Məhkəmə qərarları › İş №2(002)-1109/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1109/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1109/2021 26.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 001A********** saylı kredit müqaviləsinin və xx.xx.2020-ci il tarixli 001A**********S saylı sazişin ləğv edilməsi; Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1974.6 manat məbləğində kredit borcu, 163.93 manat məbləğində faiz borcu və 339.95 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2478 (iki min dörd yüz yetmiş səkkiz) manat 48 (qırx səkkiz) qəpik məbləğində borcun və tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2500 (iki min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 001A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 525.4 manat ödəniş etmiş və onun iddiaçıya 1974.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 170 gün üçün hesablanmış faiz borcu 163.93 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 170 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 339.95 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında Cavabdeh gecikdirdiyi 1974.6 manat əsas borcunun olduğunu, xx.xx.2021-ci il tarixə 170 gün üçün faiz borcunun 163.93 manat olduğunu, hər gecikdirilmiş günə görə 1974.60 manat əsas borca 0.96 (doxsan altı) manat faiz borcu hesablandığını, Cavabdeh xx.xx.2020-ci il tarixdə səfərbərliyə cəlb edildiyini və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verdiyini, xx.xx.2020-ci il tarixdə MN-nin müvafiq əmri ilə ehtiyata buraxıldığını, ümumi səfərbərlikdə 89 (səksən doqquz) gün olduğunu, hər günə görə əsas məbləğə 0.96 manat faiz borcunun hesablandığının nəzərə alınaraq 89 günə görə isə 85 (səksən beş) manat 44 (qırx dörd) qəpik etdiyini, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmiş və bu barədə məhkəmənin ünvanına müvafiq ərizə təqdim edərək, iddia tələbinin həmin hallar nəzərə alınmaqla, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, öz izahatında Bank tərəfindən ona hesablanmış əsas borc ilə razı olduğunu, fazi borcunu isə qismən razı olduğunu, onun müharibədə olduğu dövr ərzində ondan asılı olmayan səbəblərə görə gecikmənin olduğunu, ona görə də həmin müddət üçün hesablanmış faizin silinməsini, cərimə borcunun isə azaldılmasını xahiş etmiş və bu barədə məhkəmənin ünvanına müvafiq ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını, Cavabdeh iddia tələbinin qismən etiraf olunmasına dair yazılı ərizəsini, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 001A********** saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh 18 ay müddətinə 2500.00 (iki min beş yüz) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş ödəniş planına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli 001A********** saylı kredit razılaşması üzrə aylıq ödənilməli məbləğ 162,00 manat qeyd edilməklə cəmi 2923,47 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kreditin verilməsi-köçürmədən görünür ki, Cavabdeh 2500.00 manat pul verilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş arayışın məzmunundan görünür ki, “xxxx” QSC-nin müştərisi olan Cavabdeh 001A********** saylı xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 1974,60 manat, faiz üzrə 163.93 manat, cərimə borcu 339.95 manat, cəmi 2478,48 manat borcu mövcuddur. İş materiallarından görünür ki, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə səfərbərliyə cəlb edilmiş, xx xxxxxxxx 2020-ci il atrixdə müvafiq hərbi hissəyə təhvil verilmiş, xx.xx.2020-ci il tarixdə təxris olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə borca və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə borc və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə borc məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh arasında bank arasında bağlanmış xx.xx.2019-ci il tarixli 001A********** saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 2500.00 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı bank 2500 manat məbləğində pul vəsaitini cavabdehə verir, cavabdeh isə həmin pul məbləğini 1 saylı Əlavədə göstərilən ödəniş cədvəlinə uyğun olaraq krediti və faizi banka qaytarmağı öhədisnə götürür. Həmçinin, iş materialalrından görünür ki, cavabdeh müvafiq kredit müqaviləsi üzrə götürülmüş krediti 18 ay müddətində hər ay 162 manat ödəməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda, Cavabdeh müvafiq kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliklərini vaxtında və lazımi qaydada icra edilməmiş, müqavilə şərtləri pozulmuşdur. Bununla da borc alan Cavabdeh müqavilənin şərtlərini pozaraq, onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçı bank qarşısında olan borcunun əsas borca aid olan hisəsində tam, faiz borcuna aid olan hissədə isə qismən qəbul etmiş, buna dair yazılı ərizə təqdim etmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin müvafiq kredit müqaviləsi üzrə əsas borcu aşkar olduğundan, cavabdeh tə\rəfindən həmin hissədə tam qəbul etdiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hisəsi ilə bağlı hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə səfərbərliyə cəlb edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş, xx.xx.2020-ci il tarixdə təxris olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmidşir ki, iddiaçı tərəfindən iddia tələbində faiz borcun məbləği məhz xx.xx.2021-ci il tarixə 170 gün üçün hesablanaraq, 163,93 manat məbləğində müəyyən eidlmişdir. Göründüyü kimi, iddiaçının faiz borcunun məbləğinin hesablandığı 170 gündən 89 günü ərzində cavabdeh ümumi səfərbərlikdə olmuşdur. Bu hal isə cavabdehin iradəsindən asılı olmayan üzrlü hal hal olduğundan məhkəmə hesab edir ki, cavabdehin ümumi səfərbərlikdə olduğu 89 gün (1 gün üçün faiz borcunun 0,96 manat olmaqla, 89 gün üçün cəmi faiz borcu 85,44 manat məbləği) faiz borcunun müəyyən edilməsi zamanı nəzərə alınmalı, cavabdehdən tutulmalı olan faiz borcunun ümumi məbləği 78,49 manat məbləğində müəyyən edilməlidir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hisəssində qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 2 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi xx.xx.2019-ci il tarixli 001A********** saylı uzunmüddətli kredit müqaviləsinin, xx.xx.2020- ci il tarixli 0001A**********S saylı kredit müqaviləsi vənödəniş planına dəyişiklik edilməsi haqqında sazişin ləğv edilməsi hissəsində də təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh xx.xx.2019-ci il tarixli 001A********** saylı uzunmüddətli kredit müqaviləsi, xx.xx.2020- ci il tarixli 0001A**********S saylı kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş ləğv olunmalı, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 1974,6 manat məbləğində əsas borcu, 78,49 manat məbləğində faiz borcu və 2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2055,09 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh xx.xx.2019-ci il tarixli 001A********** saylı uzunmüddətli kredit müqaviləsi, xx.xx.2020- ci il tarixli 0001A**********S saylı kredit müqaviləsi və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş ləğv olunsun. Cavabdeh kredit müqaviləsi üzrə yaranmış 1974,6 manat məbləğində əsas borcu, 78,49 manat məbləğində faiz borcu və 2 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2055,09 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar