Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-970/2021 29.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhərində, Binəqədi rayon məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann LED markalı televizor üçün 1298 manat ödənilməmiş hissə, 247 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********95381 olan Samsung Galaxy A50 markalı telefon üçün 629 manat ödənilməmiş hissə, 180 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 968 manat ödənilməmiş hissə, 239 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı soyuducu üçün 1656 manat ödənilməmiş hissə, 289 manat dəbbə, ümumilikdə 5506 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5536 manatın Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh “xxxx” MMC-dən alqı-satqı qiyməti 1416 manat olan Hoffmann LED markalı televizoru 24 ay müddətinə, ayda 59 manat ödəmək şərti ilə, alqı-satqı qiyməti 800 manat olan Samsung Galaxy A50 markalı telefonu 16 ay müddətinə, ayda 50 manat ödəmək şərti ilə, alqı-satqı qiyməti 1026 manat olan Samsung markalı paltaryuyanı 18 ay müddətinə, ayda 57 manat ödəmək şərti ilə və alqı-satqı qiyməti 1656 manat olan Samsung markalı soyuducunu 24 ay müddətinə, ayda 69 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, cəmi 347 manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1298 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 629 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 968 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1656 manat əsas borcu qalmışdır. Müqavilə şərtlərinə əsasən, cavabdehə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 247 manat, xx.xx.2019cu il tarixli müqavilə üzrə 180 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 239 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 289 manat dəbbə pulu hesablanmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddia ərizəsində qeyd edilən əşyaları nisyə alqı-satqı müqaviləsinə əsasən almış, müəyyən ödənişlər etdikdən sonra maddi imkanı ilə əlaqədar borcu bağlaya bilməmişdir. Hazırda əsas borcu qəbul edir, cərimə borcunun isə azaldılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 00676131 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 1416 manat olan Hoffman LED markalı televizor Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 24 ay ərzində, hər ay 59 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00676131 saylı müqaviləyə əsasən Hoffman LED markalı televizoru tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00732647 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 800 manat olan Samsung Galaxy A50 markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 16 ay ərzində, hər ay 50 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00732647 saylı müqaviləyə əsasən Samsung Galaxy A50 markalı telefonu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00732651 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 1026 manat olan Samsung markalı paltaryuyan Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 18 ay ərzində, hər ay 57 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00732651 saylı müqaviləyə əsasən Samsung markalı paltaryuyanı tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 00762380 saylı müqavilədən və Əlavə ödəniş cədvəlindən görünür ki, alqı-satqı qiyməti 1656 manat olan Samsung markalı soyuducu Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan məhsulun dəyərinin 24 ay ərzində, hər ay 69 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əlavədə alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi təqdirdə cərimənin tədbiq edilməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan xx xxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhviltəslim aktından görünür ki, Cavabdeh 00762380 saylı müqaviləyə əsasən Samsung markalı soyuducunu tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1298 manat əsas borcu, 247 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 629 manat əsas borcu, 180 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 968 manat əsas borcu, 239 manat cərimə borcu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1656 manat əsas borcu, 289 manat cərimə borcu vardır. Mülki işin materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmış və həmin müqavilələr əsasında cavabdeh dəyəri 1416 manat olan Hoffmann LED markalı televizoru, dəyəri 800 manat olan Samsung Galaxy A50 markalı telefonu, dəyəri 1026 manat olan Samsung markalı paltaryuyanı və dəyəri 1656 manat olan Samsung markalı soyuducunu almış, lakin sonradan borcunu ödəməkdən yayınmışdır. Digər tərəfdən, iddiaçı xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 247 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 180 manat, xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 239 manat və xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən 289 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 1298 manat əsas borc üzrə 247 manat, 629 manat əsas borc üzrə 180 manat, 968 manat əsas borc üzrə 239 manat və 1656 manat əsas borc üzrə 289 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 247 manat məbləğində hesablanmış cərimə məbləğinin 100 (bir yüz) manat, 180 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 (əlli) manat, 239 manat məbləğində hesablanmış cərimə məbləğinin 80 (səksən) manat və 289 manat məbləğində hesablanmış cərimə məbləğinin 120 (bir yüz iyirmi) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1298 manat əsas borc, 100 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 629 manat əsas borc, 50 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 968 manat əsas borc, 80 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1656 manat əsas borc, 100 manat dəbbə pulu, cəmi 4901 (dörd min doqquz yüz bir) manat borc alınaraq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1298 manat əsas borc, 100 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 629 manat əsas borc, 50 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 968 manat əsas borc, 80 manat dəbbə pulu və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1656 manat əsas borc, 120 manat dəbbə pulu, cəmi 4901 (dörd min doqquz yüz bir) manat borc və 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-970/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-970/2021
29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver