Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-968/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı (MMC) Cavabdeh qarşı pul tələbi barədə işə 24 yanvar 2023-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22 sentyabr 2020-ci il tarixli, 21194428 saylı müqavilə üzrə 58 manat əsas, 5 manat cərimə, 04 iyun 2021-ci il tarixli, 23117972 saylı müqavilə üzrə 330 manat əsas, 33 manat cərimə, 23 iyul 2021-ci il tarixli, 23240857 saylı müqavilə üzrə 853,4 manat əsas, 85,6 manat cərimə, 23 iyul 2021-ci il tarixli, 23240817 saylı müqavilə üzrə 230,4 manat əsas, 23,6 manat cərimə, 03 sentyabr 2021-ci il tarixli, 24061918 saylı müqavilə üzrə 248,8 manat əsas, 24,2 manat cərimə borcu olmaqla hər beş müqavilə üzrə ümumilikdə 1892 manat borc məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 38,92 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2020-ci il tarixli, 21194428 saylı müqaviləyə əsasən, sonuncu alğısatqı qiyməti 1044 manat olan SANDİSK, CANYON qulaqlıq, LENOVO V145 markalı kompüter, LENOVO maus, AİRDOTS Mİ REDMİ, aksessuar, LENOVO çanta üçün 10 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 58 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 58 manat əsas, 5 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2021-ci il tarixli, 23117972 saylı müqaviləyə əsasən, sonuncu ümumi alğı-satqı qiyməti 594 manat olan SAMSUNG GALAXY A02S markalı telefon və 2 ədəd XİAOMİ Mİ BAND 4C üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 33 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 330 manat əsas, 33 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2021-ci il tarixli, 23240857 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 1204,8 manat olan HOFFMANN markalı soyuducu üçün ilkin ödəniş etmədən məbləği 24 ay ərzində aylıq 50,2 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 853,4 manat əsas, 85,6 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 23 iyul 2021-ci il tarixli, 23240817 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 729,4 manat olan XİAOMİ POCO M3 PRO markalı telefon üçün ilkin ödəniş etmədən məbləği 12 ay ərzində aylıq 59,2 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 230,4 manat əsas, 23,6 manat cərimə borcu yaranmışdır. Həmçinin, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 sentyabr 2021-ci il tarixli, 24061918 saylı müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 343,8 manat olan WİNDOWS 10 HOME üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 19,1 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 248,8 manat əsas, 24,2 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2195,4 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İddia ərizəsinə əlavə olunmuş: - 22 sentyabr 2020-ci il tarixli, 21194428 saylı müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 1044 manat olan SANDİSK, CANYON qulaqlıq, LENOVO V145 markalı kompüter, LENOVO maus, AİRDOTS Mİ REDMİ, aksessuar, LENOVO çanta üçün 10 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 58 manat ödəmək şərti ilə kreditlə almışdır. - 04 iyun 2021-ci il tarixli, 23117972 saylı müqavilədən görünür ki, Cavabdeh ümumi alğı-satqı qiyməti 594 manat olan SAMSUNG GALAXY A02S markalı telefon və 2 ədəd XİAOMİ Mİ BAND 4C üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 33 manat ödəmək şərti ilə kreditlə almışdır. - 23 iyul 2021-ci il tarixli, 23240857 saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 1204,8 manat olan HOFFMANN markalı soyuducu üçün ilkin ödəniş etmədən məbləği 24 ay ərzində aylıq 50,2 manat ödəmək şərti ilə kreditlə almışdır. - 23 iyul 2021-ci il tarixli, 23240817 saylı müqavilədən görünür ki, Cavabdeh alğısatqı qiyməti 729,4 manat olan XİAOMİ POCO M3 PRO markalı telefon üçün ilkin ödəniş etmədən məbləği 12 ay ərzində aylıq 59,2 manat ödəmək şərti ilə kreditlə almışdır. - 03 sentyabr 2021-ci il tarixli, 24061918 saylı müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 343,8 manat olan WİNDOWS 10 HOME üçün ilkin ödəniş etmədən məbləği 18 ay ərzində aylıq 19,1 manat ödəmək şərti ilə kreditlə almışdır. - 22 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 22 sentyabr 2020-ci il tarixli, 21194428 saylı müqavilə üzrə 58 manat əsas, 5 manat cərimə, 04 iyun 2021-ci il tarixli, 23117972 saylı müqavilə üzrə 330 manat əsas, 33 manat cərimə, 23 iyul 2021-ci il tarixli, 23240857 saylı müqavilə üzrə 853,4 manat əsas, 85,6 manat cərimə, 23 iyul 2021ci il tarixli, 23240817 saylı müqavilə üzrə 230,4 manat əsas, 23,6 manat cərimə, 03 sentyabr 2021-ci il tarixli, 24061918 saylı müqavilə üzrə 248,8 manat əsas, 24,2 manat cərimə borcu olmaqla hər beş müqavilə üzrə ümumilikdə 1892 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrdə və həmin müqaviləyə əlavələrdə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrə əsasən İddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış hər beş müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 22 sentyabr 2020-ci il tarixli, 21194428 saylı müqavilə üzrə hesablanmış 5 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 4 manat, 04 iyun 2021-ci il tarixli, 23117972 saylı müqavilə üzrə hesablanmış 33 manat dəbbə pulunun məbləği azaldılaraq 23 manat, 23 iyul 2021-ci il tarixli, 23240857 saylı müqavilə üzrə hesablanmış 85,6 manat dəbbə pulunun məbləği azaldılaraq 60 manat, 23 iyul 2021-ci il tarixli, 23240817 saylı müqavilə üzrə hesablanmış 23,6 manat dəbbə pulunun məbləği azaldılaraq 17 manat, 03 sentyabr 2021-ci il tarixli, 24061918 saylı müqavilə üzrə hesablanmış 24,2 manat dəbbə pulunun məbləği azaldılaraq 17 manat məbləğində müəyyən edilməlidir. Buna görə də hesab edirəm ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzində 35 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 136-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddiaçı MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 22 sentyabr 2020-ci il tarixli, 21194428 saylı müqavilə üzrə 58 manat əsas, 4 manat cərimə; 04 iyun 2021-ci il tarixli, 23117972 saylı müqavilə üzrə 330 manat əsas, 23 manat cərimə; 23 iyul 2021-ci il tarixli, 23240857 saylı müqavilə üzrə 853,4 manat əsas, 60 manat cərimə; 23 iyul 2021-ci il tarixli, 23240817 saylı müqavilə üzrə 230,4 manat əsas, 17 manat cərimə; 03 sentyabr 2021-ci il tarixli, 24061918 saylı müqavilə üzrə 248,8 manat əsas, 17 manat cərimə borcu olmaqla hər beş müqavilə üzrə ümumilikdə 1841,6 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 35 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-968/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-968/2023
24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver