Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-102/2022 15.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 150.000 (yüz əlli min) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şərikli ticarətlə məşğul olmaq adı ilə İddiaçı 150.000 manat məbləğində pul almışlar və üzərindən uzun zaman keçməsinə baxmayaraq, hələ də geri qaytarmamışlar. Şikayət ilə bağlı cinayət işi açılmış, külli miqdarda dələduzluq ittihamı ilə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə təqsirləndirilən şəxslərə bəraət vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdehlərin əməli nəticəsində iddiaçıya 150.000 manat məbləğində zərər vurulmuşdur. Cinayət işi materiallarında iddia tələbində göstərilən məbləğin bir hissəsi etiraf edilsə də, Cinayət Kollegiyası mülki xarakterli hesab etdiyindən bütün məbləğin verilməsini araşdırmamış və mülki məhkəmə icraatında mübahisələndirilməsinin mümkünlüyünü qeyd etmişdir. İddiaçı dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, 150.000 manat məbləğində pul ona geri qaytarılmamış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 31 avqust 2018-ci il tarixli qərarının çıxdığı gündən bu günə kimi tələb edilən məbləğ iddiaçıya ödənilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili X2 məhkəmə iclasında məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdeh məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsinə dair ərizə vermişdir. Cavabdehlərin hüquqi mövqeyinə görə iddianın verilməsi üçün prosessual müddət ötürülmüşdür. Bildirmişdir ki, cavabdehlər Rəna Vəliyevanı aldadaraq 2012-ci ildə 150.000 manat məbləğində pulu hissə-hissə ondan almışlar. 2013-cü ildə iddiaçını aldatdıqlarını yəqin etdikdən sonra Baş Mütəşşəkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. İstər bu idarədə, istər Baş Polis İdarəsində cinayət işi gedərkən istərsə də Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadələrində cavabdeh Dostumaliyeva Kifayət və oğlu ona pul borclu olduqlarını etiraf etmişlər. Prosesual qanunvericiliyə əsasən borclu öz borcunu etiraf etsə, iddia müddəti axmır. Bakı Apeliyasiya Məhkəmsinin hökmü 2018-ci ildə, Ali Məhkəminin qərari isə 2019-cu ildə çıxarılmışdır. Həmin tarixədək iddia müddətinin axımı dayandırılmışdır. 2017-ci ildə cinayət işi ilə paralel mülki iddia verilmiş və baxılmamış saxlanılmışdır. Bu baxımdan iddia müddəti keçməmişdir. Lakin cavabdehlər borcunun olduğu ilə bağlı etiraflara təzyiq altında verdiklərini bəhanə edərək zərərlə bağlı borclarının olmasını inkar edirlər. Yuxarıda qeyd edilənlərə əsasən iddianın verilməsi üçün müdəti ötürülməmiş hesab edilməsini və yaxud iddianın verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdehlərin vəkili X4 məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində İddiaçı hüquqlarını müdafiə və təmsil etdiyi Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiaya baxılır. Belə ki, İddiaçı Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona vurduqları zərərə görə Cavabdeh1 və Cavabdeh2 150.000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş edir. Belə ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 29 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 ittiham edildikləri cinayət əməlləri üzrə təqsirsiz bilinmiş və barələrində bəraət hökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmış, apellyasiya şikayəti və protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin hökmündən İddiaçı və dövlət ittihamçısı tərəfindən müvafiq olaraq kassasiya şikayəti və protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti və protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı iddia tələbində 19 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsaslanır. Lakin İddiaçı cavabdehlərə qarşı iddiası əsassızdır. Belə ki, həmin müqavilə İddiaçı ilə hüquqlarını müdafiə və təmsil etdiyi Cavabdeh1 və Cavabdeh2 arasında deyil, X5 arasında bağlanmışdır. Hüquqi baxımdan İddiaçı tələbi Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlməli deyil. Bundan əlavə, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmələr zamanı toplanmış materiallardan görünür ki, tərəflər arasında kredit müqaviləsi və buna əsaslanan faiz münasibətləri mövcud olmuşdur. Bu xüsusatları vaxtilə istintaq edilmiş cinayət işi üzrə toplanmış materiallardan açıq-aşkar görmək mümkündür. İddiaçı tərəfindən guya müvəkkillərinə 150.000 manat borc verilməsi xüsusatı məhkəmə prosesləri zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə prosesləri zamanı İddiaçı şahid qismində dindirilmiş qayınatası Yaqub Kazımov göstərilən məbləğdə pul vəsaitinin cavabdehlərə verilməsini görmədiyini göstərmişdir. İddiaçı iddia tələbinin əsassız olmasından əlavə, məhkəmənin iddiadan imtina etməsi üçün əsaslar mövcuddur. 19 sentyabr 2012-ci il tarixli müqavilənin 1-ci bəndində kredit alan göstərilən miqdarda pul vəsaitini 19 sentyabr 2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 ildir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyən olunur. Nəzərə aldıqda ki, sözügedən əqdlərin üzərindən 3 ildən artıq müddət keçişdir və bu müddət ərzində tələbkar bununla bağlı qanunla müəyyən olunmuş qaydada tələb irəli sürməmişdir, borcun ödənilməməsi riski tələbkarın üzərində qalır. Mülki Məcəllənin 375.2-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarına istinad edərək hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş iddia müddətini buraxmış, buna görə də, bu tələblə bağlı iddia qaldırmaq üçün hüquqi əsasını itirmişdir. Bu səbəbdən, iddia müddəti keçdiyi üçün iddianın rədd edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin vəkili X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyib, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, öncəki məhkəmə iclaslarında təqdim etdiyi, iddiaya etiraz ərizəsində iddia müddəti ilə bağlı da qeyd etmişdir. Lakin, MPM-nin tələbinə görə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilməlidir. İddiaya etiraz ərizəsindən əlavə, hazırda iddia müddətinin tətbiq edilməsi barədə ərizə də təqdim etməyi zəruri hesab edir və bildirir ki, 19 sentyabr 2012-ci il tarixdə İddiaçı həyat yoldaşı X6 ilə Cavabdeh1 həyat yoldaşı X3 aralarında kredit müqaviləsi bağlanmış və müqavilə notarial qaydada qeydə alınmışdır. Müqavilənin 1-ci bəndinə əsasən kredit verən kredit alana 20.000 manat pul verir. Kredit alan isə göstərilən məbləğdə pulu 19 sentyabr 2013-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürür. Ümumi olaraq Cavabdeh1 tərəfindən İddiaçı götürülmüş borcun ümumi məbləği 37.500 manat təşkil etmiş və bunun qarşılığında Cavabdeh1 tərəfindən iddiaçıya 47.587 manat faiz pulu ödənilmişdir. İddiaçı guya ona 150.000 manat məbləğində pul verməsi xüsusatı isə tamamilə yalan, şər və böhtandır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli və artıq qanuni qüvvəyə minmiş hökmünün 30-cu vərəqinin 6-cı abzasında məhkəmə aşağıdakı nəticəyə gəlmişdir: «hazırki cinayət işi üzrə məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə kollegiyası qəbul edir ki, İddiaçı ilə Cavabdeh1 arasında pul alınıb-verilməsi halları mövcud olmuşdur. Lakin, bu zaman, sonuncu həmin pulları İddiaçı onun iddia etdiyi kimi şərikli qaydada biznes qurmaq adı ilə aldadaraq almamış, əksinə özünün və ailəsinin biznes fəaliyyətində yaranmış çətinlikləri aradan qaldırmaq üçün borc olaraq sələmə götürmüşdür. Cavabdeh2 isə İddiaçı ümumiyyətlə pul götürməmiş, ancaq anası tərəfindən götürülmüş pulların faizlərinin qaytarılmasında iştirak etmişdir». Məhkəmənin gəldiyi bu nəticə qanuni qüvvəyə minmiş hökmlə öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə başlanmış və istintaq aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən 04 aprel 2017-ci il tarixdə İddiaçı tərəfindən hüquqlarını müdafiə etdiyi Cavabdeh1 və Cavabdeh2 qarşı «150.000 manat məbləğində pul» tələbinə dair mülki iddia ilə çıxış etmiş, həmin mülki iddia məhkəmənin 28 noyabr 2017-ci il tarixli hökmü ilə baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 373.2, 380-ci maddələrinə, “Mülki Məcəllənin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyə istinadən bildirir ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 29 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 ittiham edildikləri cinayət əməlləri üzrə təqsirsiz bilinmiş və barələrində bəraət hökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən zərər çəkmiş şəxs qismində tanınmış İddiaçı tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmış, apellyasiya şikayəti və protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin hökmündən İddiaçı və dövlət ittihamçısı tərəfindən verilmiş müvafiq olaraq kassasiya şikayəti və protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti və protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəməyə təqdim etdiyi iddiaya etirazda da qeyd etdiyi kimi, İddiaçı iddia tələbində 19 sentyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsaslanır. Lakin, İddiaçı cavabdehlərə qarşı iddiası əsassızdır. Belə ki, həmin müqavilə İddiaçı ilə hüquqlarını müdafiə və təmsil etdiyi Cavabdeh1 və Cavabdeh2 arasında deyil, X3 arasında bağlanmışdır. Hüquqi baxımdan, İddiaçı tələbi Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlməli deyil. Bundan əlavə, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmələr zamanı toplanmış materiallardan görünür ki, tərəflər arasında kredit müqaviləsi və buna əsaslanan faiz münasibətləri mövcud olmuşdur. Bu xüsusatları vaxtilə istintaq edilmiş cinayət işi üzrə toplanmış materiallardan açıq-aşkar görmək mümkündür. İddiaçı tərəfindən guya müvəkkillərinə 150.000 manat borc verilməsi xüsusatı məhkəmə prosesləri zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə prosesi zamanı İddiaçı şahid qismində dindirilmiş qayınatası Yaqub Kazımov göstərilən məbləğdə pul vəsaitinin cavabdehlərə verilməsini görmədiyini göstərmişdir. İddiaçı iddia tələbinin əsassız olmasından əlavə, məhkəmənin iddiadan imtina etməsi üçün əsaslar mövcuddur. 19 sentyabr 2012-ci il tarixli müqavilənin 1-ci bəndində kredit alan göstərilən miqdarda pul vəsaitini 19 sentyabr 2013-cü il tarixədək qaytarmağı öhdəsinə götürür. İddiaçı ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrə inanılsa, 150.000 manat məbləğində pul vəsaitini 2012-ci ilin dekabr ayının sonuna qədər Cavabdeh1 verdiyini göstərmişdir. Pul vəsaiti isə guya 19 sentyabr 2013-cü il tarixədək qaytarılmalı idi. Pul vəsaiti qaytarılmadığı üçün 28 aprel 2014-cü il tarixdə İddiaçı tərəfindən hüquq mühafizə orqanlarına şikayət edilmişdir. Həmin fakt üzrə başlanmış cinayət işi üzrə 04 aprel 2017-ci il tarixdə İddiaçı tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqlarını müdafiə etdiyi Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iddia qaldırmışdır. Həmin mülki iddia məhkəmənin 28 noyabr 2017-ci il tarixli hökmü ilə baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü dəyişiklik edilmədən saxlanılmış, həmin tarixdə hökm qanuni qüvvəyə minmişdir. Mülki Məcəllənin 381.2, 377.1, 375.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyə və s. istinad edərək bildirir ki, sözügedən əqdlərin üzərindən 3 ildən artıq müddət keçmişdir və bu müddət ərzində tələbkar bununla bağlı qanunla müəyyən olunmuş qaydada tələb irəli sürməmişdir, borcun ödənilməməsi riski tələbkarın üzərində qalır. Bu səbəbdən, iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını, iddiaçının vəkilinin çıxışını dinləyib, cavabdehlərin nümayəndəsinin izahatını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Məhkəmədə müəyyən edildi ki, 19 sentyabr 2012-ci il tarixdə İddiaçı həyat yoldaşı X6 ilə Cavabdeh1 həyat yoldaşı X3 aralarında kredit müqaviləsi bağlanmış və müqavilə notarial qaydada qeydə alınmışdır. Müqavilənin 1-ci bəndinə əsasən kredit verən kredit alana 20.000 manat pul vermiş, kredit alan isə göstərilən məbləğdə pulu 19 sentyabr 2013-cü il tarixədək qaytarmağı öz öhdəsinə götürür. İddiaçı həmin borcun 150.000 manat olduğunu və cavabdehlər tərəfindən qaytarılmadığını bildirərək, onları dələduzluqda təqsirləndirərək hüquq mühafizə orqanlarına şikayətlər etmişdir. Belə ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materiallar üzrə 29 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü ilə Cavabdeh1 və Cavabdeh2 ittiham edildikləri cinayət əməlləri üzrə təqsirsiz bilinmiş və barələrində bəraət hökmü çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən zərərçəkmiş şəxs qismində tanınmış İddiaçı tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən isə apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişiklik edilmədən saxlanılmış, apellyasiya şikayəti və protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin hökmündən İddiaçı və dövlət ittihamçısı tərəfindən müvafiq olaraq kassasiya şikayəti və protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti və protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2018-ci il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmədə həmçinin müəyyən olunmuşdur ki, 4 aprel 2017-ci il tarixdə Rəna Vəliyeva tərəfindən Cavabdeh1 və Cavabdeh2 qarşı tələb etdiyi pul məbləği barədə iddia qaldırmışdır. Həmin iddia Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli hökmü ilə baxılmamış saxlanılmışdır. İddiaçı X7 cavabdehlərə qarşı eyni iddia tələbi ilə 28 iyul 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-373.5-ci maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir.Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Göstərilən Məcəllənin 377.1-377.4-cü maddələrinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 381.1-381.2-ci maddələrinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. Həmin Məcəllənin 375.1-375.2-ci maddələrinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə, İddiaçı iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - İddiaçı 19 sentyabr 2012-ci il tarixdən 2012-ci ilin dekabr ayının əvvəllərinədək cavabdehlərə ümumilikdə 150.000 manat məbləğində borc verdiyinə əsaslanaraq 14 iyul 2021-ci il tarixdə iddia ərizəsi tərtib edərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə təqdim etmiş, iddia ərizəsi 28 iyul 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və mülki iş icraata götürülmüşdür; - İddiaçı iddia ərizəsində cavabdehlərə 150.000 manat borc verməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir; - İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi cinayət işi üzrə çıxarılmış məhkəmə aktlarında cavabdehlərin iddiaçıdan 150.000 manat almaları təsdiq olunmur, buna görə məhkəmə hökmləri 150.000 manat borcun alınmasını təsdiq edən preyudisial aktlar kimi qiymətləndirilə bilməz; - öncəki məhkəmə iclaslarında iddiaçı tərəfindən dəvət edilmiş şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilmir, çünki, eyni şahidlərin cinayət işi ilə bağlı verdikləri ifadələrlə ziddiyyət təşkil edir; - məhkəmə yuxarıda qeyd olunan hallarla bağlı ətraflı məhkəmə araşdırmasına və sübutların qiymətləndirilməsinə zərurət görmür. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edilmişdir və məhkəmə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməlidir. Məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli Qərarında əks olunmuşdur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bununla bərabər, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edib ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı 1 il müddətinə bağlanan və icra müddəti 19 sentyabr 2013-cü ildə başa çatan borc müqaviləsinə əsaslanaraq 14 iyul 2021-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır. Onun şikayətləri ilə əlaqədar cinayət işlərinin getdiyi müddətlər çıxılsa belə, Qanunla müəyyən edilmiş 3 illik müddəti ötürmüşdür. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 İbrahım qızına və Cavabdeh2 qarşı 150.000 manat pul tələbi üzrə iddiasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsi qanuni və əsaslı olduğu üçün təmin edilməli, iddia müddəti tətbiq edilərək İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İbrahım qızına və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasına cavabdehlər Cavabdeh1 İbrahım qızı və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 İbrahım qızına və Cavabdeh2 qarşı 150.000 manat pul tələbi üzrə iddiasına iddia müddəti tətbiq edilməklə İddiaçı iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-102/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-102/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver