Məhkəmə qərarları › İş №2(002)-1094/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1094/2024

05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1094/2024 05.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 10 iyun 2022-cü il tarixli kredit müqaviləsi üzrə 6608.78 manat əsas borc, 610.21 mant faiz borcu və 306.82 manat cərimə borcu olmaqla, cəmi 7825.81 manat pul vəsaiti və 92.26 manat ödənilmiş dövlət rüsumunun tutulması nbarədə qətnamə qəbul еdilməsini xahiş etmişdir. Sonradan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Məhkəmə orqanları ilə iş şöbəsinin müdiri ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsi baxımından Cavabdeh qarşı borc tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, iddiaçının nümayəndəsi işin məhkəmə baxışı zamanı məhkəməyə vəsatət verərək tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həll edildiyindən və artıq mübahisənin davam etdirilməsinə lüzum qalmadığından ərizənin qaytarılmasını xahiş etmiş, lakin ərizəsində mülki prosessual qanunvericiliyin tətbiq ediləcək normasına düzgün qeyd etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş məhkəmə baxışı mərhələsində olduğuna görə ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsi ilə geri qaytarıla bilməz, həmin Məcəllənin 259.0.11-ci maddəsinin tələbi baxımından baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 263-264-cü və 266- 269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Ərizə təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə olunmuş sənədlər 95.26 manat dövlət rüsumu ilə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar