Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-98/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə 14 fevral 2022-ci il tarixdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızı ilə aralarında bağlanmış 13 mart 2015-ci il tarixli, 013A********** saylı kredit müqaviləsinə xitam verilməsi, Quluzadə Gülnarə Bünyamin qızından, İsmayılova Raminə Bünyamin qızından, Rzayev Teymur Vladimiroviçdən, Quluzadə Gülarə Həsənqulu qızından və İsmayılov Bünyamin İsmayıl oğlundan müştərək qaydada bankın xeyrinə 50829,4 ABŞ dolları əsas, 35406,42 ABŞ dolları faiz və 11533,5 ABŞ dolları cərimə borcu olmaqla cəmi 97769,32 ABŞ dollarə məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsində yerləşən 0,0742 ha. torpaq sahəsi və üzərində yerləşən 123B saylı fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsinin təmin edilməsi, həmin vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğin ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinə tutma yönəldikdən və açıq hərracda satıldıqdan 1 ay sonra Quluzadə Gülnarə Bünyamin qızının həmin fərdi yaşayış evindən çıxarılması, evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh1 tərəfindən iddia tələbinin könüllü olaraq icra edildiyini bildirib iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. - 122.2-ci maddəsinə əsasən, iddia verildikdən sonra iddia tələblərinin cavabdeh tərəfdən könüllü surətdə təmin edilməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, iddiaçının xahişi ilə məhkəmə onun çəkdiyi bütün xərcləri cavabdehdən alır. - 260.1 və 260.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. İşin halları ilə müəyyən olunur ki, hazırki iddia ərizəsi üzrə mübahisə cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində əmələ gəlmişdir. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 30,4 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin, borc məbləğinin dəqiq müəyyənləşdirilməsi məqsədilə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, müvafiq rəy alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi kredit müqaviləsi üzrə əsas borclu kimi Cavabdeh1 tutularaq iddiaçıya, ekspertiza xərci isə ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Quluzadə (İsmayılova) Gülnarə Bünyamin qızına, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 30,4 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilsin. Məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-98/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-98/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver