Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-996/2022 02.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı AFB Bank ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı AFB Bank ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı AFB Bank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, AFB Bank ASC ilə Cavabdeh arasında bağlanmıs 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə illik 20,5 % ilə, 48 ay müddətinə 10000 manat kredit vermişdir. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun banka əsas borc üzrə 8191,20 manat, 03.12.2021-ci il tarixinə faiz borcu üzrə 1282,57 manat olmaqla cəmi 9473,77 manat borcu yaranmışdır. Ona görə də cavabdehlə bağlanan 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh AFB Bank ASC-nin xeyrinə əsas borcuna görə 8191,20 manat, faiz borcuna görə 1282,57 manat olmaqla cəmi 9473,77 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 114,74 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, AFB Bank ASC ilə bağladığı 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsinə əsasən bank ona illik 20,5 % ilə, 48 ay müddətinə 10000 manat kredit vermişdir. İşdən çıxarıldığı üçün müqavilə üzrə ödənişlərini icra edə bilməmişdir. Halhazırda bankın tələbini qəbul edir, banka olan borcunu hissə-hissə qaytaracaqdır. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən AFB Bank ASC borcalan Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana 48 il müddətinə qaytarmaq, illik 20,5 % ödəmək şərti ilə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən kreditorun bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb etmək hüququ vardır. 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 03.04.2020-ci il tarixdən 03.03.2024cü il tarixədək olan dövr ərzində əsas borca görə 10000 manat, faiz borcuna görə 4741,72 manat olmaqla cəmi 14741,72 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. AFB Bank ASC-nin Cavabdeh ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və kredit müqaviləsinə xitam verilərək kredit borcunun tam olaraq ödənilməsinin tələb olunacağı barədə xəbərdarlıq etmişdir. AFB Bank ASC-nin 03.12.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsi üzrə Cavabdeh AFB Bank ASC-yə əsas borca görə 8191,20 manat, faiz borcuna görə 1282,57 manat olmaqla cəmi 9473,77 manat borcu vardır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsi nəticəsində AFB Bank ASC-yə əsas borca görə əsas borca görə 8191,20 manat, faiz borcuna görə 1282,57 manat olmaqla cəmi 9473,77 manat borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsinə, əsas borca görə 8191,20 manat, faiz borcuna görə 1282,57 manat olmaqla cəmi 9473,77 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair tələblərini əsaslı hesab edib, iddia ərizəsini tam həcmdə təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. AFB Bank ASC ilə Cavabdeh arasında bağlanmış 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 03.03.2020-ci il tarixli 001/KM/100/5070430/030320 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8191,20 manat, faiz borcuna görə 1282,57 manat, dövlət rüsumuna görə 114,74 manat olmaqla cəmi 9588,51 manat AFB Bank ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-996/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-996/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver