdən özünü sığortalamaq üçün Nigar Bayramovaya qaytarılması üçün Cavabdeh 70000 manat pul vermiş, Cavabdeh isə həmin pulu nə Nigar Bayramovaya qaytarmamış, nə də ki, İddiaçıa geri verməmişdir. İş materiallarından görünür ki, pulu qaytarılmayan Nigar Bayramova xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində ərizələr yazmış və İddiaçı bildirmişdir ki, hər iki müqavilə üzrə ondan götürdüyü borc qaytarılmasa, bu məsələlər ilə bağlı icra qeydi çıxarılacaqdır. Bundan sonra İddiaçı tərəfindən Nigar Bayramovaya 70000 manat məbləğində pul ödənilmiş və iş materiallarında olan müqavilələrin ləğvinə dair sazişlərdən görünür ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etdiyindən xx.xx.2020ci il tarixdə hər iki kredit müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istinad etdiyi hallar onun tərəfindən sübut edildiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh 140000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 140000 (yüz qırx min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsiilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar