Məhkəmə qərarları › İş №2(001)-964/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-964/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-964/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT “xxxx” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı BOKT “xxxx” QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 126-EMB-1627-19 saylı kredit müqaviləsindən irəli gələn xx xxxxxx 2020ci il tarixinə ödənilməmiş 2368 manat əsas borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilikdə 2398.40 manat məbləğində borcun Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı BOKT “xxxx” QSC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli, 126-EMB-1627-19 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, BOKT “xxxx” QSC 3371 manat məbləğində istehlak kreditini illik 12 ay müdətinə Cavabdeh mülkiyyətinə vermişdir. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən Məcidova Leyla İrayət qızının BOKT “xxxx” QSC-yə xx.xx.2020-ci il tarixə əsas borcu 2368 manat, faiz borcu 0, cərimə borcu 0 olmaqla, 2368 manat borcu vardır. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx xxxxxx 2020-ci il tarixli, 9946/20 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilənin şərtlərini pozmuş və vurduğu zərər nəticəsində BOKT “xxxx” QSC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Həmin kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1 % məbləğində cərimə ödəyir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehə 12 ay müddətinə faizsiz kredit verilmişdir. Cavabdeh tərəfindən isə öhdəlik lazımınca yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə Mülki- Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlə telefon əlaqəsi saxlanılaraq məhkəmə iclası barədə məlumatının olub-olmaması aydınlaşdırılmış və bu barədə telefonoqram tərtib edilmişdir. Həmçinin cavabdeh telefonda bildirmişdir anasının rəhmətə getməsi səbəbindən məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kredit verən BOKT “xxxx” QSC ilə kredit alan Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 126-EMB-1627-19 saylı kredit müqaviləsinə və kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən BOKT “xxxx” QSC istehsal etdiyi mebelləri almaq məqsədilə 3371 manat məbləğində istehlak kreditini illik 0%-lə 12 ay müdətinə Cavabdeh mülkiyyətinə verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Aylıq ödəniş 281 manat olmaqla, ilk ödəniş tarixi xx xxxxxx 2020-ci il, sonuncu ödəniş tarixi xx xxxxxx 2020-ci il olaraq müəyyən edilmişdir. Son ay ödənişi 280 manat müəyyən edilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1 % məbləğində cərimə ödəyir. xx xxxxxx 2019-cu il tarixli İstehlak kreditinin alınması üçün ərizə-anketdən görünür ki, Cavabdeh BOKT “xxxx” QSC-dən istehlak məqsədləri üçün ona 3371 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir. BOKT “xxxx” QSC tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli N MA-0018837-20 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 126-EMB- 1627-19 saylı kredit müqaviləsinə əsasən xx xxxxxx 2020-ci il tarixə əsas borcu 2368.00 AZN, faiz borcu 0.00 AZN, cərimə borcu 0.00 AZN, ümumi borcu 2368.00 AZN təşkil edir. BOKT “xxxx” QSC-nin Cavabdeh ünvanladığı xx xxxxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 126-EMB-1627-19 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 126-EMB-1627-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalan Cavabdeh ilkin ödəniş tarixi xx xxxxxx 2020-ci il, sonuncu ödəniş tarixi xx xxxxxx 2020-ci il olmaqla və illik faiz dərəcəsi 0 % olmaqla 12 ay müddətinə 3371 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona xx xxxxxx 2019-cu il tarixli, 126-EMB-1627-19 saylı kredit müqaviləsi üzrə ümumilikdə 2368 manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, xx xxxxxx 2019-cu il tarixli, 126-EMB-1627-19 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh əsas borc üzrə 2368 manat məbləğində pul vəsaiti iddiaçı BOKT “xxxx” QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı BOKT “xxxx” QSC ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli, 126-EMB-1627-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2368 manat məbləğində borc, həmçinin ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu tutularaq BOKT “xxxx” QSC -yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. BOKT “xxxx” QSC ilə Cavabdeh arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli, 126- EMB-1627-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 2368 (iki min üç yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti, həmçinin 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar