Məhkəmə qərarları › İş №2(002)-1117/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1117/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1117/2020 02.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasıtələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu üzrə 2873.06 manat və faiz borcu üzrə 798.61 manat olmaqla, cəmi 3671.67 manat məbləğində kredit borcunun həmçinin 30 manat məbləğində dövlət rüsumunun Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC xeyrinə ödənilməsi və borcun girov qoyulmuş qızıl-zinyət əşyalarına yönəldilməsi, satışından əldə olunmuş vəsait hesabına Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC-yə olan borcun ödənilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Borclu Cavabdeh bank olmayan kredit təşkilatı “xxxxxxx” BOKT QSC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla “xxxxxxx BOKT” QSC arasında xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 42 % (qırx iki) olmaqla 3135 (üç min yüz otuz beş) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə xx.xx.2019-cu il tarixində bağlanmış saxlanc girov müqaviləsinə əsasən ona məxsus olan 4661 AZN dəyərində qızıl zinət əşyalarl xxxxxxx BOKT” QSC-nin xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclular tərəfindən 3135 manat məbləğində əsas borcun 261.94 AZN və müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz, borcundan 492.42 AZN məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 7.2-ci bəndinə əsasən 71,64 AZN məbləğində cərimə ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 2873,06 AZN məbləğində əsas borcu və 798,61 AZN 2.7a borcu, cəmi 3671,67 AZN məbləğində borcu qalmışdır və xx.xx.2020ci il tarixinə cavabdehin 72 günlük gecikməsi mövcuddur. Qeyd edilənlərə əsasən və qanunvericiliyin tələblərinə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında tələbin dəqiqləşməsi barədə ərizə verərək bildirmişdir ki, Cavabdeh əsas borcu üzrə 2873.06 manat və faiz borcu üzrə 798.61 manat olmaqla, cəmi 3671.67 manat məbləğində kredit borcunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC xeyrinə ödənilməsi və borcun girov qoyulmuş qızıl-zinyət əşyalarına yönəldilməsi, satışından əldə olunmuş vəsait hesabına Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC-yə olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, dəqiqləşmə ərizəsinin nəzərə alınaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qəbul edir və borcunu etiraf edir. Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iddianın cavabdeh tərəfindən qəbul edilməsini nəzərə alaraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 42 faiz ödəmək şərti ilə 3135 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli bağlanmış müqaviləyə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 196.50 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli karta vurulacaq məbləğin aktından görünür ki, Cavabdeh 3135 manat məbləğində pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli saxlanc girov müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan qızıl-zinyət əşyaları kredit verən “Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC-nin xeyrinə yüklü etmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən həmin qızıl-zinət əşyaları 4661 manat dəyərində qiymətləndirilmişdir. Həmin müqavilənin 5.4.5-ci bəndindən görünür ki, bu müqavilə ilə və ya qanunvericiliklə müəyyən olunan hallarda və qaydada girov predmetinə tutma yönəldir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh borcu aşağıdakı kimidir: - əsas borcu üzrə 2873.06 manat və faiz borcu üzrə 798.61 manat olmaqla, cəmi 3671.67 manat. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli bildiriş məktubundan görünür ki, Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixli bağlanmış kredit müqaviləsinə əsasən Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 42 faiz ödəmək şərti ilə 3135 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2019-cu il tarixli bağlanmış müqaviləyə 1 nömrəli əlavəsinə əsasən Cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 196.50 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli saxlanc girov müqaviləsinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan qızıl-zinyət əşyaları kredit verən “Bank olmayan kredit təşkilatı «xxxxxxx» QSC-nin xeyrinə yüklü etmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli saxlanc girov müqaviləsinin 7.1.1-ci bəndinin məzmunundan görünür ki, girovla təmin edilən öhdəliklər girov qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə girov saxlayanın girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borcu üzrə 2873 (iki min səkkiz yüz yetmiş üç) manat 06 (altı) qəpik və faiz borcu üzrə 798 (yeddi yüz doxsan səkkiz) manat 61 (altmış bir) qəpik olmaqla, cəmi 3671 (üç min altı yüz yetmiş bir) manat 67 (altmış yeddi) qəpik məbləğində kredit borcu, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı Bank olmayan kredit təşkilatı «xxxxxxx» X1 xeyrinə ödənilməli, tələb üzrə tutma Cavabdeh məxsus, xx xxxxxx 2019-cu il tarixli, SG-BO0006626-2019 saylı saxlanc girov müqaviləsinə əsasən girov predmeti olan qızılzinət əşyalarına yönəldilməli, əldə olunan vəsait borcun ödənilməsinə yönəldilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borcu üzrə 2873 (iki min səkkiz yüz yetmiş üç) manat 06 (altı) qəpik və faiz borcu üzrə 798 (yeddi yüz doxsan səkkiz) manat 61 (altmış bir) qəpik olmaqla, cəmi 3671 (üç min altı yüz yetmiş bir) manat 67 (altmış yeddi) qəpik məbləğində kredit borcu, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddiaçı Bank olmayan kredit təşkilatı «xxxxxxx» X1 xeyrinə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus, xx xxxxxx 2019-cu il tarixli, SG-BO0006626-2019 saylı saxlanc girov müqaviləsinə əsasən girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilərək, əldə edilən vəsait hesabına ümumi borc məbləği Bank olmayan kredit təşkilatı «xxxxxxx» X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar