Məhkəmə qərarları › İş №2(001)-997/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-997/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-997/2021 15.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin “Bermud Elektroniks” mağazasının sahibi Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: DİN-nin Baş Mühafizə İdarəsi “Bermud Elektroniks” mağazasının sahibi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 482,4 manat borcun, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, Baş Mühafizə İdarəsinin Binəqədi Rayon Mühafizə İdarəsi ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli müqaviləyə əsasən, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 1A ünvanında yerləşən “Bermud Elektroniks” mağazası xx xxxxxx 2020-ci il tarixə kimi mühafizə olunmuşdur. Lakin, mühafizə haqqı vaxtında ödənilmədiyindən 482,4 manat debitor borc yaranmışdır ki, bu da əməkdaşlara əmək haqlarının verilməsinə, Sosial Müdefiə Fonduna və büdcəyə ödəmələrdə müəyyən çətinliklər yaratmışdır. Sonda R.Ə.İbrahimxəlilov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. İş materiallarında olan: - Baş Mühafizə İdarəsinin Binqədi rayon Mühafizə İdarəsi ilə “Bermud Elektroniks” mağazasının müdiri Cavabdeh arasında “Baş Mühafizə İdarəsinin hissələri tərəfindən əmlakın mühafizəsi haqqında” xx xxxxx 2014-cü il tarixli, 200 nömrəli müqavilədən görünür ki, Cavabdeh müdiri olduğu “Bermud Elektroniks” mağazasının iddiaçı tərəfindən mühafizəsi nəzərdə tutulmuşdur. - Müqavilənin 1.10-cu bəndində göstərilmişdir ki, mühafizə haqqı qiymət cədvəlinə əsasən mülkiyyətçi tərəfindən hər ayın 15-dək banka keçirilməklə və ya nəğd yolla ödənilir. - İddiaçının və cavabdehin imzaları ilə təsdiq edilmiş qiymət cədvəlindən görünür ki, obyektin mühafizəsi üçün aylıq xismət haqqı 120,6 manat təşkil etmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış məktubların tarixlərindən və məzmunlarından müəyyən olunur ki, cavabdeh tərəfindən mühafizə xidmətinin haqqı 2020-ci ilin may ayından avqust ayınadək 4 ay müddətində ödənilməmişdir. - Azərbaycan Respublikası DİN NMİ-nin Binəqədi Rayon Mühafizə İdarəsinin rəisi tərəfindən verilimş xx xxxxxx 2020-ci il tarixli, 218 nömrəli əmrdən görünür ki, həmin tarixdən “Bermud Elektroniks” mağazası ilə bağlanmış 200 nömrəli müqavilə ləğv edilmiş, həmin obyekt bağlanmış müqavilənin şərtlərinə əsasən birtərəfli qaydada KMMM mühafizəsindən çıxarılmışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. - 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. - 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. - 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2 və 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin faktiki hallarından görünür ki, “Bermud Elektroniks” mağazasının mühafizəsinin təşkili ilə bağlı mağaza müdiri Cavabdehla DİN-in Baş Mühafizə İdarəsinin Binəqədir Rayon Mühafizə İdarəsi arasında müqavilə bağlanmış, müqavilənin 1.10-cu bəndində mühafizə xidməti haqqının hər ayın 15-dək ödənilməsi nəzərdə tutulmuş, qarşılıqlı razılaşma əsasında aylıq xidmət haqqı 120,6 manat müəyyən edilmiş, mühafizə xidməti təmin edilsə də, iddiaçıya 2020-ci ilin may ayından xidmət haqqı ödənilməmiş, xx xxxxxx 2020-ci il tarixdə cavabdeh iddiaçının mühafizəsindən çıxarılmışdır. Buna görə də, 4 ay üzrə hər ay 120,6 manat olmaqla yaranmış 482,4 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası İddiaçı iddiası təmin edilsin. “Bermud Elektroniks” mağazasının müdiri Cavabdeh 482,4 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul “Bermud Elektroniks” mağazasının müdiri Cavabdeh tutularaq Azərbaycan Respublikası İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar