Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1093/2022 25.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq 27 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, X4 müalicə xərcləri üçün hər ay sabit pul məbləğində 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment məbləğinin Cavabdeh alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 10 avqust 2012-ci il tarixdə nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar və cavabdehlə rəsmi nikahından 27 iyun 2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Cavabdeh ilə xasiyyətləri tutmadığı və o ailəsinə lazımi qayğı göstərmədiyinə görə onunla aramızda olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmçinin 27 iyun 2013-cü il təvəllüdlü azyaşlı X4 onun yanında saxlanılması, 01 mart 2017-ci il tarixdən başlayaraq, azyaşlı uşağın saxlanması üçün cavabdehdən hər ay 136,60 manat sabit pul məbləğində alimentin və uşağın müalicə xərcləri üçün əlavə olaraq hər ay 50 manat pulun xeyrinə tutulması qət edilmişdir. Nikahın pozulması barədə Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən ona 09 avqust 2117-ci il tarixdə şəhadətnamə verilmişdir. Daha sonra o alimentin miqdarı uşağın saxlanmasına kifayət etmədiyi və azyaşlı övladının müalicə xərcləri artdığı üçün yenidən məhkəməyə iddia tələbi ilə müraciət etdi. Məhkəmənin 2(002)-1675/2018 saylı, 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 27 iyun 2013-cü il təvəllüdlü X9 Hunun yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay, yəni 27 mart 2018-ci il unxdən başlayaraq Cavabdeh 154 ( yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Hazırda dolanacaq xərclərinin yüksəlməsi ilə əlaqədar bu məbləğ çox azdır və uşağının saxlanılmasına yetərli deyil. Bundan əlavə olaraq, övladının daun sindromundan əziyyət çəkir. Məlumdur ki, onun davamlı olaraq nəzarət və baxıma ehtiyacı vardır.Buna görə də 27 iyun 2013-cü il təvəllüdlü X5 müalicə xərcləri üçün də 100(yüz) manat məbləğində aliment təyin olunmalıdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında uşaq doun xəstəsi olduğunu müalicəsi ilə bağlı bir seansın məbləğinin 20 manat olduğunu,uşağın digər müalicə xərcləri vardır,cavabdehin 866 manat əmək haqqısı var,əlavə hər saata görə 5.40 manat pul alır,iddiaçı Azərenerjidə işləyir və 300 manat əmək haqqı aldığını, uşağın xəstəliyi ilə bağlı xərclərə dair sübutları təqdim etdiklərini bildirərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, hər ay vaxtlı-vaxtında aliment ödədiyini, uşağı gəzməyə apardığını,paltar aldığını,ananın həm müavinat həm uşağın xəstəliyə görə təqaüd aldığını bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarınadan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 2(002)-1797/2017 saylı qətnaməsi əsasında Cavabdeh 27 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment və müalicə xərci üçün əlavə olaraq hər ay 50 manat pulun alınıb İddiaçı öədnilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1675/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 27 mart 2018-ci il tarixindən başlayaraq 27 iyun 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154(yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİİ 732067 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27.06.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarından görünür ki, Cavabdeh 25.09.2013-cü il tarixdən "xxxx" ASC-də çilingər peşəsində işləyir, aylıq 866 manat əmək haqqı alır. İş materialalrından görünür ki, X1 diaqnozu ilə uşaq poliknikasında dispanser qeydiyyatındadır. İş materiallarından görünür ki, X4 müalicəsi üçün xərc çəkilmiş və həmin xərcə dair çek (qəbzlər) iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mə nəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki,alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmədə ilk növbədə onu qeyd edir ki, uşaqları tərbiyə etmək, qayğısına qalmaq, onları böyütmək hər iki valideynin borcu olduğu halda, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi halı qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verməsi halını, habelə uşaqlarının maddi digər zəruri ehtiyaclarının, tələbatlarının günü-gündən artdığını nəzərə alaraq, hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmə alimentin artırılan miqdarının məbləğinin müəyyən edilməsi ilə bağlı hesab edir ki,iddiaçı uşağın aylıq xərcinin ödənilməsi üçün 200 manat alimentin təyin edilməsini tələb etsə də, uşağın aylıq xərcinin qeyd edilən məbləğdə olması halına dair heç bir sübutu məhkməyə təqdim edə bilməmişdir. Həmçinin, cavabdeh iddia tələbinə etiraz etsə də, etirazın əsaslarına və dəlillərinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hər bir halda müvafiq məhkəmə qətnaməsi ilə alimentin təyin edildiyi vaxtdan indiyədək müəyyən müddətin keçməsi halını, uşağın gündəlik zəruri sağlamlıq, təhsil və digər xərclərinin isə günü-gündən artması halını nəzərə alaraq, uşağın əvvəlki təminat səviyyəsini qanunvericiliklə müəyyən eidlmiş indiki yaşayış minimumu məbləği ilə müqayisə edərək, qeyd edilən halın uşağın mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini əsas götürərək, hesab edir ki, alimentin miqdarı artırılaraq qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğun olmaqla, ağlabatan məbləğ kimi çıxış edir. Həmçinin, məhkəmə iddia tələbinin daun sindromlu uşağın müalicəsi üçün əlavə olaraq təyin edilmiş alimentin məbləğinin artırılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı uşağın müalicəsi üçün əlavə olaraq aylıq 100 manat aliment ödənilməsini tələb etsə də, hər ay qeyd edilən məbləğdə xərcin çəkilməsinin zərrui olması halına dair heç bir sübutu (həmin hala dair həkim arayışı və sar) məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi ilə uşağın müalicəsi üçün əlavə alimentin öədnilməsinin təyin edildiyi vaxtdan indiyədək uzun bir müddətin keçdiyini, həmin müddətin isə uşağın müalicəsi üçün zəruri olan xərclərin qiymət artımına təsirinin mümkünlüyünü, bu halın isə uşağın mənafeyinə təsir etidyini əsas götürərək, hesab edir ki, uşağın müalicəsi üçün təyin eidlmiş alimentin məbləğinin artırılaraq, hər ay 70 manat məbləğində müəyyən edilməsi ağlabatan məbləğ kimi qəbul eidlə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində müəyyən edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, həmçinin, hazırki iş iddianın qiymətini (bir il ərzində ödəməmənin məcmusu) nəzərə alaraq, habelə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 27.06.2013-cü il təvəllüdlü Hüseynsoy (Hüseynov) İbrahim Röyal oğlu yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli 2(002)-1675/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli,Qaradağ Rayon Məhkəməsin 27 aprel 2017-ci il tarixli 2(002)1797/2017 saylı qətnaməsi ilə 27.06.2013-cü il təvəllüdlü Hüseynsoy (Hüseynov) İbrahim Röyal oğlunun müalicəsi üçün əlavə xərcə görə təyin edilmiş alimentin miqdarı artıralaraq, Cavabdeh hər ay uşağın müalicəsi üçün əalvə olaraq 70 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcsəinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 27.06.2013-cü il təvəllüdlü Hüseynsoy (Hüseynov) İbrahim Röyal oğlu yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli 2(002)-1675/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. 27.06.2013-cü il təvəllüdlü Hüseynsoy (Hüseynov) İbrahim Röyal oğlunun müalicəsi üçün Qaradağ Rayon Məhkəməsin 27 aprel 2017-ci il tarixli 2(002)1797/2017 saylı qətnaməsi ilə əlavə xərcə görə təyin edilmiş alimentin miqdarı artıralaraq, Cavabdeh uşağın müalicəsi üçün əlavə olaraq hər ay 70 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 50 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1093/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1093/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver