Məhkəmə qərarları › İş №2(002)-113/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-113/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-113/2021 20.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 884.31 manat olmaqla, cəmi 4431,61 manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-ER-*** dövlət qeydiyyat nömrəli “VAZ-21901” minik markalı (buraxılış ili 2013, ban-XTA219010DO145749, rəngitünd göy) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəllədirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə əsasən uyğun olaraq "xxxx" ASC ilə "xxxx"QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında yaradılmış hüquqi şəxs statuslu qurum (X6 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərinin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1385 saylı, 22 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh arasında 13.06.2013-cü il tarixdə № 130/613 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 9100 manat məbləğində kredit verilmişdir. 13.06.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-ER-*** dövlət qeydiyyat nömrəli, “VAZ-21901” minik markalı (buraxılış ili 2013, ban XTA 219010DO145749, rəngi-tünd göy) avtomobil 13.06.2013-cü il tarixdə № İ-130/613 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 13.06.2013-cü il tarixli, AA seriyalı, 089773 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu 3547,30 manat, faiz borcu 884,31 manat olmaqla, cəmi borcu 4431,61 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyib, izahatında bildirdi ki, kredit müqaviləsi təmsil etdiyi Cavabdeh ilə "xxxx" ASC-nin Abşeron filialı arasında 13.06.2013-cü il tarixdə bağlanılmış, "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanılmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir, onun müqavilədə nəzərdə tutulan icra müddəti 13.06.2016-cı il tarixdə bitmişdir, lakin bank bu müddət ərzində və bu müddət bitdikdən sonra 3 il müddət ərzində ondan kredit borcunu tələb etməmiş və bununla bağlı məhkəməyə müraciət etməmişdir. İddiaçı bank hazırda iddia müddətini ötürdükdən sonra 17 iyun 2020-ci il tarixdə ona qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsini tərtib edərək məhkəməyə göndərmişdir. "xxxx" ASC ilə aralarında həmin müqavilə 13.06.2013-cü il tarixdə bağlanmışdır. Həmin kredit müqaviləsinin müddəti 13.06.2016-cı il tarixdə bitmiş və iddiaçının tələb hüququ yaranmaqla iddia müddətinin axımı həmin tarixdən hesablanmağa başlanmışdır. Qanunvericilik müqavilə öhdəliklərindən irəli gələn tələblərə 3 illik iddia müddəti şamil etməsinə baxmayaraq iddiaçı bank yalnız 17.06.2020ci il tarixdə iddia ərizəsi tərtib edərək ona qarşı tələb irəli sürmüş və bununla da iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən, iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinə iddia müddəti keçdiyi üçün iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia müddəti ötürüldüyündən və cavabdeh tərəfindən də iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Abşeron filialı ilə Cavabdeh arasında bağlanmış 13.06.2013-cü il tarixli, 130/613 saylı kredit müqavilədən görünür ki, Cavabdeh 36 ay müddətinə, 19%-lə 9100,00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun "xxxx" ASC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Cavabdeh ünvanlanmış 16.04.2020-ci il tarixli, 1507 saylı bildirişdən görünür ki, Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə, aralarında bağlanmış kredit müqaviləsini 3 iş gün müddətinə ləğv etməyi təklif edərək, bildirilmişdir ki, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar Bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Müqavilə 3 il müddətinə bağlanmış, müqavilə müddəti 13.06.2016-cı il tarixdə başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan uzun müddət sonra, iddia ərizəsi ilə 21.07.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu və 200 manat qiymətləndirmə haqqı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu və 200 manat qiymətləndirmə haqqı iddiaçıya aid edilsin. 200 manat üqiymətləndirmə haqqı İddiaçındən tutularaq, "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar