Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1110/2021 06.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında olan nikah 27 may 2015-ci il tarixdə pozulmuş, birgə nikahdan olan övladları - 16.07.2007-ci il təvəllüdlü X7 və 26.03.2011-ci il təvəllüdlü X1 onun yanında saxlanılması qət edilmişdir. Nikah pozulmazdan əvvəl isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(002)-2208/2014 saylı qətnaməsi ilə övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər uşaq üçün 103 manat olmaqla, cəmi 206 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi qət edilmişdir. O, uşaqların ehtiyaclarını demək olar ki, təkbaşına ödəmək məcburiyyətdədir. Bu isə onun üçün çox çətindir. Uşaqlar böyüdükcə onların tələbatları da artır. Hər ay borc-xərclə də olsa uşaqların saxlanmasına 600-700 manatdan çox pul xərcləyir. Hesab edir ki, Cavabdeh Ramiz oğlundan övladlarının saxlanılması üçün hər ay sabit pul məbləğində 400 manat aliment tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, 16.07.2007-ci il təvəllüdlü X4 və 26.03.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2208/2014 saylı, 09 iyul 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aimentin miqdarının artırılaraq, ondan hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi iki uşağa görə 400 manat sabit pul məbləğində alimentin alınaraq, ona ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddianı müdafiə edib onun təmin erdilməsi barədə qətnamə qəbul edilməsinə xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçı X2 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(002)-2208/2014 saylı qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 16 iyul 2007-ci il təvəllüdlü X4 və 26 mart 2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 10 iyun 2014-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat miqdarında aliment tutularaq, X5 verilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 may 2015-ci il tarixli, AZ-l seriyalı, 215887 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 may 2015-ci il tarixdə 99 nömə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, həmin nikahdan 2 uşaqlarının olması, həmin uşaqların ananın yanında qalması, onların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarında nəzərdə tutulur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 175 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, onun normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin ediməli, 16 iyul 2007-ci-il təvəllüdlü X4 və 26 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(002)-2208/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 150 olmaqla, ümumilikdə iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı bildirir ki, iddiaçı cavabdehdən daha artıq aliment tutulmasını xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən maddənin tələbinə əsasən iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, 30 manat məhkəmə məsrəfi Cavabdeh dövlət büdcəsinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilsin. 16 iyul 2007-ci-il təvəllüdlü X4 və 26 mart 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 iyul 2014-cü il tarixli, 2(002)-2208/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşağa görə 150 olmaqla, ümumilikdə iki uşağa görə 300 manat sabit pul məbləğində aliment tutulsun. Qalan hissədə iddia təmin edilməsin. 30 manat məhkəmə məsrəfi Cavabdeh dövlət büdcəsinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1110/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1110/2021
06.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver