Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-99/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1818 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1848 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İbnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 5012,02 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat mələğində dövlət rüsumunun, ümumilikdə 5042,02 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ******************** SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında əvvəllər və ən sonuncu dəfə mexaniki sayğaca keçidlə bağlı 29 mart 2020-ci tarixində 07- 316 nömrəli “Qaz paylayıcısı ilə məişən qaz urğusu istifadəçisi arasında qazın alğı-satqızı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh oğluna məxsus fərdi yaşayış evini təbii qazlan təmin etmişdir. Qeyd oluna ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00390 nömrəli abonent kodu verilmişdir. Cavabdeh bəhs edilən müqavilənin 2.3.1, 2.3.2 və 2.3.3-cü bəndlərini və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq təbii qazı talamışdır. İstehlakçı təqsirli hərəkətləri ilə qaz paylayıcısına ziyan vurmuş, beləliklə müqavilənin 2.3.6-cı bəndlərində nəzərdə tutulan məsuliyyəti yaranmışdır. Cavabdehin təqsirli hərəkətlri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən 26.02.2021-ci il tarixli, ******* saylı akt əsasında 885,60 manat, 31.03.2021-ci il tarili ******* saylı akt əsasında 424,80 manat, 30.04.2021-ci il tarixli ******* saylı akt əsasında 338,40 manat, 29.10.2021-ci il tarixli ******* saylı akt əsasında 712,80 manat, ******* saylı, 30.11.2021-ci il tarixli akt əsasında 708,48 manat borc məbləği hesablanmışdır. Ümumilikdə 12/2021-ci il tarixə olan 5012,02 manat borc mələğinin yaranma əsasları aşağıdakı kimi olmuşdur: - Sayğacdan kənar qeyri-qanuni qoşulma ilə bağlı 04/2019-11/2021 tarixləri arasında yazılmış aktlar üzrə 4855,68 manat; - Əvvəlki tarixə qalıq borcu 92,20 manat; - 29.03.2020-ci il tarixdə quraşdırılmış 12520255 nömrəli mexaniki sayğac üzrə 03/2020-11/2021-ci il tarixləri üçün sayğac göstəricisi üzrə yaranan borc ( 114,90+95,44=210,34) - 03/2020-12/2021 tarixdə həyata keçirilmiş ödəniş 37+17 manat=54 manat - Karta yüklənən məbləğdən aparılan tutma 92,12 manat - 92,20+48855,68+210,34)-(54+92,12)=5158,22-146,12=5012,02 manat Borcların yaranma əsası sayğac göstəriciləri və sayğacdan kənar qeyri-qanuni qoşulma nəticəsində itirilmiş qaz sərfiyyatına görə aparılmış hesablama olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, ekspertiza rəyində qeyri-qanuni qoşulma olmadığı qeyd edilir, lakin qoşulma yeri tərtib edilmiş aktlarda qeyd edilən yer olaraq araşdırılmayıb. Ekspert aktlarda qeyd edilmiş qanunsuz qoşulma yerlərinin şəkillərini çəkərək göstərməlidir ki, qanunsuz qoşulma yoxdur. İş materiallarında olan aktlarla və abonentin saldosu ilə müəyyən edilir ki, sərfiyyat həddindən az olmuş və az məbləğdə ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, onun evində qanunsuz qoşulma yoxdur. Belə ki, ekspertin iştirakı ilə evində tədqiqat aparılmış və iddiaçı tərəfindən təqdim edilən fotoşəkillərin onun evinə aid olmadığı müəyyən edilmişdir. Onun evinə gedən qaz xəttində isə qanunsuz qoşulmanın və qaz xəttinin üzərində buna dair izlərin olmadığı müəyyən edilmişdir. Həmin qaz xətti qonşusu ilə onu ayıran hasarın üstü ilə gələrək sonda ayrılmış və onun evinə daxil olan qaz xətdində hər hansı qoşulma hec vaxt olmamışdır. Bundan başqa o həmin evdə daimi olaraq yaşamır və onun daimi yaşadığı başqa evi də vardır. Qaz sərfiyyatı ilə müəyyən edilən borcunun olduğunu məhkəmə iclasında sonradan bilmişdir, belə ki, ondan həmişə aktlara əsasən borc tələb edilmişdir. Lakin əgər istifadə etdiyi qaza görə borcu varsa, qaz idarəsi tələb etdiyi təqdirdə ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Əvvəla qeyd edilməlidir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə cavabdehdən 1785.6 manat və sərfiyyata görə 37.4 manat tələb etmişdir. Lakin sonra, yəni 29.12.2021-ci il tarixdə iddia tələbini artıraraq, qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə cavabdehdən 4855.68 manat, əvvəlki tarixə olan borca görə 92.2 manat, sayğac göstəricisinə əsasən isə 2020-ci ilin mart ayından 2021-ci ilin noyabr ayı da daxil olmaqla qazdan istifadə ilə bağlı 210.34 manat pul tələb edir. Məhkəmə iddia tələbini qazdan istifadə etmə ilə bağlı 210.34 manat borcun tutulması hissəsində baxılmamış saxlamışdır. Məhkəmə o qənaətə gəlmişdir ki, qaz sərfiyyatı ilə bağlı iddiaçı cavabdehin borcunun yarandığını, üstəlik həmin borcun məhkəmə icraatı gedişində yarandığını bildirsə də, lakin bu barədə cavabdehə borc barədə xəbərdarlıq və.s etməmişdir. Həmçinin cavabdeh qaz sərfiyyatı ilə istehlakçı tərəfindən borc tələb edilmiş olsaydı, bunu ödəməyə etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmə iddianı cavabdehdən qazdan istifadə ilə bağlı 210.34 manat pul məbləğinin tutulması hissəsində baxılmamış saxlamış və iddiaçıya həmin borcu məhkəmədən kənar tələb etmək hüququnu izah etmiş və bu barədə tərəflər arasında mübahisə olmadığını müəyyən etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinə qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə cavabdehdən 4855.68 manat, əvvəlki tarixə olan borca görə 92.2 manat məbləğlərində pulun tutulması hissəsində mahiyyəti üzrə baxılmalıdır. Həmin hissədə məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxaraq müəyyən edir ki, iddiaçı iddia edir ki, cavabdeh qazın alqı-satqısı müqaviləsi üzrə abonenti olduğu ünvan 2 ünvanında yerləşən evində qazdan istifadə qaydalarını pozmuş və qanunsuz qoşulma həyata keçirmişdir. Belə ki, qaz paylayıcısının işçiləri tərəfindən bu barədə 30.04.2019cu il tarixdə(604.8 manat itirilmiş qazın dəyəri),28.02.2020-ci il tarixdə(885.6 manat irilmiş qazın dəyəri), 30.03.2020-ci il tarixdə(295.2 manat irilmiş qazın dəyəri), 26.02.2021-ci il tarixdə(885.6 manat irilmiş qazın dəyəri), 31.03.2021-ci il tarixdə(424.8 manat irilmiş qazın dəyəri),30.04.2021-ci il tarixdə(338.4 manat irilmiş qazın dəyəri), 29.10.2021-ci il tarixdə(712.8 manat irilmiş qazın dəyəri), 30.11.2021-ci il tarixdə(708.48 manat irilmiş qazın dəyəri) AKT-lar tərtib edilmiş və müvafiq normativlərə uyğun olaraq, cəmi 4855.68 manat zərər hesablanmışdır. Lakin iddiaçı iddianı həmin hissədə qəbul etməmiş və bildirmişdir ki, onun tərəfindən qanunsuz qoşulma həyata keçirilməmiş və hər hansı talama olmamışdır. İddiaçı iddiasını tərtib edilmiş AKT-lardan savayı, həmçinin ona görə əsaslı hesab etmişdir ki, cavabdehin saldosunda onun il ərzində qazdan minimal istifadə etməsi, üstəlik bu halın qış aylarında da özünü biruzə verməsi inandırıcı deyildir, bu fakt özlüyündə qanunsuz qoşulmanın olduğuna dəlalət edir. Cavabdeh isə qanunsuz qoşulma dəlilini ona görə qəbul etməmişdir ki, iddiaçının tərtib etdiyi aktlara əlavə edilmiş şəkillərdəki xətlər onun evinə daxil olmamış, ehtimal edir ki, iddiaçı qonşunun xətlərini onun xətti kimi göstərmişdir. Bununla bağlı məhkəmə tərəfindən 2 dəfə tikinti-texniki ekspertizası təyin edilmiş və iddiaçı tərəfindən üçüncü dəfə təkrarən ekspertizanın təyin edilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilmişdir. Vəsatət ona görə təmin edilməmişdir ki, iddiaçının vəsatəti ekspert rəyinin əsassızlığı ilə deyil, onun rəyinin saxtalığı ilə bağlı olmuş, lakin bu barədə inandırıcı dəlillər irəli sürülməmişdir. Belə ki, iddiaçının nümayəndəsi ekspertin tədqiqat obyektinə baxış keçirmədiyini bildirsə də, vəsatətin əsaslılığına dair sübut təqdim edilməmiş və bildirdikləri formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2021-ci il tarixli, 10/4276 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olmuşdur. Həmin rəy məhkəmə iclasında tədqiq edilərkən ekspertin tədqiqat obyektinə baxış keçirmədiyi və rəyin iş materiallarında olan, iddiaçının istinad etdiyi aktların əsasında tərtib edildiyi müəyyən edilmişdir. Bundan sonra təkrar tikinti-texniki ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin başqa ekspertinə həvalə edilmiş, o cümlədən tədqiqat obyektinə yerində baxış keçirilməsinin zəruriliyi vurğulanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2021-ci il tarixli, 10/5694 saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 102 manatdır. Ekspert rəyində qeyd edilmişdir ki, ekspertin iştirakı ilə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı aşağıdakılar müəyyən edildi: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir. Xəttin diametr 57 mm-lik olmaqla, torpaqdan 3 metr hündürlükdə çəkilmişdir. Fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 11,6 metr hündürlükdə bərkidilmişdir. Sayğaca qaz ətti 15 mm-lik polad qaz borusu vasitəsilə 57 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin həmçinin,İddiaçı İBnə məxsus 57 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar aşkar edilmədi. Tədqiq olunan sübutlarla məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən təbii qazdan istifadə ilə bağlı qanunsuz qoşulma halı müəyyən edilməmişdir və bu səbəbdən ondan həmin əsasla zərər tələb edilə bilməz. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Sadalanan normaların məzmunundan da müəyyən edildiyi kimi, iddiaçı cavabdehin qanunsuz əməlləri nəticəsində ona vurulan zərəri tələb edirdisə, bunu sübut etməli idi. Lakin iddiaçı bu halı sübut edə bilməmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa iddiaçı cavabdehdən əvvəlki tarixə qalıq borc kimi müəyyən edilmiş 92.2 manat pulun tutulmasını da tələb edir. Lakin iddiaçı iddia ərizəsində həmin borcun yaranma səbəbini göstərməmiş, iddiaçının nümayəndəsi də məhkəmə iclaslarında bu barədə hər hansı məlumat verməmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən təqdim edilən və iş materiallarında olan abonentin saldosundan müəyyən edilən odur ki, cavabdehin 2012-ci ilin 5-ci ayının sonuna 92.2 manat borcu qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 2012-ci üçün yaranmış borcu tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə məhkəmə o qənaətə gəlir ki, iddia həmin hissədə də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə 4855.68 manat, əvvəlki tarixə olan borca görə 92.2 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 102 manat pul məbləği iddia rədd edildiyindən iddiaçı İddiaçı İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “qanunsuz qoşulma ilə bağlı tərtib edilmiş aktlara və bunun əsasında hesablanmış itirilmiş qazın dəyərinə görə 4855.68 manat, əvvəlki tarixə olan borca görə 92.2 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində vəsait İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-99/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-99/2022
24.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver