Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-106/2021 03.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X6 qızının, Cavabdeh iştirakları ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 vərəsəsi Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 4615.25 manat əsas borc, 62.61 manat faiz borcu olmaqla, cəmi 4677.86 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 36 ay müddətinə 26 faiz dərəcəsi ilə 5000 manat kredit verilmişdir. X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. Salyan rayon 2 saylı Notariat ofisində xx.xx.2020-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, mərhum X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən X3 cəmi 4615.25 manat əsas borc, 62.61 manat faiz borcu olmaqla, cəmi 4677.86 manat məbləğində borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişldir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öhdəlikləri bu günədək tam şəkildə icra etməmişdir. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X6 qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ona yalnız 2427 (iki min dörd yüz iyirmi yeddi) manat 86 (səksən altı) qəpik məbləğində pul miras qalmışdır. Məhkəmədən qeyd edilən halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli 1148-xx.xx.2018-002840 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı “xxxx” ASC tərəfindən cavabdeh X5ya 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışın surətindən görünür ki, X3 4615.25 manat əsas borc və 62.61 manat faiz borcu olmaqla, cəmi 4677.86 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli 1148-xx.xx.2018-002840 saylı kredit müqaviləsinin 1 saylı əlavədən-ödəniş cədvəlindən görünür ki, X5 36 ay müddətində aylıq 201.50 manat (sonuncu ay 199.01 manat) pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli məxaric orderinin surətindən görünür ki, X3 hesabına 4950 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ İ seriyalı 940600 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2018-ci ilin dekabr ayının 14-də 21 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayon 2 saylı Xüsusi Notariatının xx xxxxxx 2020-ci il tarixli məktubnun surətindən görünür ki, mərhum X2 qalan mirası arvadı Cavabdeh Salyan rayon 2 saylı Xüsusi Notariatında xx.xx.2019-cu il tarixdə açılmış vərəsəlik işi əsasında qəbul etmiş, ona həmin tarixdə bu barədə qanun üzrə vərəsəlik şəhadənaməsi verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019cu il tarixli vərəsəlik şəhadətnaməsindən görünür ki, xx xxxxxx 2018-ci il tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ölmüş X4 məxsus 2427 (iki min dörd yüz iyirmi yeddi) manat 86 (səksən altı) qəpik məbləğində kompensasiya pulundan ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xəbərdarlıq məktubundan görünür ki, “xxxx” ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, “xxxx” ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmış, F.Feyzullayev müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. F.Feyzullayev xx.xx.2018-ci il tarixdə vəfat etmiş, F.Feyzullayevin adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh çatmış miras əmlak 2427.86 manat puldan ibarət olmuş, Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə , vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən, Məcəllənin 1306.1-ci maddəsinə əsasən, cavabdehə çatan miras payı həcmində təmin edilməli, digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, cavabdeh iddiaçı Cavabdeh “xxxx” ASC-nin xeyrinə 2427 (iki min dörd yüz iyirmi yeddi) manat 86 (səksən altı) qəpik məbləğində pul, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti haqqı tutulsun tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 2427 (iki min dörd yüz iyirmi yeddi) manat 86 (səksən altı) qəpik məbləğində pul, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 40 (qırx) qəpik bank xidməti haqqı tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-106/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-106/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver